Azərbaycanda güclü zəlzələ -FOTOLAR

Azərbaycanda güclü zəlzələ baş verib.

APA-nın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

5,5 maqnitudalı zəlzələnin ocağının 12 km dərinlikdə yerləşdiyi bildirilir.

Məlumata görə, zəlzələ episentrdə 6 bala qədər hiss olunub.

Zəlzələ ölkənin əksər rayonlarında hiss olunub. Zəlzələnin episentrinin şimal-qərb bölgəsində olduğu ehtimal olunur. Güclü təkanlar daha çox Şəki, Qax, Balakən, Zaqatala rayonlarında hiss olunub.  

Zəlzələ həmçinin Göyçay, Şamaxı və digər ətraf rayonlarda da hiss olunub.

Dağıntı və tələfat barədə hələlik məlumat verilmir. 

Turkustan.info Facebook istifadəçisi Elşad Mətləboğlunun paylaşdığı Zaqalatadakı Bazarstore marketində zəlzələdən sonrakı görüntüləri təqdim edir: