Gün: İyun 7, 2018

İran yenə silkələndi

İranın cənubunda 3,5 maqnitudalı zəlzələ baş verib. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar UTC vaxtı (Ümumdünya vaxtı) ilə saat 14:28-də Şiraz şəhərindən 163 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfatla bağlı məlumat yoxdur.    /ednews.net/az

“ABŞ Ermənistanı “ovladı”, Rusiya da Azərbaycanı dəstəkləməlidir”

Son günlər Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsində əhali və qondarma “rejim” arasında gərginlik yaşanır. Belə ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə “Milli Təhlükəsizlik Xidməti” əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndidə məişət zəminində baş verdiyi iddia olunan insident […]

Hansı pullarda daha çox mikrob var? – ARAŞDIRMA

Plastik bank kartları təkcə rahatlığı və etibarlılığı ilə seçilmir, eyni zamanda müxtəlif infeksiyalara yoluxma baxımından kağız və dəmir pullardan daha təhlükəsizdir. Rusiyalı alimlərə görə bir pul əskinazında olan patogen bakteriya və mikrobların sayı kiçik epidemiya yaratmağa belə kifayət edər. Turkustan.info xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb. Rusiyanın N.F.Qamaley […]

Lotu Quli bu sahəyə nəzarəti tam ələ keçirmək üzrədir

Azərbaycanlı alverçilər onlara himayədarlıq edənlərlə sıx bağlıdırlar və problem ondadır ki, heç də həmişə azərbaycanlılar arasında baş verən cinayətlər barədə məlumat Rusiya hüquq-mühafizə orqanlarına çatmır Azərbaycanlı kriminal avtoritet, Lotu Quli ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovun Azərbaycan mafiyasının bossu olması üçün bütün zəruri göstəriciləri var. Turkustan.info bildirir ki, bunu […]

“Qaynanam cadu ilə ailəmi dağıtdı”: 3 ilin gəlinindən ŞOK İDDİA – VİDEO

Teleməkanda ilk dəfə olaraq cadudan qorunmağın sirri birbaşa efir vasitəsi ilə tamaşaçılara təqdim edib. Turkustan.info xəbər verir ki,  Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində yenidən maraqlı anlar yaşanıb. Verilişə müraciət edən gəlinin iddiaları hər kəsi təəccübləndirib. Belə ki, o həyat yoldaşını axtardığını qeyd edərək, qaynanasından da şikayətçi olub. Onun sözlərinə […]

Qarabağ probleminin yeganə HƏLLİ YOLU BUDUR – Ruslar bütün detalları AÇDI

Hazırda Moskvada səfərdə olan Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan səfər öncəsi “Dağlıq Qarabağ danışıqlar masasında əsas sözə sahib olmalıdır”, – açıqlamasını verdi. Güman ki, Mnasakanyan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə də bu məsələni gündəmə gətirəcək. Halbuki, bu, münaqişə zonasında müharibəni yenidən tətikləməkdir. Turkustan.info Publika.az-a istinadən xəbər verir […]

Tramp Ərdoğanla razılaşıb – Ruslar yenə oyundankənar qalacaq

Türkiyə hökuməti uzun müddətdir Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəyir ki, bu da ABŞ-ın etirazı ilə qarşılanmışdı.  Turkustan.info “Hürriyet”ə istinadən xəbər verir ki, Vaşinqton razılaşma ləğv edilməzsə, Ankaraya qarşı sanksiyalar tətbiq edəcəyini də bildirmişdi. Türkiyə isə sanksiya tətbiq olunarsa, buna adekvat cavab verəcəklərini açıqlamışdı. Qeyd olunur ki, Donald Tramp […]

Avro bahalaşır: Dolların taleyi necə olacaq? – Ekspert rəyi

Xəbər verdiyimiz kimi 2018-ci ilin iyun ayının 7-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyun ayının 6-sı ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 2.0052 manata, rubl/manat məzənnəsi isə 0,0276 manata qalxıb. 1 türk lirəsi isə 0,3741 manata yüksəlib. Qeyd edək ki, iyunun 6-da rəsmi olaraq 1 dollar 1,7000 […]

