Gün: İyun 5, 2018

Azərbaycanda heç nə yeməyən İNANILMAZ İCMA: Hamilə olanda da təkcə hava ilə qidalandım – FOTOLAR

Gündəlik əhvalımızın kökündə duran səbəblərdən biri də qida rasionumuzdur. Hətta belə bir deyim var ki, ən səmimi eşq yemək sevgisidir. Yəni bu eşq bizi nə qədər məmnun etsə, bir o qədər də ətrafımızdakılara pozitiv enerji ötürərik. Ən vacib sual da burada üzə çıxır. Həqiqətənmi düzgün qidalanırıq? Hansı qida növlərinə üstünlük […]

Seysmologiya Mərkəzi: Zəlzələnin maqnitudası 5,5 gücündə olub

AMEA-nın Respublika Seysmologiya Mərkəzi Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb. Turkustan.info mərkəzin saytına istinadən xəbər verir ki, zəlzələ, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb. Yeraltı təkanlar yerin 2 km dərinliyində 5,5 maqnituda gücündə olub.  /Publika.az/

Paşinyan seçim qarşısında: Qarabağ, yoxsa hakimiyyət?

Ermənistanda “məxməri inqilab”la hakimiyyətə gələn Nikol Paşinyanın Qarabağ probleminin həlli istiqamətində hansı mövqeni tutacağı geniş müzakirə predmetinə çevrilib. Baş nazir sülh danışıqlarında iştirakla bağlı konkret fikir bildirməyib. Görünən odur ki, Paşinyanın da Qarabağ məsələsində mövqeyi sələflərindən fərqlənməyəcək və Ermənistan işğalçı siyasətini davam etdirəcək. Uzun illər eyni siyasəti Serj Sarkisyan hakimiyyəti […]

Kassadan bilet almağa ehtiyac olmayacaq – QATARLARDA YENİLİK

Azərbaycanda elektrik qatarları üçün yeni ödəmə sisteminin tətbiqi nəzərdə tutulur. “Azərbaycan Dəmir Yolları” ASC-dən verilən məlumata görə, sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait  kartın balansından silinəcək. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaq. Bir plastik kart bir sərnişin üçün nəzərdə […]

Fazil Mustafadan həmkarının qalmaqallı açıqlamasına etiraz: “Onlar Azərbaycanın düşməni olublar”

“Sovet hökumətini Azərbaycan dövlətinin mənbəyi kimi göstərmək yanlışdır və yolverilməzdir”. Turkustan.info bildirir ki, bu sözləri BakuPost-a açıqlamasında millət vəkili Fazil Mustafa həmkarı Arif Rəhimzadənin qalmaqallı “Azərbaycan dövlətini sovet hökuməti qurub” fikrinə münasibət bildirərkən deyib. O bildirib ki, sovet hökuməti Azərbaycanın düşməni olub: “Azərbaycan dövlətini sovet hökuməti yox, Azərbaycan xalqı qurub. […]

Bəzi xidmətlər üzrə dövlət rüsumu artırılır

Azərbaycanda bir sıra sahələr və xidmətlər üzrə dövlət rüsumu artırılır. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bununla bağlı prezident tərəfindən Milli Məclisə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə təklif təqdim olunub. Layihəyə əsasən qanunun 10.1-ci maddəsinin (Daşınmaz əmlakın (torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün […]

Bu ixtisaslara qəbul olan abituriyentlərə 200 manat əlavə təqaüd veriləcək

Aqrar yönümlü ixtisasları seçən abituriyentlərə əlavə təqaüd veriləcək. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Uni­ver­­si­tetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulub, iki tələbə evi gənclərin istifadəsinə verilib. Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz […]

Azərbaycanda sürücülük vəsiqələrinin rüsumu artırılır

Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir.  Turkustan.info-nun xəbərinə görə, bu barədə Report saytı “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər layihəsinə istinadən məlumat yayıb. Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır. Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto […]

Xızı rayonunda Mikayıl Müşfiqin 110 illik yubileyi ilə bağlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına, Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən şair Mikayıl Müşfiqin 110 illiyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Xızı rayon Sayadlı kəndində yerləşən “Müşfiq ocağında” tədbir keçirilib.   Turkustan.info-nun verdiyi məlumata görə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Abşeron rayon Mehdiabad […]

