İranın cənubunda 3,5 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar UTC vaxtı (Ümumdünya vaxtı) ilə saat 14:28-də Şiraz şəhərindən 163 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.    /ednews.net/az