Putindən gözlənilməz: Suriyadan sürətlə çıxa bilərik

Lazım olsa, Rusiya hərbçiləri Suriyadan sürətlə çıxa bilər. Turkustan.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bu gün canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib. O bildirib ki, Suriyadakı hərbi əməliyyatlar Rusiya hərbçiləri üçün bir sınaqdır: “Bu, önəmli və əsas vəzifədir. Terrorçularla, Rusiyaya daxil olmadan öncə, Suriyada mübarizə aparmaq vacibdir. […]

İsraildən Əsədə: Atəş açsa, məhv edəcəyik!

Bəşər Əsəd qüvvələri İsrailə atəş açarsa, onları yox edərik. Turkustan.info xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. O, bu günə kimi ölkəsinin Suriyada müharibəyə müdaxilə etmədiyini bildirib: “Əsəd bunu diqqətdə saxlamalıdır: Qorxunc daxili müharibələr olanda İsrail qarışmadı. İndi isə müharibə bitən ərəfədə İranı dəvət edir? Artıq […]

Prezident sərhəd rayonların başçılarını niyə “təmizləyir”? – “Bütün dosyelər İlham Əliyevə şəxsən təqdim edilir”

Millət vəkili Zahir Oruc prezident İlham Əliyev icra orqanlarında başladığı “təmizləmə işləri”ni şərh edib. Turkustan.info bildirir ki,  Deputat BakuPost-a açıqlamasında bildirib ki, bu, prezident seçkilərindən sonra hökumətin tərkibində aparılan genişmiqyaslı dəyişikliklərin davamıdır. Z. Orucun sözlərinə görə, ölkə başçısı qarşıya mühüm strateji vəzifələr qoyub: “Biz onları ambisiyalı proqramlar adlandıra bilərik. Yəni […]

BQXK nümayəndələri Dilqəm və Şahbazla görüşüblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər. Turkustan.info-nun məlumatına görə,  BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri may ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi […]

Paşinyan Qarabağ münaqişəsinin həllini yeni hökumətin əsas prioriteti hesab edir

Ermənistan parlamenti iyunun 7-də keçirilən növbədənkənar iclasda ölkənin yeni hökumətinin proqramını bəyənib. Turkustan.info “RİA Novosti”yə istinadən xəbər verir ki, sənəddə əsas maddələr Rusiya ilə münasibətləri inkişaf etdirmək və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Prezidenti ilə müzakirə edilməsinə hazırlıqla bağlıdır. Baş nazir Nikol Paşinyanın təqdim etdiyi sənədin lehinə 62, əleyhinə isə 39 deputat səs verib.  […]

Azərbaycanda bu şəxslərin maaşları artırıldı — SƏRƏNCAM

Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin aylıq vəzifə maaşları artırılıb. Turkustan.info-nun məlumatına görə, prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə” sərəncam imzalayıb. Sərəncama əsasən MSK sədrinin aylıq vəzifə […]

Tovuzun işdən çıxarılan icra başçısı: “Allah cənab prezidentdən razı olsun”

Prezident İlham Əliyevin sərəncamı ilə Tofiq Zeynalov Tovuz rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin başqa bir sərəncamı ilə onun yerinə Məmməd Cahangir oğlu Məmmədov təyin edilib. Turkustan.info xəbər verir ki, Tofiq Zeynalov xəbəri musavat.com-a şərh edərkən deyib ki, sərəncam haqda ona təzəliklə məlumat veriblər:  “Nahar fasiləsindən qayıtdıqdan sonra […]

“Fəhlələrüyüy” sözü ilə məşhurlaşan Şakir: “Qızlar zəng edib deyir ki…” – VİDEO

“Mənə zəng edib telefonda ağlamaq istəyirdi”. Turkustan.info xəbər verir ki, bunu ARB TV-nin “Kimi tapdın sən?” verilişinin qonaq olan Şakir Nəsibov deyib. Şakir Nəsibov ona çoxlu ölkələrdən zənglər gəldiyini bildirib: “Rusiyadan, Qazaxstandan, Türkiyədən zənglər gəlir. Dünən Moskvadan zəng ediblər. Gecə 3-ün yarısı zəng vururlar. Pis çıxmasın telefonub bütün günü “zaryadka”dadı. Zəng […]

Çoxlu borcu olan ərdən arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL: Həyat yoldaşını yolda… – Göygöldə

Dünən axşam saatlarında Samux rayonunda çaydan naməlum kişi meyiti tapılıb. Turkustan.info-nun xəbərinə görə, meyit Kür çayının rayonun Qırmızı Samux adlanan ərazisindən keçən hissəsində tapılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin meyit Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Firudin Ələsgərova məxsusdur. Xatırladaq ki, Firudin Ələsgərov bu il mayın 10-da arvadı, 1973-cü il […]

Paşinyandan Azərbaycana MÜHARİBƏ XƏBƏRDARLIĞI – ŞOK SÖZLƏR

“Əgər Bakı müharibəyə hazırlaşırsa biz niyə sülhə hazırlaşmalıyıq?”. Turkustan.info xəbər verir ki, bu iddia ilə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin xüsusi iclasında çıxış edib. Onun sözlərinə görə, Azərbaycan müharibədən danışdığı halda Ermənistan hakimiyyəti güzəştlər haqqında danışmağı yanlış hesab edir. “Əgər Azərbaycan müharibə variantını əsas götürürsə Ermənistan niyə sülhə hazırlaşmalıdır? Biz […]

Moskvada yüzlərlə azərbaycanlı saxlanıldı – VİDEO

Bu gün səhərdən reydlər keçirilir Moskvada polis və OMON iri bazar və ticarət obyektlərində miqrantlara qarşı əməliyyata başlayıb. Turkustan.info-nun məlumatına görə, bu barədə “Yeni  Musavat” qəzeti məlumat verib. Qəzet xəbər verir ki, bu gün səhərdən Moskvanın demək olar ki, bütün bazarlarında reydlər keçirilir. Yüzlərlə saxlanılan var. Onların içərisində xeyli azərbaycanlı […]

2 metr 72 santimetrlik adamın nadir görüntüləri – VİDEO

Dünyada bu günə qədər ən ucaboylu insan olaraq Robert Uodlou qeydə alınıb. O, 1918-ci ildə İllinoys ştatının Olton şəhərində dünyaya gəlib. Ötən əsrin 20-ci illərində onun boyunun 2 metr 72 santimetr, çəkisinin 199 kiloqram olduğu bildirilir. Boyu uca olduğu üçün o sərbəst yeriyə bilməyib, əsadan istifadə edirdi.22 yaşı olarkən Robertin […]

Əməkdar artist canlı efirdə yıxıldı – Video

Tanınmış aktrisa, əməkdar artist Nahidə Orucovanın canlı efirdə səhhəti pisləşib. Aktrisa ARB-də efirə gedən “Səhər-səhər” proqramı yayımlanarkən qonaqların gözü qarşısında yerə yıxılıb. Nahidə Orucova AzNews.az-a açıqlamasında hadisə zamanı özünü pis hiss etdiyini deyib: “Hər şey çəkiliş vaxtı baş verdi. Başım gicəlləndi, halım pisləşdi, yıxıldım”. Hadisənin videosunu təqdim edirik:  

“Allah Məhəmmədin hakimiyyətə gəlmək üçün uydurduğu nağıldır, Quran da o nağılın kitabı” – FOTOFAKT

Jurnalist, azvision.az saytının baş redaktoru Vüsal Məmmədov İslam peyğəmbərinə qarşı sərt ifadələr işlədib.  Turkustan.info xəbər verir ki, sosial şəbəkədə gedən polemika zamanı jurnalist həmkarı Ömər Xəyyamın sualına cavab olaraq Allahı Məhəmməd peyğəmbərin uydurduğu nağıl, “Qurani-Kərim”i isə bu nağılın kitabı adlandırıb. Ardınca Vüsal Məmmədov Məhəmməd peyğəmbəri tarixin ən amansız personajlarından olduğunu deyib.  […]

Rəsmi Bakı Paşinyanın Qarabağla bağlı bəyanatına cavab verdi

Ermənistan rəhbərliyi tərəfindən verilən bu kimi açıqlamaları münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndiririk. Turkustan.info bildirir ki, bunu minval.info-ya açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarla bağlı dediklərini şərh edən XİN […]

“Rusiya Qarabağ münaqişəsinin həllində kömək göstərəcək” – Lavrov

“Erməni həmkarımla görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etdik”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib. Lavrov bildirib ki, Rusiya həm Bakı, həm İrəvanla ikitərəfli, həm də ATƏT-in Minsk Qrupu çərçivəsində digər həmsədr ölkələrlə birlikdə Qarabağ münaqişəsi ilə bağlı tərəflərə qarşılıqlı məqbul […]

Putin Üçüncü Dünya Müharibəsidən DANIŞDI

Rusiya prezidenti Vladimir Putin Üçüncü Dünya Müharibəsi haqda suala cavab verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident qarşılıqlı məhvolma ehtimalının böyük ölkələri qlobal müharibə başlamaqdan çəkindirdiyini deyib. “Bilmirəm Üçüncü Dünya Müharibəsi hansı vasitələrlə aparıalacaq. Amma dəqiq bilirəm ki, Dördüncü Dünya Müharibəsi daş və dəyənəklə aparılacaq”. Onun fikrincə, Üçüncü Dünya […]

Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb – FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğılarını diləyib Turkustan.info xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğılarını diləyib. Millət vəkili Qənirə Paşayeva sakinlərlə görüş zamanı Ramazan ayınının bir mənəvi təmizlənmə, yardımlaşma ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib. Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə […]

ADAU-nun rektoru 500-dən yuxarı bal toplayan abituriyentlərlə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  ali təhsil müəssisələrinə builki qəbulda Gəncə şəhəri üzrə 1-ci və 4-cü qruplar üzrə 500-dən yuxarı bal toplayan abituriyentlərlə görüşüb. Qeyd olunan qruplarda 200-dən çox gəncəli abuturiyent 500-dən, 63 abituriyent  600-dən yuxarı bal toplayıb. Rektor İbrahim Cəfərov Azərbaycan Respublikasının […]

“İki həsrət mənimlə qəbrə gedəcək: Kəlbəcər və Rəna həsrəti…” – İsgəndər Həmidovla MÜSAHİBƏ 

“Ayaz Mütəllibov prezident oldu, amma daxilən sex rəisi kimi qaldı” “Heydər Əliyev Nemət Pənahlını hamıya müşavirin müşaviri kimi tanıtdı”   Keçmiş daxili işlər naziri İsgəndər Həmidov Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti təqdim edirik.  – İsgəndər bəy, müsahibəyə ənənəvi, şablon sualla başlayaq, necəsiniz? –  Sual əslində gözəl sualdır. Amma buna cavab vermək çətindir. […]

Şəhərin mərkəzində fahişəlik etdi – Bakıda biabırçı olay – VİDEO

Sosial şəbəkələrdə Bakıya qonaq gələn ərəb turistlərlə qızların daha bir videosu yayılıb. Turkustan.info xəbər verir ki, görüntülər “Tarqovi” adlandırılan Nizami küçəsində qeydə alınıb. Fahişəliklə məşğul olan qadınlar ərəblərə pul müqabilində intim münasibətlər təklif ediblər.Həmin görüntüləri təqdim edirik: /Oxu24.com/

Paşinyan: “Qarabağlı deyiləm, deməli Dağlıq Qarabağın adından danışıqlar apara bilmərəm”