ADAU-nun kənd təsərrüfatı yönümlü ixtisasını seçən tələbələrə əlavə 200 manat təqaüd veriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulub, iki tələbə evi gənclərin istifadəsinə verilib. Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunub. Bu gün qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafı və bunun üçün […]

Paşinyanın Azərbaycan torpaqları ilə bağlı GİZLİ PLANI: müharibə hər an BAŞLAYA BİLƏR

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin bu bölgədə Ermənistan tərəfindən yaradılmış qondarma rejimə qarşı davam edən aksiyaları İrəvanda çaxnaşma yaradıb. Turkustan.info Ermənistan mediasına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan etirazçılara aksiyanı dayandırmaqla bağlı müraciət ünvanlayıb. Qondarma rejimin “prezidenti” Bako Saakyan isə “hadisələrin siyasiləşdirilməsi daxili parçalanmaya səbəb olacaq” deyə […]

Kürdlər siyasi xəritəyə gətirilir: İsrail parlamentində LAYİHƏ

“Knesset-İsrailin qanunverici orqanı Yaxın Şərqin siyasi xəritəsini dəyişmək üçün konkret hərəkətə keçib. Parlamentin əsas partiyaları “müstəqil Kürdüstan” dövlətinin tanınmasını nəzərdə tutan layihəni müzakirəyə təqdim ediblər” Turkustan.info.info xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə görünən odur ki, hazırda hakimiyyətdə olan iki siyasi qüvvənin təşəbbüsü onların rəhbərlərinin prinsipial […]

Paşinyan Qarabağda da “çevriliş” edir: YENƏ ÖZÜ ÜÇÜN

Ermənistanda baş verən “məxməri inqilab” dalğası Dağlıq Qarabağa çatıb. İyunun 1-dən başlayaraq Xankəndinin mərkəzi meydanına toplaşan yerli əhali separatçı rejimin rəhbəri Bako Saakyanın və özünü qondarma DQR-in Milli Təhlükəsizlik Komitəsi elan etmiş qurumun rəhbərliyinin istefasını tələb edir. Şəhərin mərkəzi küçələrini bağlayan sakinlər səhərə qədər dağılışmayıb. Cinayətkar rejimin uydurma dövlət naziri […]

11 yaşlı azərbaycanlı uşaq İsveçdə hamını heyran qoydu – VİDEO

İsveçin paytaxtı Stokholm şəhərində azərbaycanlı uşaq tamaşada oynadığı rolla hamını heyran qoyub Böyük türk şairi Nazim Hikmətin vəfatının ildönümü ilə bağlı Stokholm Türk Teatrında təşkil edilən tamaşada azərbaycanlı Məhəmməd Əlininin “Dünyanı uşaqlara verək” şeiri türk icmasının və bütün tamaşaçıların alqışlarına səbəb olub. Məhəmməd Əli Nəzərlinin şeirdən sonra “Nazim Hikmətin ruhu […]

Arif Rəhimzadə: “…biz xalq düşməni deyilik”

“Sovet hakimiyyətinin yaxşı işləri də olub. O dövrdə xidməti olan insanların adına indi kənd olması qəbahət deyil ki… Biz də sovet dövründə işləmişik, xalq düşməni deyilik. Bu məsələyə diqqətlə yanaşmaq lazımdır”. Turkustan.info-nun məlumatına  görə, bunu Milli Məclisinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında15 rayonunun kəndlərinin adının dəyişdirilməsini nəzərdə tutan […]

Ürəyi vətənlə döyünən cəsur əsgər

Elnur Eltürk  Dostum Rəhim Sulduzludan yazmaq istəyirəm. Onunla dostluğumuz 2004-cü ildən başlayır. Hələ 24 yaşında Cənubi Azərbaycanın Sulduz şəhərindən Şimali Azərbaycana gələrək, Ermənistanın Dağlıq Qarabağdakı işğalçı hücumlarına qarşı döyüşlərdə iştirak edib. Rəhim Sulduzlu Bütöv Azərbaycan gəncliyinə örnək vətənpərvər insanlardandır. Rəhim Sulduzlu peşəkar əsgər kimi ordumuzun formalaşmasında xidmətlər göstərib. Qubadlıda gedən […]

