Gün: İyun 8, 2018

Azərbaycanda bunu edən sürücülər cərimələnə bilər – VİDEO

Azərbaycanda avtomobillərə qaz avadanlıqlarının quraşdırılması kütləvi şəkildə yayılıb. Turkustan.info bildirir ki, yanacaq puluna qənaət etmək məqsədi ilə ölkəmizdə sürücülər avtomobilə qaz avadanlığı quraşdırır. Qanunvericiliyə görə, bu dəyişikliyi mütləq avtomobilin texniki pasportunda göstərmək lazımdır. Əks halda bunu edən sürücü cərimlənə bilər. Yaxşı olar ki, sürücülər bu avadanlığı quraşdırmadan əvvəl Dövlət Yol […]

Putinin “Terminator”u: Kreml yeni silahla meydan oxuyur

Rusiya yeni “Terminator-3” tanklara dəstək hərbi maşını ilə meydan oxuyacaq. Hərbi mənbələrin məlumatına görə, hərbi maşın trayektoriyanı korrektə edən mərmilərlə təchiz olunduqdan sonra onun döyüş qabiliyyəti daha da artacaq. Turkustan.info Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni hərbi maşın hətta pilotsuz uçuş aparatlarıyla da mübarizə aparacaq.  Hərbi mənbələr bildirib ki, yeni […]

PKK hücumu: 1 şəhid, 3 yaralı

Türkiyənin Bingöl əyalətində PKK terrorçularının hücumu nəticəsində 1 hərbçi həlak olub, 3-ü isə yaralanıb. Turkustan.info xəbər verir ki, insident Yedisu rayonunda qeydə alınıb. Yaralanan hərbçilər xəstəxanalara çatdırılıb. Terrorçuların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.   /yenicag.az/

Seyyid Taleh: “Quran”da deyir ki, az gülün, çox ağlayın”

“Quran”da deyir ki, az gülün, çox ağlayın. Fazil Mustafa əzadarlığı inkar etmək üçün, hər hansı bir ayə deyə bilərmi? Bir ayə göstərə bilərmi ki, bizim etdiklərimiz “Quran”a ziddir? Turkustan.info bildirir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində mərsiyəxan Seyyid Taleh Boradigahi deyib. Müsahibəni təqdim edirik: – Taleh bəy, millət vəkili Fazil Mustafa iddia […]

Roza Zərgərli gərginliyə tab gətirmədi, həkimlik oldu – VİDEO

Qalmaqallı “Maşın” şouda daha bir iştirakçı gərginliyə tab gətirməyib. Turkustan.info xəbər verir ki, bu dəfə şounun “Qara dama”sı, müğənni Roza Zərgərlinin səhhətində problem yaranıb. İnzibati heyət onun üçün təcili yardım çağırıb. Həkimlərin müdaxiləsindən sonra Zərgərlinin səhhəti normallaşıb. Baku TV həmin görüntüləri təqdim edir. /Minval.info/

Azərbaycanda buraxılan “Xəzər” avtomobilləri gələn həftədən satışa çıxarılır – QİYMƏTLƏR

Neftçala Sənaye Məhəlləsində yerləşən “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi “Xəzər” avtomobilləri növbəti həftədən satışa çıxarılır. Artıq bir neçə dövlət qurumu tərəfindən “Xəzər” avtomobillərinin sifarişi daxil olub.  Turkustan.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərməş”ASC-nin İdarə heyətinin sədri Emin Axundov bildirib. E.Axundovun sözlərinə görə, satışlar mağazaları Bakının 3 yerində […]

İsveçdən İrəvana tərs sillə – Xanım nazir erməni jurnalisti pərt etdi

İsveç hökuməti qondarma erməni soyqırımını tanımaqdan imtina edib. Hökumətin bu barədə mövqeyini İsveçin xarici işlər naziri Marqot Vallström açıqlayıb. Xanım nazir bununla bağlı araşdırmaya ehtiyac olduğunu deyib. Erməni jurnalistin “İsveç hökuməti 1915-ci ildə Osmanlı ərazilərində baş vermiş erməni və süryani soyqırımlarını qəbul edəcəkmi?”, sualına Vallströmün cavabı belə olub: “Hazırda bu […]

Türkiyəyə daha bir pis xəbər: ABŞ 250 TIR-la…

ABŞ Deyr əz-Zor əməliyyatı çərçivəsində YPG-nin də olduğu Demokratik Suriya Qüvvələrinə 250 TIR-la ağır silah və “Hammer” hərbi maşınlarını göndərib. Turkustan.info xəbər verir ki, ABŞ artıq 4 gündür hər gün silah və hərbi texnikaları DSQ-ya çatdırır. Qeyd edək ki, bu günə qədər ABŞ DSQ-ya 4800 TIR hərbi yardım edib.  /Axar.az/

11 min hektar ərazi və Günnüt kəndi azad edildi – VİDEO

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Turkustan.info bildirir ki, bu barədə Report-a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında […]

Azərbaycan ordusu daha bir kəndi işğaldan azad etdi – RƏSMİ + FOTO

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Turkustan.info bildirir ki, bu barədə “Report”a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında […]

Sanksiya təhlükəsi – Azərbaycan hansı addımlar atacaq?

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycana siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edəcək. Avropa Şurası Nazirlər Komitəsində Avropa Məhkəməsinin qərarlarının icra vəziyyəti müzakirə edilir. Komitədə Azərbaycanla bağlı məsələlər də gündəliyə daxil edilib. Belə ki, Komitədə REAL Partiyasının sədri, həbsdə olan İlqar Məmmədov və daha bir neçə nəfərin işi […]

ASALA Bakıya hücum və dənizə çıxış planı üçün HƏRƏKƏTƏ KEÇDİ – ASİMDER FOTOFAKTLAR YAYDI

Gürcüstanın ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsində ASAL-a terror təşkilatı yenidən qurulur. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib. ASALA-nın bu bölgədə yenidən “dirilməsi”nin strateji hədəfi var. ASİMDER rəhbəri deyir ki, Cavaxetiya Türkiyə ilə Azərbaycanın quru yolu üzərində yerləşir: “Bu quru yol istiqamətində hərəkət […]

“Marş İrəli” Layihəsinin seçim mərhələsi başa çatıb

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq “İrəli” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(GİN) maliyyə dəstəyi ilə “Marş İrəli” layihəsini həyata keçirir. Layihəyə iştirakçı seçimləri artıq başa çatıb. Bu haqda təşkilatın mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, ölkədə hər zaman vətənpərvərlik şüarı ilklərdən olub. Azərbaycan gənci […]

Bir-iki il ərzində ölkənin 6 vilayəti… – Rusiya qorxunc planı DİRİLDİR

“Kreml Ukraynanın bölünməsini nəzərdə tutan “Novorossiya” planında müvəffəqiyyətsizliyə uğrayıb. Plan təxirə salınıb, amma Rusiya istənilən əlverişli anda ona yenidən qayıtmağa hazırdır”. Turkustan.info xəbər verir ki, bu haqda “ObozTV”nin efirində Ukraynanın Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin sabiq rəhbəri, general-mayor Vasiliy Vovk bildirib. “Biz anlamalıyıq ki, Odessa sakinlərinin vətənpərvərlik mövqeyi sayəsində vilayəti “Odessa […]

Liderin xanım aparıcısının efirdə ŞALVARI DÜŞDÜ – ŞOK GÖRÜNTÜLƏR – VİDEO

“Lider”in aparıcısı Fatimə Vüsalqızının şalvarı çəkiliş zamanı sürüşərək əynindən düşüb. Bunu görən aparıcı kamera önündə rəqs etməyə başlayıb. Turkustan.info xəbər verir ki, çəkiliş prosesindən baş verən həmin görüntülər montajla proqramdan çıxarılıb və efirə getməyib. Lakin sözügedən hadisənin kadrları sosial şəbəkədə yayılıb. Aparıcı Fatimə Vüsalqızı məsələ ilə bağlı açıqlama verib: “Bu, kadrarxası […]

Paşinyanın “hücum siyasəti”: Qarabağ klanına qarşı oyun…

Paşinyanın ikibaşlı açıqlamaları Ermənistanın daxili siyasətinə hesablanıb. Daxildə mövcud olan iqtisadi problemlər müzakirələri şərtləndirir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, Paşinyanın İlham Əliyevlə danışıqlara hazır olduğu ilə bağlı açıqlaması Ermənistanın bu gün həm iqtisadi vəziyyəti, həm […]

İki mühüm cəhd: İran ərazisində Azərbaycan dövləti

Turkustan.info Kult.az-a istinadən güneyli yazar və araşdırmaçı Eyvaz Tahanın “Dil siyasəti” yazısını təqdim edir: Heyvanlarla insanların ortaq xüsusiyyəti ləzzət almaq və əzab çəkməkdir. Hər iki canlı da əzab və ləzzət hissinə malikdir. İnsanlıq bu mərhələdən sonra gəlir. İnsanlığın bir şərti ləzzət və əzabı arxada qoyaraq, “yaxşı-pis”, “göyçək-çirkin”, “haqq-haqsızlıq” dönəminə keçməkdir. Bu […]

Dağlıq Qarabağa qanunsuz səfər etmiş jurnalist intihar etdi

CNN-in məşhur yazarı və “Bilinməyən yerlər” teleşousunun aparıcısı Antoni Burden intihar edib. Turkustan.info apa-ya istinadən xəbər verir ki, hadisə zamanı o, “Bilinməyən yerlər” verilişinin növbəti bölümünə hazırlıq üçün Fransada səfərdə olub. Yaxın dostları bu gün səhər onun otel otağından cavab gəlmədiyini bildiriblər. Otaqda 61 yaşlı jurnalistin meyiti tapılıb. Qeyd edək […]

Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçildi

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, professor Nərgiz Paşayeva bu gün AMEA-nın ümumi yığıncağında qurumun vitse-prezidenti vəzifəsinə seçilib. Turkustan.info-nun məlumatına görə, AMEA-nın həqiqi üzvləri, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev və İradə Hüseynova da seçki yolu ilə Akademiyanın vitse-prezidentləri vəzifələrinə […]

Qənirə Paşayeva Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşüb

Millət vəkili Q.Paşayeva  Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşüb.  “Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyinin həmtəsisçiləri Sevinc Alızadə və Aida Eyvazlının iştirakı ilə Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşdə millət vəkili Q.Paşayeva  şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir və onlar bütün  məclislərdə bu gün burada olduğu […]

Şura insan alverinin qurbanlarına sosial-hüquqi yardımın göstərilməsini dəstəkləyir

Azərbaycan Respublikası Daxili İşlər və Təhsil Nazirliklərinin birgə təşkilatçılıgı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “XXI Əsrin Qadınları” İctimai Birliyi “İnsan alverinin qurbanlarına sosial-hüquqi yardımın göstərilməsi və bu sahədə maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Bakı şəhərində yerləşən 4 nömrəli Bakı Peşə Liseyi və Bakı Kompyuter Peşə […]

“Məcburi köçkün gənclərin məşğulluğunun təmin olunması və peşə hazırlığının gücləndirilməsinə dəstək”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial Tərəqqi İB tərəfindən “Məcburi köçkün gənclərin məşğulluğunun təmin olunması və peşə hazırlığının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində 04-07 iyun 2018-ci il tarixlərində Qəbələdə və Şəkidə məcburi köçkün gənclərə təlimlər təşkil edilib. Təlimlərdə çıxış edən ST İB-nin sədr müavini […]

Qayınatadan gəlininə qarşı dəhşətli cinayət: Hamamda intim əlaqədə olarkən… – Bakıda

Bakıda qətl törətməkdə təqsirli bilinən 1958-ci il təvəllüdlü Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İttihama görə, ötən il dekabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi […]

İran və ərəb ölkələrində aksiyalar keçirilir

İranda Fələstin xalqına dəstək üçün “Qüds günü” münasibətilə İsrail əleyhinə kütləvi nümayişlər keçirilir. Turkustan.info xəbər verir ki, bu barədə İRNA yazıb. Agentliyin məlumatına görə, bu il nümayişlər “Müqavimət cəbhəsinin qələbəsi, ABŞ və İsrailin düşmənçilik fəaliyyətlərinin məğlub olması, Fələstinin qaytarılması” şüarı altında keçirilir. Xatırladaq ki, “Qüds günü” 1979-cu ildən hər il Ramazan […]

Qədr gecəsində qadınlar arasında dava – “Bunların əxlaqına…” (VİDEO)

Azərbaycanlı müğənni Sevda Əliqızı qədr gecəsində Bibi Heybət məscidində gözlənilməz halla qarşılaşıb. Turkustan.info xəbər verir ki, o, iki qadının davasına şahid olub: “Heç istəməzdim ki, belə bir paylaşım edim. Amma məcbur oldum. Qadınların əxlaqına baxın. Qədr gecəsində Allahdan etdikləri günahların bağışlanmasını istəyən vaxtı yenidən günaha batırlar. Ar olsun”. /Unikal.org/

ADAU-nun tələbələri Region Aqroparkda olublar

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin professor-müəllimləri və aqronomluq ixtisasının III kurs tələbələri Goranboy və Samux rayonlarının ərazisində yerləşən “Region Aqropark”da olublar. Professor-müəllim və tələbələr ilk  növbədə “Region Agropark”ın inzibati binasına və yaradılan laboratoriyalara baxıblar.  Bildirilib ki, Aqroparkın ərazisindəki bərpa olunan torpaq sahəsində cari ildə 823 hektarda taxıl, 93 hektarda […]

“Qəlbimdən başlayan Vətən!”

Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim. Tez-tez işlədilən bir suala rast gəlirik… Haradan başlayır Vətən? Kiminə görə doğulduğu, kiminə görə qoruduğu torpaqdan… Kiminə görə evindən, kiminə görə elindən başlayır. Mənə görə qəlbimdən başlayır Vətən! Torpağıma və insanıma olan sevgimdən, əcdadıma və gələcəyimə olan ehtiramımdan, bu gün yaşamımı sürdüyüm eldən-obadan […]

7 məscid bağlanır, imamlar deportasiya edilir

Avstriyanın qərarı Türkiyəni hiddətləndirdi Avstriya 7 məscid bağlanacaq. Mühafizəkar hökumət xaricdən maliyyə alan imamların deportasiya edib, məscidləri də bağlayacaq. Turkustan.info məlumatına görə, bunu baş nazir Sebastian Kurz deyib. Onun sözlərinə görə, bağlanması haqqında qərar verilən məscidlərin arasında paytaxt Vyanadakı Antonsplatz ünvanındakı ibadət ocağı da var. Bundan başqa 11 imam ölkədən deportasiya ediləcək. Daha 40 […]

Tovuzun yeni icra başçısı vəzifəsindən istefa verdi – Yerinə oğlu gəldi

Tovuz Rayon İcra Hakimiyyətinə yeni təyin olunan başçı Məmməd Cahangir oğlu Məmmədov “AQRO Kimya” MMC-nin prezidenti vəzifəsindən istefa verib. Turkustan.info-nun Unikal.org-a istinadən əldə etdiyi məlumata görə, onun yerinə “AQRO Kimya” MMC-nin prezidenti vəzifəsinə Məmmədov Rəhman Məmməd oğlu təyin edilib. Qeyd edək ki, yeni rəhbər təyin olunan Rəhman Məmmədov Tovuz Rayon […]

Lavrov Paşinyana eşitdirdi: Bakı istəmirsə, olmayacaq

Nikol Paşinyan diqqəti əsas mövzudan yayındırmaq istəyir. O, bir tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirsə də, digər tərəfdən danışıqlarda Qarabağ təmsilçilərinin də də iştirak etməli olduğunu, onların yerinə qərar verə bilməyəcəyini deyir. Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, Paşinyan bu […]

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İmamverdi İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İmamverdi İbiş oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan […]

Niderlandlılardan ADR-in 100 illiyinə diqqət

Niderland mətbuatında çıxan bir çox yazım, müsahibəm yerli insanlar (xüsusən bəzi jurnalistlər və siyasət, elm adamları) tərəfindən maraq görüb və bu yazılar sosial şəbəkələrdə onların onlar tərəfindən səhifələrində paylaşılıb” – diaspor üzrə araşdırmaçı jurnnalist Elnur Eltürkün sözlərinə görə bunları Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar […]

Ramazanın ən böyük problemi: Ağız qoxusunu təbii vasitələrlə SONLANDIRA BİLƏRSİNİZ

Ağız qoxusu bir çox insanları narahat edən problemdir. Turkustan.info  xəbər verir ki, bu həsaslıq Oruc tutan insanlarda özünü daha aktiv göstərir. Bir çox xəstəlik və narahatlıqlarda olduğu kimi ağız qoxununda da təbii vasitələrin köməkliyindən istifadə edə bilərsiniz. Lazım olan ləvazimatlar: Rozmari çiçəkləri, İsti su, Bir ədəd limon isti suyun içinə ilk […]