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda konstruktiv mövqeyini saxlayacaq, ancaq Dağlıq Qarabağın iştirakı olmadan bu danışıqlar effektiv olmayacaq. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin proqramının müzakirəsi zamanı deyib. Turkustan.info xəbər verir ki, Paşinyan bir daha qondarma “DQR”in danışıqlar prosesində iştirakı məsələsindən danışıb, bildirib ki, bunsuz danışıqlar […]

Lələ Təpə qəhrəmanı vəfat etdi: Həkimlərin şok reaksiyası

Lələ Təpə döyüşlərinin iştirakçısı Azər Aslanov qan xərçəngindən vəfat edib. Turkustan.info bildirir ki, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan fakt Axar.az-a təsdiqlənib. A.Aslanovun əmisi oğlu, jurnalist Tural Aslanlı isə bildirib ki, onun vaxtsız ölməsində müalicə müəssisəsi də günahkardır: “Ciddi müalicə aparılsaydı, bəlkə də ömrü bir neçə il uzanardı. Həkimlər soyuqqanlı şəkildə Azərin […]

Körpü uçqunu: cinayətə cəlb edilən şirkətlər kimindir?

İyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün dağılaraq uçmasına səbəb kimi elə ilk gündən çay yatağında daş-çınqıl karxanalarının fəaliyyəti göstərilirdi. Turkustan.info xəbər verir ki, çay məcrasında yaranmış acınacaqlı duruma müvafiq strukturların vaxtında əhəmiyyət verməməsi fəlakətin miqyasını artırıb. Ekspertlərin fikrincə, Göyçay çayı daim gursulu olub. Hətta ötən iki il […]

ANS-çiyə yüksək vəzifə verildi

Tanınmış aparıcı Kəmalə Əlisgəndərqızı İTV-də yüksək posta təyin olunub. Turkustan.info-nun məlumatına görə, o, “Carçı” xəbərlər departamentinin direktor müavini təyin edilib. Bir neçə gündür, danışıqları gedən təyinat dünən baş tutub. K. Əlisgəndərqızı bu gün səhər saatlarında kollektivə təqdim edilib. Məlumat üçün bildirək ki, K.Əlisgəndərqızı uzun müddət ANS-də “İç xəbər”, “Növbətçi” və […]

Başçıların isti yayı başladı – Sensasion təyinatlar və işdən çıxarılmalar

Cəbhə bölgəsinin və paytaxtın icra başçıları dəyişdirilir – “bərkidilmə prosesi” başlayıb; Gədəbəydən sonra Ağdamın da icra başçısı vəzifədən çıxarıldı; həm sərhəd, həm işğal bölgəsi rayonlarında yerli komandanı daha möhkəmləndirmək, daha səriştəli kadrları vəzifəyə təyin etmək prosesi başlayıb “Yeni Müsavat”ın iyun ayında hakimiyyət komandasında ciddi dəyişikliklər olacağı ilə bağlı məlumatı doğrulur. […]

Ötən gün PKK-a terrorçuları ilə döyüşdə şəhid olan azərbaycanlı sərhədçilər – FOTO

PKK-nın İran qolu PJAK terrorçuları ilə silahlı qarşıdurmada şəhid olan sərhədçilərin fotoları yayılıb. Turkustan.info xəbər verir ki, hadisə ilə bağlı danışan Polis İdarəsinin mətbuat katibi Sərdar Qasim Rzayi 20 nəfərlik terrorçu qrupun sərhədi pozduqlarını və onların qarşısının alınması üçün dərhal sərhəd dəstələrinin göndərildiyini bildirib. Bu zaman terrorçularla sərhəd qüvvələri arasında […]

Növbəti startap turu Qubada keçiriləcək

Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində birgə keçirdiyi startap turları davam edir. Növbəti startap turu 8 iyun  2018-ci il tarixində saat 09:00-dan 17:00-dək Quba şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək.Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, “Microsoft” şirkətinin təşkilatçılığı, “Azercell” şirkətinin və […]

Ermənistanda etiraz aksiyaları gözlənilməz məcraya yönəldi – VİDEO

Bu dəfə etirazların hədəfinə kilsə gəldi.  Yerevanda Bütün ermənilərin katolikosu II Qareginin iqamətgahının qarşısında etiraz yürüşü keçirilib. Sputnik Ermənistan xəbər verir ki, etirazçılar II Qareginin Ali patriarx və Bütün ermənilərin katolikosu titulundan imtina etməsini tələb ediblər. Aksiya iştirakçıları arasında din xadimləri də olub. “Bütün ermənilərin katolikosu adından etirazçılara Eçməzdin kilsəsini […]

Fədayə Laçın intihar edib? – Açıqlama

Vəkili xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçınla görüşüb. Turkustan.info bildirir ki, Vəkil Türkel Süleymanlının APA-ya verdiyi məlumata görə, görüş müəyyən istintaq hərəkətlərinin aparılması ilə bağlıdır. Vəkil bildirib ki, F. Laçının intihara cəhd etməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır: “O, özünü yaxşı hiss edir və saxlanma şəraitindən […]

Bakıda ana əkiz övladları ilə birgə itkin düşüb

Bakıda kirayədə yaşayan Ukrayna vətəndaşı olan gənc qadın əkiz oğlanları ilə birlikdə itkin düşüb. Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Bakının Binəqədi rayonunda kirayədə qalan Ukrayna vətəndaşı 1990-cı il təvəllüdlü Viktoriya Mixaylovna əkiz övladları -Türkiyə vətəndaşları 2018-ci il təvəllüdlü Mehmet Yılmaz və Furkan Yılmazla […]

Bakıda “parkovşik”lərin küçə döyüşü – VİDEO

Xırdalanın mərkəzində avtomobil dayanacağında gözətçi işləyən iki kişi əlbəyaxa davaya çıxıb.  Turkustan.info Criminal.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində, bazarın qarşısında baş verib.  Yol kənarında avtomobil dayanacağında gözətçi kimi pul yığan iki kişi yer üstündə davaya qalxıb. Onları yol polisi sakitləşdirsə də, kişilər yenidən davalarına davam ediblər.   

Bakıda sərnişin daşıma: Tamamilə kriminallaşmış sahə… – “SƏNİN BAŞINI QOYUN BAŞI KİMİ KƏSƏRƏM…”

Bakıda sərnişin avtobusu sürücüləri arasında zəngin kriminal keçmişə malik olanlar, yol hərəkəti qaydalarını dəfələrlə kobud şəkildə pozub qəzalar törədənlər, hətta ölümlə nəticələnən qəzalara səbəb olanlar barədə faktlar vaxtaşırı olaraq gündəmə gəlir. Bu, sərnişindaşımada keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qoyub getdiyi bədnam irsin ancaq bir tərəfidir. Turkustan.info bildirir ki, Virtualaz.org saytı […]

Karqo qiymətləri niyə artır? – “Vergidən əlavə gömrük “şapka” da istəyir”

“Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin edildikdən sonra karqo qimətlərində artım baş verib”. Turkustan.info Yenicag.az-a istinadən bildirir ki, bu sözləri adlarının çəkilməsini istəməyən sahibkarlar deyib. Onların verdiyi məlumata görə, əvvələr kubu 2.5 dollara gələn karqolar, artıq bahalaşaraq 3,5- 4 dollar olub. Sahibkarlar Karqo qiymətlərinin qalxmasının malların satışına da təsir göstərəcəyini […]

“Nağıl danışardı nənəm gecələr” – İcma rəhbəri prezidentə şeir OXUDU

Xəbər verdiyimiz kimi, iyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini İcmasının rəhbərləri çıxış ediblər. Azərbaycandakı […]

Qarabağ üçün əsas gün – Moskvada danışıqlar başlayır

Rusiya və Ermənistan XİN başçıları görüşəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistanın XİN rəhbəri Zoqrab Mnaçakanyanla görüşəcək. Görüşdə ikitərəli münasibətləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. “Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin mayın 14-də Soçidə keçirilmiş görüşləri kontekstində ikitərəfli əməkdaşlıq məsələlərinin geniş dairəsini müzakirə etmək nəzərdə tutulur. […]

Xankəndində nə baş verir?