Bakıda uşaq bağçasında BİABIRÇI VƏZİYYƏT

Bakı şəhər Nərimanov rayonunda fəaliyyət göstərən 168 saylı uşaq bağçası-körpələr evində biabırçı vəziyyət hökm sürür. Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, mətbuata müraciət edən bir qrup valideyn bağçada uşaqların normal qidalanmamasından, qida rasionunun təmin edilməməməsindən narahatlıqlarını bildiriblər. İsmayıl Hidayətzadə küçəsi 160 ünvanında yerləşən və Qətibə Dəmirovanın rəhbərlik etdiyi bağçanın fəaliyyətini izləyən […]

Azərbaycanlı plastik cərrah xəstəni bu hala salıb – “Sinəmi yarıb günlərlə…” – FOTOLAR

“Bir az da gec müdaxilə olunsaydı, bəlkə də, infeksiya bədənimə yayılıb ölə bilərdim”. Bu sözləri  Bakı sakini Nəzirə Salehova deyib. O bildirib ki, aprelin 27-də Real Hospitalında fəaliyyət göstərən plastik cərrah Mübariz Məmmədliyə liposaksiya və lipofillinq əməliyyatı etdirib. Əməliyyatdan əvvəl bütün analizləri normal çıxsa da, sonradan vəziyyəti ağırlaşmağa başlayıb: “Əməliyyatdan […]

Ekspertdən SOS SİQNALI: “Xaricə oxumağa gedənlərin bir çoxu terror təşkilatına qoşulur”

“Şirkətimiz sizlərə xarici dövlət universtetlərinə heç bir imtahan vermədən, attestatla qəbul olmağı təklif edir. Əgər siz də Türkiyə, Ukrayna, Rusiya və digər xarici ölkələrdə təhsil almaq istəyirsizsə, bizə müraciət edin”. İnternetdə təhsil mərkəzləri tərəfindən yayılan bu tip reklam xarakterli elanların sayı günü-gündən çoxalmaqdadır. Azərbaycanda daha çox qəbul imtahanlarında yetərli balı […]

Fuad Poladovun vəsiyyəti yerinə yetirildi – FOTO

Ötən ay dünyasını dəyişən xalq artisti Fuad Poladovun qəbirdaşı qoyulub. Turkustan.info qafqazinfo-ya istinadən xəbər verir ki, qəbirdaşı xalq artistinin vəsiyyətinə uyğun olaraq hazırlanıb. Qeyd edək ki, Fuad Poladovun həyat yoldaşı müsahibəsində aktyorun son vəsiyyətini açıqlamışdı. Onun sözlərinə görə, aktyor ondan qəbirdaşına şəkil qoydurmamağı istəyib.

Amerikanın qorxulu “Böyük Ermənistan” projesi – Sensasion iddia

İşğalçı ölkədəki məxməri inqilabın daha bir ilginc hədəfi üzə çıxır; rusiyalı tanınmış analitikdən SOS siqnalı: “Rusiya, Türkiyə, İran və Azərbaycan artıq indidən yığışıb önləyici tədbirlər görməlidir…” Ermənistanın yeni baş naziri Nikol Paşinyanın çevriliş nəticəsində hakimiyyətə gəlişindən təxminən bir ay ötür. Hələ ki o, daha çox öz komandasını formalaşdırmaqla məşğuldur. Bu […]

Bu universitet yeni imtahan modelləri tətbiq edir

Qərbi Kaspi Universitetində yay imtahan sessiyası başlayıb. Turkustan.info bildirir ki, Universitetdən BakuPost-a verilən məlumata görə, son imtahan sessiyalarında olduğu kimi bu dəfə də fərqli imtahan modelləri sınaqdan çıxarılır.  Belə ki, mövcud imtahan formaları ilə (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar) yanaşı, yeni imtahan modelləri tətbiq edilir. Bu modellər […]

Deputat: Bu nadanı dostluqdan qovuram – Video

Daha bir ilahiyyatçı peyda olub bizim mövqeyimizi Axar.az saytında təftiş etməyə başladı. Doğrusu, Xalq Hərəkatından illərdir tanıdığım, davranışlarına hörmət bəslədiyim Rəsul Mirhəşimlinin bu qədər cahil, gerizəkalı olduğuna üzüldüm və anladım ki, sektant düşüncəsinə qapılmış bu kimi insanlar artıq cəhaləti, nadanlığı, geriçiliyi müdafiə edəcək qədər itirilmiş məxluqlardır. Turkustan.info Kult.az-a istinadən xəbər verir ki, bu […]

Sarkisyanın qisas şansı QALMADI – 19 ildə ilk dəfə…

Ermənistanın Respublika Partiyasından olan bir neçə deputat partiyasının parlament fraksiyasından çıxmağa qərar verib. Bu haqda TASS agentliyinin müxbirinə deputatların yaxın ətrafındakı mənbə bildirib. “Partiyanı tərk etmək niyyətində olan bütün deputatlar böyük biznesmenlərdir. Onlar qısa müddətdə öz qərarlarını açıqlamağa hazırlaşırlar. Nəticədə, respublikaçılar parlamentdə azlıqda qalacaqlar”, – mənbə qeyd edib. Respublika Partiyası […]

Müdafiə Nazirliyi orduya könüllü toplayır

Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər iyunun 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul […]

Efirdə baş verənlər insanları göz yaşına boğdu: Aylarla yığdığı pullarını… – VİDEO

ATV-nin efirində yayımlanan “Bizimləsən” verilişində dramatik anlar yaşanıb. Turkustan.info xəbər verir ki, ürək xəstəliyindən əziyyət çəkən Cəbrayıl üçün edilən yardımlar hamını kövrəldib. Belə ki, müğənni Roza Zərgərli köməkçisi vasitəsilə verilişə onun əməliyyatı üçün min manat pul göndərib. Müğənninin köməkçisi eyni zamanda özünün Kərbəla ziyarətinə getmək üçün topladığı pulu da Cəbrayıla bağışlayıb. […]

Gülər Əhmədovaya deputat pensiyası təyin olundu

Milli Məclisin sabiq deputatı Gülər Əhmədovaya deputat kimi pensiya təyin olunub. Turkustan.info xəbər verir ki, bu barədə Trend-ə G.Əhmədovanın vəkili Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə qərar elan olunub. Məhkəmənin qərarı ilə Əhmədova Gülər Mikayıl qızına 30.05.2017-ci il […]

Avropa ABŞ-la yollarını ayırır: Üzü hayanadır?

“Rusiya ilə əvvəlki əlaqələri bərpa etmək lazımdır”.  “The Guardian” qəzetinin verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Brüsseldə, analitik mərkəzlərin birində çıxış edərkən bəyan edib. “Düşünürəm ki, Rusiya ilə əvvəlki əlaqələri bərpa etməliyik. Biz heç zaman Rusiyanın Krımda və yaxud Ukraynanın şərqindəki əməllərini qəbul etməyəcəyik. Bununla belə, […]

Nişanlısını öldürən gənc: Qaçdı, mən də arxadan vurdum – VİDEO

Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində nişanlısını öldürən 19 yaşlı Sabir Qulamov hadisəni necə törətdiyi barədə danışıb. Turkustan.info-nun məlumatına görə, nişanlısını güllələyən gənc polisə ifadəsi zamanı bildirib ki, mərhum Aytən Cəfərova ilə aralarında söz-söhbət olub:  “Əsəbləşdim. Onu güllələmək istədikdə anası tüfəngin qarşısına keçdi. Qaçdı və mən də arxadan onu vurdum”. Aytən Cəfərovanın […]

İran-İsrail müharibəsində Bakı hansı mövqeyi tutacaq? – ŞƏRH

İran və İsrail arasındakı münaqişənin uzun tarixi var. Ancaq indi vəziyyət daha ciddidir. Müharibə istisna deyil, bundan başqa hərbi fəaliyyətlər də qaçılmazdır.  Turkustan.info bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Fikrət Sadıxov deyib.  O bildirib ki, İsrailin fikri qətidir, İran isə daha kəsin cavab verir.    “İndi əsas olan qarşıdurmanın […]

Şri-Lanka gözəlləməsi

Filli-pələngli Seylondan pürrəngi foto-reportaj Desəm, bəlkə də inanmayacaqsınız, amma düz sözümdü, inanın, təmiz ürəklə etiraf edirəm: indiyədək gəzdiyim şəhərlər içində, nə bilim, Paris, London, Nyu-York olsun, heç biri uşaq vaxtı Ağdamdan Bakıya elədiyim səfərlərin yerini verməyib! Böyük şəhər dəlisi əyalət uşağında Bakı nağıllar dünyası idi. Karusel dolu sahil bulvarı, səs-küylü […]

