Ankaranın Keçiören bələdiyyəsinin təşkil etdiyi 9-cu Beynəlxalq Ramazan Festivalı çərçivəsində “Azərbaycan gecəsi” keçirilib

Sumqayıt şəhərinin nümayəndə heyətinin üzvləri əvvəlcə Heydər Əliyev Parkında olub, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin heykəli önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Keçiören Bələdiyyə sədri Mustafa Akın ev sahibliyi ilə öncə Azərbaycan və Ərzincan Mədəniyyət Evlərinin açılışı olub. Tədbirə Azərbaycanın səfiri Xəzər İbrahim, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, AK Partiyanın Ankara Millət vəkili Əhməd Gündoğdu, Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, AK Partiyanın Ankara millət vəkili namizədləri Dr. Arifə Polat Düzgün, Zeynep Yıldız, Bələdiyyə Məclis üzvləri və çox sayda vətəndaş qatılıb. “Azərbaycandan salam gətirmişəm” deyərək çıxışına başlayan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Bizləri bir araya gətirən və Türk dünyasını görüşdürən Keçiören Bələdiyyə sədrinə minnətdarıq. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyədir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaqdır. Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanındadır” fikirlərini səsləndirib. Dil, din və mədəniyyət birliyinə də diqqət çəkən Zakir Fərəcov bildirib ki, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı hər bir sahədə yüksək səviyyədədir. Gecədə Gülzar Fərəcova və Vüqar Əliyevin səsləndikdən mahnılar qonaqlar tərəfindən maraqla qarşılanıb. Sumqayıtdan gələn incəsənət ustalarının səsləndirdikləri “Çırpınırdı Qaradəniz” mahnısı tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Səfər çərçicəsində Sumqayıt şəhəri ilə qardaşlaşmış əlaqəsinəmalik şəhər olan Ankaranın Keçiören bələdiyyəsində görüş keçirilib. Görüşdə Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov və nümayəndə heyətinin üzvləri iştirak edib. İkitərəfli münasibətlərin inkişafı, qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi məqsədilə keçirilən görüşdə Keçiören bələdiyyəsinin sədri Mustafa Ak köklü dövlət ənənəsinə sahib iki ölkənin hər zaman dost olacağını xatırladaraq, “Azərbaycandakı qardaş şəhərimiz Sumqayıt ilə güclü bir iş birliyimiz var. Təcrübələrimizi paylaşır, gözəl işlər görürük” deyə bildirib. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov bildirib ki, Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Bu gün bu münasibətlər uğurla inkişaf edir, xalqlarımız biri-biri ilə sıx əməkdaşlıq edir, iki qardaş ölkə birlikdə regionda çox önəmli layihələrə imza atır. Nümayəndə heyəti Ankaranın Keçiören rayonundakı Xocalı soyqırımı meydanında rayon bələdiyyəsi və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib və abidənin önünə gül çələngi qoyub.
Ankarada rəsmi səfərdə olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib. Anıtqəbir önünə əklil qoyulub. Nümayəndə heyəti Atatürkün xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra ziyarətçilər Anıtqəbr muzeyi ilə tanış olublar.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti