Gün: İyun 6, 2018

Bakıda yaşayış binasına ilan daraşıb – Sakinlər təşvişdə – VİDEO

Şəhərin mərkəzində yerləşən yaşayış binasının 5-ci mərtəbəsində qəfil ortaya çıxan ilan, ev sahibini təşvişə salıb. Hazırda mənzildə yaşayanlar ilanın olması səbəbindən eyvana çıxa bilmirlər. Turkustan.info Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, bina 112, mənzil 26 da baş verib. 5-ci mərtəbədə yaşayan Gülnarə Məmmədova və […]

“Elə sürərəm ki, hamınız qırılarsınız” – Avtobus sürücüsü sərnişini yerə yıxdı – VİDEO

“Elə sürərəm hamınız qırılarsınız” Bakıda avtobus sürücülərinin sərnişinlərə qarşı kobud davranışı davam edir. Turkustan.info xəbər verir ki, belə hallardan biri bu gün 49 saylı marşrutda baş verib. Belə ki, sürücünün avtobusu sürətlə idarə etdiyi zaman sərnişin qadın yıxılıb. Ayağını zədələyən qadın yaxınlarına zəng edərək avtobusda yıxıldığını bildirdiyi halda, sürücü avtobusu […]

Ramil Usubov müğənni Kərimin videosu ilə bağlı tapşırıq verdi – Polis rəisinin “başı dərddə…” – VİDEO

Tanınmış müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması ilə bağlı araşdırmalara başlanılıb. Daxili işlər naziri Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində araşdırmalara başlanılıb. Belə ki, bölmə rəisi Etibar Balakişiyev və […]

Ordumuz 3 postu, bir neçə kəndi azad etdi və… – “Rosbalt” döyüşün TƏFƏRRÜATLARINI YAYDI

Bir müddət öncə Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində işğalçı ermənilərə ağır zərbə vurduğu və bir neçə strateji yüksəklikləri azad etməsi haqqında məlumatlar yayıldı. Bu xəbər rəsmi təsdiqini tapmasa da, sosial şəbəkələrdə azad edilmiş hündürlüklərin fotosunun yayılması ehtimalları artırdı. Xüsusilə bu fotoların Ermənistan mediası tərəfindən yayılması diqqət çəkdi. Turkustan.info Publika.az-a istinadən xəbər verir […]

Dilqəm Əsgərovdan yeni xəbər: Ayağı sındırıldı

Atamdan aylardır məktub ala bilmirəm. Yazdığım məktublara hələ də cavab gəlməyib. Onun səhhəti məni ciddi narahat edir. Turkustan.info bildirir ki, bunu Azvision.az-a Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilgəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, qanunsuz məhkəmə prosesləri ərəfəsində ermənilər tərəfindən Dilqəm Əsgərovun ayağı sındırılıb. “Beynəlxalq Qırmızı Xaç Komitəsi həmişə […]

“Türkiyənin Menbiçdə varlığını qəbul etməyəcəyik, ancaq…”

Türkiyənin Menbiçdə hərbi varlığını qəbul etməyəcəyik. Turkustan.info xəbər verir ki, bu açıqlama ilə Menbiç Hərbi Məclisinin nümayəndəsi Şarfan Dərviş çıxış edib. Dərviş Türkiyə-ABŞ arasındakı razılaşmanın yerinə yetiriləcəyini, ancaq Türkiyə ordusunun şəhərə girməsinə razı olmayacaqlarını vurğulayıb. Qeyd edək ki, ABŞ və Türkiyə arasındakı razılığa əsasən, PKK-ya bağlı bütün təşkilatlar Menbiçi tərk […]

Fazil Mustafadan SƏRT REAKSİYA: “Biz onların özlərini tarixin zibil qutusuna atacağıq”

Millət vəkili Fazil Mustafa onun fotolarını zibil qutularının zərində yapışdıranlara sərt reaksiya  “Bu məsələ belədir ki, ümumiyyətlə bu zibillər təbii ki, zibit qutularından başqa işləri və gücləri yoxdur, kitab oxumurlar axı. Bunlar ya özlərini daşa sürtürlər, ya döyürlər, ya da ancaq zibil qutularını tanıyırlar. Kitab tanımırlar. Ədəbiyyətdan xəbərləri yoxdur, mədəni […]

Prezidentdən Mədəniyyət Nazirliyi ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.  Turkustan.info-nun məlumatına görə, fərmanla “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” təsdiq edilib. 2. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur). 3. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq […]

Yol polislərinə “daha çox yaz, daha çox qazan” imkanı və 5 min manatadək aylıq qazanc

“Elə yol polisləri var ki, yazdığı protokolların faizi ilə birlikdə aylıq 3000-5000 manat əmək haqqı alır” “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilib. Yeni dəyişiklikdə nəzərdə tutulur ki, yol hərəkəti qaydalarının […]

“Şəxsən mən türkəm” – Arif Rəhimzadə yenə gündəmi dəyişdi – SON AÇIQLAMA

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə Azərbaycan dövlətini Sovet hökumətinin qurması barədə fikirlərinin qalmaqal yaratmasına münasibət bildirib.   Turkustan.info bildirir ki, Arif Rəhimzadə “Ölkə.Az”a açıqlamasında fikirlərinin arxasında dayandığını söyləyib:   “Bilirsiniz, bəzi adamlar çıxışları konteksdən çıxarırlar, istədikləri cümləni ora əlavə edirlər. […]

Qərbdə və Şərqdə: “bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarır”

Araz Aslanlı Məşhur misaldır. Deyirlər ki, “bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarır (xilas edir). Yəni, bəzən kiçik gördüyünüz bir detal, bir nüans bir döyüşün, bir elin taleyini həll edə bilər. İndi baxaq ki, Qərbdə və Şərqdə proseslərə və detallara, […]

Parlament problemli kreditlərə baxmadan istirahətə gedir: Ümid payıza qalıb – DEPUTAT

Azərbaycanda bank sistemi fəaliyyətə başlayandan bir müddət sonra məlum oldu ki, bu sahədə xeyli problemlər mövcuddur. Belə ki, bir neçə dəfə aldadılan cəmiyyət banklara inanmır, banklar isə insanların etibarını qaznmaq əvəzinə əksinə daha da itirirməyə başladılar.  2016-cı ildə isə daha bir problem ortaya çıxdı. Banklardan dollarla kredit götürən insanlara borcu […]

Qarabağda kütləvi istefalar: Petrosyan niyə narahatdır?

Azərbaycanın işğal altındakı ərazilərindəki separatçı qurumda baş verən proseslər bir müddət öncə Ermənistanda cərəyan edən hadisələrin məntiqi davamı olmaqla yanaşı, qanunsuz rejimin və işğalçı hərbi birləşmələrin əhalini daim təzyiq altında saxladığını, ərazini bütövlükdə həbs düşərgəsinə çevirdiklərini göstərir. Aksiya iştirakçılarının müsahibə və açıqlamalarından da bunu sezmək mümkündür. Turkustan.info bildirir ki, bu […]

“Maşın” şouda reklam olunan universitetin diplomu tanınmır

Bakıda Anadolu Universiteti adlı təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda onun verdiyi diplom, sənəd hüquqi qüvvəyə malik deyil. Çünki bu təhsil müəssisəsinin fəaliyyəti üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməyib. Turkustan.info xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov Anadolu Universitetinin ölkəmizdəki filialının tələbələrə verdiyi diplomların tanınmaması haqqında qeyd […]

Prezidentin icra başçısı təyin etdiyi şəxs kimdir?