“Dünyasını dəyişən” şəxs yolda DİRİLDİ – Azərbaycanda ŞOK hadisə

Azərbaycan səhiyyəsini dünyada məşhurlaşdıracaq daha bir xoşagəlməz olay yaşanıb. Ürəyinə damar tıxanması səbəbindən bir neçə stend qoyulan 50 yaşında bir vətəndaşımız iki gündən sonra müayinə üçün yenidən əməliyyat olunduğu xəstəxanaya aparılıb. Həkimlər bildiriblər ki, hər şey qaydasındadır və onun Bakıdan Bərdəyə qayıtmasına icazə verilib. Pilləkənlərlə aşağı düşərkən xəstənin halı qəflətən […]

“Bakıda Elçibəyə abidə qoyulmalıdır” – Arif Rəhimzadədən gözlənilməz AÇIQLAMALAR

“Bakıda Məhəmməd Əmin Rəsulzadəyə abidə mütləq qoyulmalıdır. Mən hesab edirəm Elçibəyə də abidə qoyulmalıdır. Düzdür, qəbirüstü abidə qoyulub, amma başqa bir yerdə də qoyulmalıdır. Çünki bu, tarixdir”. Turkustan.info xəbər verir ki, bunu “Yeni Müsavat”a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. O, bildirib ki, Azərbaycan xalqına xidmət edən, Azərbaycan […]

Basdırılan körpə 8 saat sonra torpaqdan sağ çıxdı – VİDEO

Dünya bu möcüzədən danışır. Yeni doğulan körpə 8 saat torpağın altında qaldı. Turkustan.info-nun məlumatına görə, əsl möcüzə Braziliyada baş verib. Ölü hesab edilən körpə dəfn edilib. Uşağı iki polis xilas edib. Belə ki, ölüm haqqında rəsmi qurumlara xəbərdarlıq verilməyib. Polislər körpənin dəfn edildiyi yerə baxış keçirən zaman torpağın altından ağlama səsi […]

Azərbaycan Cümhuriyyətinin hüquqşünas deputatları adlı tədbir keçirildi – FOTOLAR

İyunun 7-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyi və Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Cümhuriyyətinin 100 illiyi tədbirləri silsiləsindən “Azərbaycan Cümhuriyyətinin hüquqşünas deputatları” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən təşkilatın sədri Səməd Vəkilov bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyəti elan olunduğu ilk gündən Əlimərdan bəy Topçubaşov, […]

6 icra başçısı dəyişdi: Növbə onlarındır

11 aprel prezident seçkilərindən sonra hökumətin tərkibində gözlənilən dəyişikliklər oldu. Prezidentin andiçmə mərasiminin dərhal ardından başlayan islahatlar icra strukturlarını da əhatə etməkdədir. Artıq indiyə qədər 6 icra başçısı dəyişdirilib. Vəzifəsindən ilk azad edilən icra hakimiyyətinin başçısı Bakı şəhər meri Hacıbala Abutalıbov oldu. H.Abutalıbov tutduğu vəzifədən azad edildi və baş nazirin […]

“Elçibəyə abidə qoyulmalıdır” – Arif Rəhimzadə

“Bakıda Məhəmməd Əmin Rəsulzadəyə abidə mütləq qoyulmalıdır. Mən hesab edirəm Elçibəyə də abidə qoyulmalıdır. Düzdür, qəbirüstü abidə qoyulub, amma başqa bir yerdə də qoyulmalıdır. Çünki bu, tarixdir”. Turkustan.info bildirir ki, bunu “Yeni Müsavat”a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. O, bildirib ki, Azərbaycan xalqına xidmət edən, Azərbaycan […]

Paşinyan Əliyevin sözünü təsdiqlədi – Bakıdan İrəvana unikal fürsət

Erməni baş nazirdən yeni və acı etiraflar; Azərbaycan prezidenti: “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir…” İyunun 7-də Ermənistan parlamentində yeni hökumətin fəaliyyət proqramı müzakirə edilib. Mayın 8-də küçə etirazlarının təzyiqi altında baş nazir seçilən Nikol Paşinyan dünən öz hökumətinin prioritet istiqamətləri haqda danışıb. Eyni zamanda bir daha […]

