Çoxlu borcu olan ərdən arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL: Həyat yoldaşını yolda… – Göygöldə

Dünən axşam saatlarında Samux rayonunda çaydan naməlum kişi meyiti tapılıb.

Turkustan.info-nun xəbərinə görə, meyit Kür çayının rayonun Qırmızı Samux adlanan ərazisindən keçən hissəsində tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin meyit Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Firudin Ələsgərova məxsusdur.

Xatırladaq ki, Firudin Ələsgərov bu il mayın 10-da arvadı, 1973-cü il təvəllüdlü Laləzar Abdullayevanı öldürüb.

Daha sonra evdən qaçan Firudin Ələsgərovun barəsində axtarış elan edilib. Güman edilir ki, Firudin Ələsgərov arvadını öldürəndən sonra özünü Kür çayına atıb.

Məlumata görə, Firudin Ələsgərovla arvadı arasında mübahisə pul üstündə yaranıb.

Belə ki, Firudin Ələsgərovun xeyli miqdarda borcu olub. Buna görə də ər-arvad həmin borcu qaytarmaq üçün günün çox hissəsini ayrı-ayrı şəxslərin evlərində işləməyə başlayıblar.

Sonuncu dəfə ərlə arvad məskunlaşdıqları Göygöl rayonunun “Hacı Məlik dairəsi” adlanan ərazisindən Şəmkir rayonuna işləməyə yollanıblar.

Yolda ər-arvad arasında mübahisə yarınıb.

Mübahisə qanlı olayın baş verməsi ilə nəticələnib.  /Publika.az/