Bu gün Mikayıl Müşfiqin doğum günüdür

1937-38-ci il represiyalarının qurbanı, istedadlı şair Mikayıl Müşfiqin bu gün doğum günüdür. “ Turkustan.info xəbər verir ki, azərbaycanlı şair, Azərbaycan Yazıçılar birliyinin üzvü, “Azərnəşr”in keçmiş redaktoru Mikayıl İsmayılzadı Əbdülqadir oğlu 1908-ci ilin 5 iyun tarixində dünyaya gəlib. Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış istedadlı şairlərdəndir. Mikayıl Müşfiq 1908-ci […]

200 gözü olan yeganə canlı – İnsanlar onu bu məqsədlərlə istifadə edir, əslində isə…

Okeanda yaşayan canlılar, adətən, digər heyvanlardan göz quruluşları ilə fərqlənir. Bu canlılar arasında dəniz molyuskları ən qəribə görmə sistemlərinə malikdir. Belə ki, cütdərili canlılardan olan molyuskların 200 gözü var. Bu gözlərin hər biri işığı qəbul edən almaz yerinə güzgüdən istifadə edir. Bioloqlar 1960-cı ildən etibarən batıq güzgülərin quanin kristalından əmələ […]

Qarabağdakı rejimin istefaya hazır olduğunu bəyanladı – Xankəndidəki aksiyalar dayandırıldı

Ermənistanın işğalı altındakı Xankəndində şəhərində iyunun 1-dən etibarən keçirilən etiraz aksiyaları dayandırılıb. Turkustan.info bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Dağlıq Qarabağdakı oyuncaq rejimin “ombudsman”ı Artak Beqlaryan da bu məlumatı təsdiqləyib. Qeyd edək ki, bir gün qabaq Ermənistanın baş naziri Nikol Paşinyan da Qarabağdakı aksiya iştirakçılarına müraciət edəcək […]

Azərbaycana ölü gətiriləcək

Ölkədən xaricə də göndərmək olacaq Xaricdən Azərbaycana ölü donorun və hissələrinin gətirilməsinə və ölkədən xaricə göndərilməsinə icazə verilir.  Turkustan.info-nun “report”a istinadla verdiyi məlumata görə, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir. Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, […]

Daha bir iştirakçı maşından əlini çəkdi – VİDEO

“Maşın şou”da daha bir iştirakçı əlini maşından çəkdiyi ehtimal olunur. Turkustan.info xəbər verir ki, söhbət Hüseyn Əzizoğludan gedir. Belə ki, o, ötən gecəki buraxılışın sonunda bir əlini maşından götürür. Digər əli ilə isə, əl çalır. Bu məqamda kamera Hüseynin sol əlini göstərmir. Bu səbəbdən Əzizoğlunun maşından əlinin götürüb-götürmədiyi sual olaraq […]

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib.  Nazirliyin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, hərbi hissələrə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vuran, 28 yaşınadək hərbi vəzifəlilər iyunun 20-dək müvafiq […]

Nazirlikdən İcra Hakimiyyətlərinə xəbərdarlıq — Tikintini dayandırın!

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 60 saylı binanın qarşısında ağac kəsintisi ilə bağlı daxil olan şikayəti Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları yerində araşdırıblar. Turkustan.info xəbər verir ki, bu barədə ölkə.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Sözügedən ünvana keçirilən baxış zamanı köküstə […]

Dövlət başçısı Goranboyda: Avtomobil yolunun açılışında

Prezident İlham Əliyev Goranboy rayonuna səfər edib. Turkustan.info-nun məlumatına görə, səfər çərçivəsində dövlət başçısı bu gün Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezidentə yolun texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, 12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout […]

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı – VİDEO

Mərdəkan və Şüvəlan qəsəbələrinə sərnişin daşıyan 136 saylı avtobusun sürücü içərisi sərnişinlə dolu olmasına baxmayaraq, avtobusu 120 kilometr saat sürətlə hərəkət etdirib. Turkustan.info “Xəzər TV”yə istinadən xəbər verir ki, sürücünün bu hərəkəti sərnişinləri qorxuya salıb. Bəzi sərnişinlər buna haqlı narazılıqlarını bildiriblər. Ancaq sürücü iradlara məhəl qoymayıb və əməlini davam etdirib. Üstəlik, […]

Sosial Müdafiə Fondunda müəmmalı yanğın – Səlim Müslümov izi…

Müslümovun DSMF sədri və nazir olduğu illər ərzində 2-2,5 milyard manat vəsaitin yoxa çıxdığı iddialarından sonra baş vermiş yanğın şübhələri daha da artırıb; sabiq nazirlə bağlı daha ilginc xəbərlər də var…       Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ona tabe olan qurumlarda yoxlama apardığı bir vaxtda […]

Amerikanın qorxulu “Böyük Ermənistan” projesi – sensasion iddia

İşğalçı ölkədəki məxməri inqilabın daha bir ilginc hədəfi üzə çıxır; rusiyalı tanınmış analitikdən SOS siqnalı: “Rusiya, Türkiyə, İran və Azərbaycan artıq indidən yığışıb önləyici tədbirlər görməlidir…” Ermənistanın yeni baş naziri Nikol Paşinyanın çevriliş nəticəsində hakimiyyətə gəlişindən təxminən bir ay ötür. Hələ ki o, daha çox öz komandasını formalaşdırmaqla məşğuldur. Bu […]

Ən azı 10 qətl – “Lənkəranski”nin ştatlı qatilinin ŞOK ƏMƏLLƏRİ – VİDEO

Rusiyanın məşhur kriminal avtoriteti, “Ded Xasan” təxəllüsü ilə tanınan Aslan Usoyanın qətlində ittiham edilən azərbaycanlı “qanuni oğru”, “Hacı Beyləqanski” ləqəbi ilə tanınan Hacıbaba Talıbxanlı daha on qətlə cəlb olunmaqda şübhəli bilinir. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən “Rosbalt” agentliyi bildirib. Tədqiqatçılarda həmçinin güman etmək əsaslar […]

Bina uçdu – azərbaycanlı altında qaldı

Ukraynanın Lvov şəhərinin mərkəzində yaşayış evinin fasadının bir hissəsi uçub. Turkustan.info Ukrayna mediasına istinadən xəbər verir ki, fasadın dağıntıları altında qalan kişi müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Məlumata görə, Qalitskiy küçəsi ilə Rınok meydanının kəsişməsində evin fasadının bir hissəsi uçub. Nəticədə Azərbaycan vətəndaşı olan Bakı sakini yaralanıb. Həmin […]

Qarabağ erməniləri niyə indi ürəkləndi? – Əsas səbəblər

Dağlıq Qarabağda baş verən hadisələrə real səbəblərinə görə qiymət vermək doğru olmazdı. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Qarabağda baş verən etiraz aksiyalarının səbəblərini şərh edərkən deyib. O bildirib ki, iki nəfərin xüsusi təyinatlılar tərəfindən döyülməsinə etiraz olaraq keçirilən aksiyaları siyasiləşdirməyə cəhd edənlər olacaq: “Amma […]

Paşinyanın Qarabağ oyunu başladı: Hədəf Saakyandır

Qarabağdakı hadisələr onu göstərir ki, artıq Ermənistanda başlayan proseslər işğal olunmuş ərazilərimizdə də davam edir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Qarabağdakı etiraz aksiyaları ilə bağlı danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. “Birincisi, etirazlar yaxşı təşkil olunub və onların məqsədləri var. Ancaq burada bir məqamı yada salmalıyıq. Bako […]

Dillər Universitetinin dosenti Belqradda beynəlxalq konfranslarda iştirak edib

30-31 may 2018-ci il tarixində Belqrad Universitetinin Filologiya Fakültəsinin təşkilatçılığı ilə həmin universitetdə “Universitet mədəniyyəti və Filologiya” mövzusunda VI beynəlxalq elmi konfrans keçirilmişdir. Serbiyanın mədəniyyət və informasiya naziri Vladan Vukosavlyeviçin, eləcə də Rusiya, ABŞ, Xorvatiya, Rumıniya, Böyük Britaniya, Serbiya, Yaponiya, Polşa, Çex Respublikasının elm adamlarının iştirak etdiyi Konfransda ölkəmizi Azərbaycan […]

“Mossad” agentləri iranlı hərbi müşavirləri qətlə yetirib

İsrailin “Mossad” xarici kəşfiyyat qurumunun agentləri Liviyada iranlı hərbi müşavirləri zərərsizləşdirib. Turkustan.info xəbər verir ki, bu haqda “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, iranlı diplomatlar və güc strukturlarından olan nümayəndələr Liviya üzərində təsir “rıçaqları” əldə etmək üçün Tunis və Maltada yüksək vəzifəli liviyalı siyasətçilər, hərbçilər və biznesmenlərlə gizli görüşlər keçirib. Liviyanın cənubuna göndərilən […]