Etirazçıların tərəfini saxlayan “nazir” işdən qovuldu Erməni mətbuatı Dağlıq Qarabağda baş verənlərdən yazmağa davam edir. Bu yazılarda qeyd edilir ki, bu işğal altında olan ərazidəki mövcud “rejimi” devirmək üçün hazırlıq görülüb. Separatçı rejimin dövlət naziri Arutunyan hərbçilərin təzyiqi ilə istefa verib. Mətbuat xatırladır ki, o zərərçəkənlərin tərəfini saxlayan azsaylı adamlardan biri olub […]

Bu çay sizi həftəyə 5 kiloqram arıqladacaq

Yay fəsli gəldiyi üçün insanlar ideal formaya sahib olmağa çalışırlar. Bunun üçün isə bir sıra yollar var. Bu dəfə arıqlamaq və formada qalmaq üçün darçınlı çayın möcüzəvi faydalarını sadalayırıq: 1. Darçınlı çay mübadilə proseslərini sürətləndirir, iştahanı küsdürür, arıqlamağa kömək edir. Bəzi iddialara görə, darçınlı çay insanda şirniyyat və unlu məmulatlara […]

Jurnalistlər Gəncədə beynəlxalq konfrans keçirəcəklər

Bu ilin sentyabrında Gəncədə jurnalistlərin təşəbbüsü ilə geniş beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə Parlament Jurnalistləri Birliyinin Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirdiyi görüşdə razılıq əldə olunub. ADAU-da təşkil olunan görüş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Görüş iştirakçılarına Parlament (Tərəfsiz) Jurnalistləri Birliyinin icra etdiyi layihə haqqında […]

ABŞ Türkiyəsiz bacarmayacaq: “Kürdüstan” gömülür? – Şərh

İranın Yaxın Şərq siyasəti Qərb ölkələrini, ələlxüsus da ABŞ və onun bu regiondakı əsas müttəfiqi İsraili heç cür razı salmır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Analitik bildirib ki, bu baxımdan Tehrana qarşı müxtəlif istiqamətlərdə addımların atılması gözləniləndir: “İran Suriya və İraqda gedən proseslər nəticəsində müəyyən […]

Azərbaycan prezidentinə YENİ SƏLAHİYYƏT VERİLDİ

Azərbaycan prezidentinin yeni səlahiyyəti müəyyənləşib. Turkustan.info-nun məlumatına görə, bu, “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında ” Azərbaycan prezidentinin fərmanında əksini tapıb. Beləliklə, bundan sonra Azərbaycan Respublikası Prezidentinin aktları ilə dövlət əmlakına münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, […]

İnsanı ölümdən qurtara bilən mahnı açıqlandı – VİDEO

“Los Del Rio” ispan qrupunun “Macarena” adlı hit mahnısı ürəyin masajı zamanı xəstəni kliniki ölümdən qaytarmağa kömək olur. Belə ki, onun dəqiqədə 103 zərbdən ibarət ritmi ürəyin qapalı masajı zamanı döş qəfəsini sıxma tezliyinə uyğun gəlir. Turkustan.info xəbər verir ki, ispan alimlərin bu haqda elmi araşdırması “Science Alert” nəşrində işıqlandırılıb. Barselona universitetinin […]

Ən ağır xərçəngə qalib gəlmək mümkün oldu

Ən ağır formalı xərçəngdən əziyyət çəkən üç pasiyent eksperimental adoptiv terapiyanın sayəsində tam sağalıb. Turkustan.info oxu.az-a istinadən bildirir ki, bu haqda “Science Alert” jurnalında məqalə dərc olunub. Eksperimental terapiyaya əsasən xəstələrin orqanizminə infiltrasiyalı limfositlərin şişi yeridilib. Tədqiqatda hər bir xəstədən bədxassəli şişin nümunələri götürülüb. Həmin şişin genomu yəni bütün DNT-nin […]