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Binəqədi rayonuna yeni icra başçısı təyin edilib. Təyinatı olan şəxs Elxan Şamil oğlu Allahverdiyevdir.  Bəs E. Allahverdiyev kimdir? Turkustan.info-nun məlumatına görə, Binəqədinin yeni başçısı Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır. Fotoda Rövşən Allahverdiyev  /BakuPost/

Redaktor “söyüş çətəsi”nin qurbanına çevrilib – FOTOFAKT

Tanınmış redaktor sosial şəbəkələrdə xalqı təhqir edən “söyüş çətəsi”nin qurbanına çevrilib.  “Facebook” sosial şəbəkəsində milləti “тварь” adlandıran, mühacirətdə olan “söyüş çətəsi”nin nümayəndəsi redaktora qarşı təxribat kampaniyasına başlayıb.  Belə ki,BiG.AZ saytının redaktoru Rövşən Əsədov sözügedən təhqir dolu paylaşımına fikrini bildirdiyi üçün ona qarşı qarayaxma və çirkab kampaniya başladıblar. Onun şəkilləri montaj edilərək […]

Prezidentin işdən kənarlaşdırdığı icra başçısı: “”Bu mənim üçün şərəfdir” – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev imzaladığı sərəncamla Ağdam rayonunun icra başçısı Raqub Allahverdi oğlu Məmmədovu vəzifəsindən azad edib. Turkustan.info bildirir ki, Yenicag.az-a açıqlama verən Məmmədov işdən çıxarılmasına münasibət bildirib: “Allah prezidentimizin canını sağ eləsin. Allah İlham Əliyevi xalqımızın başının üzərindən əskik etməsin. Sərəncamla gəlib işlədim. Ləyaqətlə çalışdım, camaata xidmət […]

ŞOK! Azərbaycan efirində daha bir biabırçılıq : Əlbəyaxa dava – VİDEO

ARB-nin efirində əlbəyaxa dava olub. Turkustan.info xəbər verir ki, münaqişə “Sirdaş Rövşanə” proqramında qonaqlar arasında yaşanıb.  Rəqqasə Simona ilə idmançı Amirin mübahisəsi o həddə çatıb ki, onlar bir-birlərinə əl qaldırıblar. Amir “Oriyental rəqs görəndə ətim tökülür. Görmək belə istəmirəm” deyib. Verilişdə qonaq olan digər rəqqasə “Mənim də “kaçok” oğlanlardan zəhləm gedir” […]

Sabir Rüstəmxanlıdan Arif Rəhimzadəyə cavab: “Bu milli dövlətçiliyimizə xəyanətdir”

“Millətimizin qanını içmiş kommunistlərin adının qorunub saxlanılması istiqamətində aparılan təbliğat çox yersizdir”. Turkustan.info bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında xalq yazıçısı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib. O, kommunistlərin adlarının qorunub saxlanmasına dair səslənən fikirlərin gülünc olduğunu bildirib: “Azərbaycan milli hökumətini, Azərbaycan Cümhuriyyətini kommunistlər qurmayıblar, əksinə, işğal ediblər. Düzdür, […]

Tovuzda valideyn himayəsindən məhrum olmuş internat uşaqları üçün bayram tədbiri keçirilib

Tovuzda Qovlar Gənclər Evində valideyn himayəsindən məhrum olmuş internat uşaqları üçün bayram tədbiri keçirilib. Tədbirdə Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, Mətanət “A” şirkətinin rəsmiləri çıxış edərək uşaqları təbrik ediblər. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaq evlərinə böyük diqqət və qayğısını xüsusi vurğulayan millət vəkili […]

Heydər Əsədovun bahalı inəkləri: Sabiq nazirə baha başa gələcək

Sabiq nazir Heydər Əsədovun dövründə kənd kəsərrüfatının sürətli inkişafı mümkün olmadı. Baxmayaraq ki, hökumət bu sahəni prioritet elan etmişdi. Kənd təsərrüfatının inkişafdan qalmasının obyektiv və subyektiv səbəbləri var. Birincisi və ən başlıca səbəb Heydər Əsədovun fəaliyyətinin heç də bu sahənin inkişafına yönəlməməsidir. Bunun üçün kifayət qədər misallar çəkmək mümkündür. Sabiq […]

“30-30-30-30”: Rusiyanı vurmaq üçün sirli 30 rəqəmindən ibarət PLAN

ABŞ avropalı müttəfiqlərinə müraciət edərək batalyon, gəmi və təyyarlərini potensial Rusiya təcavüzünün qarşısını almaq üçün hazır vəziyyətə gətirməyə çağırıb. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Ceyms Məttis bu plana geniş dəstək qazanmağa çalışır və müdafiə nazirlərinin Brüsseldə sabah keçiriləcək toplantısında dəstəyə ümid edir. ABŞ və NATO təmsilçilərinin […]

Məişət zorakılığına məruz qalmış uşaqlar üçün tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Məişət zorakılığına məruz qalmış uşaq və gənclərin reabilitasiyası və maarifləndirilməsi üçün treninqlərin keçirilməsi”adlı növbəti layihəsinin icrasını Göyçay rayon 1№ tam orta məktəbində keçirib  Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi […]

Zaqatalada yenidən zəlzələnin olacağı haqda AÇIQLAMA

Episentri Zaqatalada olan zəlzələdən sonra ərazidə 90-a yaxın avterşok qeydə alınıb. Turkustan.info bildirir ki, bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, ərazidə dünən baş verən zəlzələ kimi güclü təkanlar gözlənilmir: “Ola bilər ki, əhalinin hiss edəcəyi xırda təkanlar qeydə alınsın”. Qeyd edək ki, dünən yerli vaxtla saat […]

Ermənistan bu il Naxçıvanın işğalı üçün hərəkətə keçəcək – Planın üstü açıldı

Ermənistanda qədim Azərbaycan torpağı Naxçıvanla bağlı iddialar yenidən gündəmə gəlib. Turkustan.info xəbər verir ki, erməni politoloq Levon Şirinyan bir az da irəli gedərək, bu il ərzində Naxçıvanı Ermənistan ərazisinə qatacaqlarını iddia edib. “Biz bu il Naxçıvan məsələsini bağlayacağıq. Birincisi, siyasi-hüquqi mənada. Xarici İşlər Nazirliyində hesab edirlər ki, vəziyyət dəyişib və Naxçıvanın […]

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR

“Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı bir sıra yeniliklər var”. Turkustan.info report-a istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə bununla bağlı müvafiq sənədlər göndərilib: “Avropa Məhkəməsi ilə komunikasiya işləri davam edir. […]

Azərbaycan mediasının 8 yaşlı “Unikal”ı

Bu gün “Unikal” qəzeti və “Unikal.org” internet portalının fəaliyyətə başlamasından 8 il ötür. Bu media qurumları ilk xəbərini oxuculara 2010-cu il iyunun 6-da təqdim edib. Uzun illər “Unikal” qəzeti yazılı mətbuat sırasında öz dəstixətti ilə seçilib. Son illər isə Unikal.org saytı elektron media qurumları arasında özünəməxsus yer tutaraq ön sıraya […]

Sülhyaratma missiyalarına Azərbaycan töhfəsi

Yarandığı gündən, döyüş əməliyyatlarında iştirakına baxmayaraq, Azərbaycan Ordusunun ikitərəfli və beynəlxalq hərbi əməkdaşlığı hər zaman diqqət mərkəzində olub. Türkiyə, Ukrayna, Rusiya, İsrail və digər ölkələrlə, o cümlədən NATO ilə qurulan sıx hərbi əməkdaşlıq bu gün Azərbaycan Ordusunun inkişafına töhfə verməklə yanaşı, bölgədə və dünyada sülhün, asayiin təmin olunmasında Ordumuzun iştirakına […]

Türkiyədən Cocuq Mərcanlıya növbəti dəstək

Bir neçə Türkiyə şirkətinin dəstəyi ilə işğaldan azad edilmiş, cəbhə xətti yaxınlığındakı Cocuq Mərcanlı kəndinin sakinlərinin məşğulluğunu təmin etmək məqsədi ilə arıçılıq, heyvandarlıq, hədiyyəlik əşya (suvenir) və istixanalarla bağlı layihələr həyata keçirilir. Rallaşdırılan layihələr barədə kənd sakinlərinin ətraflı məlumatlandırılması və görülən işlərin gedişi ilə tanışlıq məqsədilə iyunun 4-də Cocuq Mərcanlıda […]

Avstraliya Senatında Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi

Avstraliya Senatının (Avstraliya Parlamentinin Yuxarı palatası) Xarici işlər, müdafiə və ticarət komitəsində rəsmi Kanberranın xarici və müdafiə siyasətinə dair dinləmələr keçirilib. Turkustan.info-nun Senata istinadən verdiyi məlumata görə, dinləmələr zamanı bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Avstraliyanın tutduğu mövqe müzakirə edilib. Dinləmələr zamanı Yaşıllar Partiyasının üzvü olan senator […]

Azərbaycanda biabırçı hadisə – İki uşaq anası evində işləyən fəhlə ilə… – VİDEO

Sabirabad rayonunda iki uşaq anası evində işləyən fəhləyə qoşulub qaçıb. Hadisə ötən ilin oktyabr ayında baş verib. Belə ki, iki uşağını ər evində qoyan qadın fəhlə ilə birlikdə Bakıya üz tutub. 3 gündən sonra tapılan qadın ərinin yanına gəlib. Lakin bu ilin aprelində Ramidə adlı qadın iki uşağını da götürərək […]

“Qara dənizə baxan ən uca yerlərin birində Əhməd Cavada abidə ucaldılsın” – Qənirə Paşayevadan təklif

Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TİKA, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə ökəmizdə qeyd edilən VIII Beynəlxalq Şairlər Günü çərçivəsində Şəmkirdə Türk dünyasının istiqlal şairləri Əhməd […]

Ankaranın Keçiören bələdiyyəsinin təşkil etdiyi 9-cu Beynəlxalq Ramazan Festivalı çərçivəsində “Azərbaycan gecəsi” keçirilib

Sumqayıt şəhərinin nümayəndə heyətinin üzvləri əvvəlcə Heydər Əliyev Parkında olub, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin heykəli önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Keçiören Bələdiyyə sədri Mustafa Akın ev sahibliyi ilə öncə Azərbaycan və Ərzincan Mədəniyyət Evlərinin açılışı olub. Tədbirə Azərbaycanın səfiri Xəzər İbrahim, Sumqayıt […]

Paşinyan sağ əlini rusların qapısına göndərdi: – İrəvan qapalı görüşdə Moskvadan Bakı ilə bağlı nə istəyəcək?

Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan bu gün Moskvaya ilk səfərini edir. 6-7 iyun tarixində davam edəcək səfər zamanı erməni nazir Rusiya parlamentinin nümayəndələri, Moskvada təhsil alan erməni tələbələr, ən nəhayət, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Bu görüş Ermənistanda Paşinyanın hakimiyyətə gəlişindən sonra həm İrəvan-Moskva münasibətləri, həm də […]

Qadınların həsrətində olduğu gün gəldi

İndi onlara yanlarında kişi lazım deyil Səudiyyə Ərəbistanında qadınların illərdir həsrətində olduqları gün gəlib çatdı. Turkustan.info-nun məlumatına görə, ötən il maşın sürmələrinə icazə verilən qadınlar artıq sürücülük vəsiqələrini almağa başlayıblar. Bir həftə ərzində 100-dən çox qadın bu hüququndan istifadə edərək vəsiqəsinə qovuşub.  Yerli telekanlların məlumatına görə, vəsiqələrin verilməsinə nəzərdə tutulan […]

Ramin Hacılı Gürcüstanla sərhəddə tutuldu: 250 min manat borcu varmış – FOTOLAR

Dövlət Sərhədi Xidmətinin (DSX) sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhə­dinin pozulmasının qarşısı alınıb. Turkustan.info bildirir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı – 1983-cü […]

Sarkisyan 5 rayonu azad etməyə hazırlaşırmış? – İddialara politoloq BAXIŞI

“Moskvada Azərbaycana simpatiyası olan və Dağlıq Qarabağ məsələsində bizim haqlı mövqeyimizi müdafiə edən bir neçə siyasi ekspert, jurnalist var. Onlar ara-sıra Bakıya da gəlirlər. Dəstəyə görə sağ olsunlar, ancaq başımızın altına yastıq qoymağa da ehtiyac toxdur. Açıqlama verirlər ki, guya Moskva Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanı Dağlıq Qarabağ ətrafındakı 5 […]

Hərb Tarixi Muzeyində “Azərbaycan bayrağı” ordenli kəşfiyyatçı Ülfət Kərimovun anım günü keçirilib – FOTOLAR

5 iyun tarixində Azərbaycan Hərb Tarixi Muzeyində “Azərbaycan bayrağı” ordenli kəşfiyyatçı Ülfət Kərimovun anım gününə həsr olunmuş “El qəhrəmanı” adlı anım tədbiri keçirilib.  Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəəssisələri, hərbi məktəblər və hərbi hissələr, Respublika Veteran Təşkilatları, ictimaiyyət nümayəndələri, müharibə veteranları, Kəlbəcərlilər, həmçinin kəşfiyyatçı Ülfət Kərimovun ailə üzvləri və döyüş […]

ABŞ Azərbaycana görə Qarabağda HƏRƏKƏTƏ KEÇDİ – SENSASİYALI İDDİA

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və Tiflisdə baş verən aksiyaların arxasında ABŞ dayanır. Turkustan.info xəbər verir ki, bu iddia ilə “politikus” saytı çıxış edib. Sayt yazır ki, Vaşinqton Azərbaycanın “Cənub qaz dəhlizi” layihəsinə xüsusi önəm verir: “Amerikalılar gələcəkdə bu layihəni genişləndirmək və Ermənistanı da bu layihəyə qoşmağı planlaşdırır. Bunun üçün […]

Gerçək həyatını filmdə də oynayan ögey ana – Oğulluğunun Nəcibə Məlikova haqqında XATİRƏLƏRİ

Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olub. Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələni əsirgəməyiblər. Bu baxımdan Azərbaycan filmlərində kifayət qədər yaddaqalan obrazlar var. Modern.az saytında “Azərbaycan filmlərinin ana obrazı” rubrikasına davam edirik. Rubrikada adından bəlli olduğu kimi, yerli filmlərimizin […]

Vəzifəli şəxs 2 min manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Nazirlikdən  verilən məlumata görə, reyd zamanı Xaçmaz rayonu Xudat şəhəri ərazisində məişət tullantılarının qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib. Faktla bağlı Xudat Mənzil İstismar Sahəsinin rəisi Bəxtiyar Hüseynov […]

Azərbaycanlı “gözəl” İrəvana getmək istədi

“Miss MDB-2018” gözəllik müsabiqəsi Ermənistanda keçiriləcək. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı müsabiqənin təşkilatçılarından biri olan Nairi Mnatsakanyan deyib. Onun sözlərinə görə, müsabiqədə 30 nəfər iştirak edəcək. Müsabiqənin finalının 29 iyunda keçiriləcəyi bildirilib. Mnatsakanyan müsabiqədə Azərbaycan və Türkiyə təmsilçilərinin də iştirak etmək istədiyini deyib. O, hər iki nümayəndənin lazımi sənədləri […]

Kremlin ideoloqu kartı açdı – Aranı qatan “boz kardinal”

Bakı-Moskva əlaqələri əleyhinə “sualtı daşlar”ı düzənlərin Rusiya XİN-də kök salmış erməni lobbisi olmasına dair iddialar doğrulur. Ötən həftə tanınmış rusiyalı telejurnalist və analitik, Dağlıq Qarabağ məsələsində obyektivliyi ilə seçilən Maksim Şevçenko maraqlı bir açıqlama verdi. Analitik Suriyanın Abxaziya və Cənubi Osetiyadakı separatçı qurumların “müstəqilliyini” tanımasını bilavasitə Rusiya XİN-də kök salmış […]

Kuznetsov 4 ölkəni niyə İrəvana qarşı birləşməyə çağırdı? – Şərh

Ermənistanın hazırkı hakimiyyətinin tamamilə Qərb dairəsinə keçməsi və bundan bölgədə plasdarm kimi Rusiya, İran, Türkiyə və Azərbaycanın əleyhinə istifadə imkanları əlbəttə ki, mövcuddur. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a tanınmış rusiyalı analitik və tarixçi alim Oleq Kuznetsovun məqaləsini şərh edən millət vəkili Zahid Oruc deyib. O bildirib ki, ermənilər on illərdir […]

Dünyanın ən zəngin idmançıları: 1-ci yerdə nə Messi, nə də Ronaldodur

Dünyanın məşhur iqtisadiyyat jurnalı “Forbes” ötən ilin ən çox qazanan idmançılarının adlarını açıqlayıb. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, 2017-ci ildə ən çox gəlir əldə edən idman adamı boksçu Floyd Meyvezer olub.   Amerikalı boksçu ötən ili 285 milyon dollar qazancla tamamlayıb. Bu məbləğin 275 milyonunu o, Konor Makqreqorla döyüşdən […]

Zaqatalada 6 bal gücündə zəlzələ: Dağıntı, ölən və xəsarət alan var – FOTOLAR

İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib. Turkustan.info xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakinlərinin APA-ya verdiyi xəbərə görə, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus çay daşından inşa edilmiş mal tövlələrinin divarında uçqun baş verib, bir-neçə […]

Yumurtanın ölümcül təhlükəsi aşkarlandı

Səhər yeməyinə mütəmadi olaraq qızardılmış yumurta və kolbasa qəbulu artıq çəkinin meydana gəlməsinə səbəb olur və mədəaltı vəzinin xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır. Turkustan.info xəbər verir ki, Stokholmun Karolin institutunun alimləri belə bir nəticəyə gəlib. Sözügedən yemək növü insanın orqanizmində vaxtaşırı ciddi pozuntulara yol açır. İsveçli alimlər əmin edir ki, qızardılmış yumurtanın […]

Ölümə sürükləyən “Mariam” şagirdlər arasında sürətlə yayılır – VİDEO

“Mavi balina” kabusundan sonra indi də “Mariam” adlı oyun çıxıb. Bu təhlükəli oyun, qorxunc səs effektləri, ruhlarla bağlı suallarla və gecə üçdə zəng kimi qəribə tapşırıqları ilə diqqət çəkir. Turkustan.info “xezerxeber.az”a istinadən xəbər verir ki, bəzi ölkələrdə qadağan edilən bu oyun hazırda Azərbaycanda məktəblilər arasında sürətlə yayılır. “Ətrafımızda bir ruh var, […]

“Ağ gecə” şəhərinin xatirələri, Baş konsulun biganəliyi…

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etmək və bir sıra önəmli tədbirləri keçirmək məqsədilə Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə may ayının 25-də Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşdük. Axşam saat 23:00-da Sankt-Peterburq hava limanına çatdıq. Pasport qeydiyyatından sonra açıq havaya çıxanda örgəşmədiyimiz ağ gecə bizi salamladı. Əsasən may ayı sərin […]

Azərbaycanda güclü zəlzələ -FOTOLAR

Azərbaycanda güclü zəlzələ baş verib. APA-nın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb. 5,5 maqnitudalı zəlzələnin ocağının 12 km dərinlikdə yerləşdiyi bildirilir. Məlumata görə, zəlzələ episentrdə 6 bala qədər hiss olunub. Zəlzələ ölkənin əksər rayonlarında hiss olunub. Zəlzələnin episentrinin şimal-qərb bölgəsində […]

Yüzlərlə adam bu qanunu gözləyir – Millət vəkili

Cəmiyyətdə yüzlərlə xəstə bu sənədin qəbulunu gözləyir. Günlərin birində həmin xəstələrdən biri biz də ola bilərik. Ona görə bu qanunun qəbulunu və təbliğatını sürətləndirmək lazımdır. Turkustan.info xəbər verir ki, bu sözləri MM-in Səhiyyə komitəsində “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanun və “Tibbi optika haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət […]

Xameneiyə qarşı QİYAM? – İranı şoka salan bəyanat

“İranın nüvə fəaliyyət 2015-ci il sazişi çərçivəsində qalacaq”. Turkustan.info xəbər verir ki, bu haqda İranın Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi bildirib. O, ABŞ-ın nüvə sazişindən çəkilməsinə baxmayaraq, Tehranın beynəlxalq vasitəçilərlə imzaladığı sazişə riayət edəcəyini açıqlayıb. Qeyd edək ki, Əli Əkbər Salehinin bu bəyanatının İran ali dini lideri Ayətullah Əli […]