Daha üç deputat yeni vəzifəyə seçildi

Azərbaycanın Avronest Parlament Assambleyasdakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilib. Turkustan.info-nun məlumatına görə, nümayəndə heyətinin rəhbəri Fuad Muradov, sədr müavini Rövşən Rzayev, üzvü Muxtar Babayev tərkibdən çıxarılıblar. Onların əvəzinə deputatlar Tahir Mirkişili, Cavanşir Feyziyev və Azər Kərimli Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin üzvü seçiliblər. Qeyd edək ki, Azərbaycanın Avronest Parlament Assambleyasdakı nümayəndə […]

Facebook paylaşımlarınızı yoxlayın: 14 milyon qurbandan biri ola bilərsiniz

Facebook 14 milyon istifadəçinin paylaşımını hamı üçün açıq edub. Turkustan.info xəbər verir ki, bunu “The Verge” şirkətin rəsmilərinə istinadən yazıb. Şirkət rəsmiləri bildirib ki, proqramdakı səhvlik səbəbindən bu paylaşımlar istifadəçinin icazəsi olamadan hamı üçün açıq rejimə keçirilib. Hadisə 18-27 mayda olub. Şirkət əməkdaşları səhvi 22 mayda fərq ediblər. Ancaq onu bütünlüklə […]

Muğam Mərkəzində Cümhuriyyətin 100 illiyinə həsr olunan konsert keçiriləcək

21 İyun 19:00 da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsü ilə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində konsert proqramı keçiriləcək.  Tədbir Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq.  Bu haqda Moderator.az a açıqlama verən əməkdar artist Nuriyyə Huseynova tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunduğunu bildirib:  “Bilirsiniz ki, mən eyni […]

Diktator öldürülməkdən qorxur: Göydə qırıcılar, yerdə 34 mühafizəçi: GÖRÜŞƏ BELƏ GEDİR

12 iyunda Sinqapurda keçiriləcək Tramp-Kim Çen görüşündə Şimali Koreya liderini mühafizə etmək üçün Çin könüllü olub. Turkustan.info xarici mətbuata istinadən bildirir ki,  Çin görüşə gedən Kim Çen Inın təyyarəsini müşayət etmək üçün öz qırıcılarını təklif edib. “South China Morning Post”  yazır ki, bu barədə xəbəri Cənubi Koreyanın hərbi mənbələri də təsdiqləyib. […]

Marsda həyat tapıldı: Bir zamanlar yaşayan canlılaırn…

Marsda həyat əlaməti tapılıb. Turkustan.info xəbər verir ki, budəfəki araşdırmanı ABŞ, Fransa və Meksikadan olan bir qrup mütəxəssis aparıb. Qrup Marsda 3 milyard il tarixi olan gil yataqlarında üzvi molekullar  aşkarlayıb.  Araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub. Qrup Qeyl kraterinin iki müxtəlif yerindən “Curiosity” roverinin götürdüyü torpaq nümunələri üzərində təhlil aparıb. […]

İnsan ölməyəcək, zaman donacaq, xəstəlik olmayacaq – YAXIN İLLƏRDƏ BİZİ NƏLƏR GÖZLƏYİR?

Mitio Kaku dünyanın ən məşhur futuroloqlarındandır. O, “Gələcəyin fizikası”, “Şüurun gələcəyi”, “Mümkünsüzün fizikası” kimi elmi kitabların müəllifidir. Bu günlərdə tanınmış alim insanı gələcəyə doğru dəyişdirməyin yolları barədə mühazirəsi ilə Peterburq Universitetində böyük auditoriya qarşısında çıxış edib. Turkustan.info rus mediasına istinadən həmin mühazirənin ən maraqlı məqamlarını təqdim edir: Dünyanın ən məşhur […]

ABŞ-ın 8 milyard vədi: Nikol Rusiyaya buna görə savaş açır?

Baş nazir olaraq hökumətə rəhbərlik edən birinin bu şəkildə açıqlamalar verməsi təəccüblü deyil. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Paşinyanın “Qazprom”da yoxlamalara başlayacaqları ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, etirazlar dalğasında hakimiyyətə gələn Paşinyan üçün isə bu, daha vacibdir: “Hakimiyyət içində […]

O, nazir təyin ediləndə narahat oldum – Namazov

Çox ümid bəslədiyim Mikayıl Cabbarov ilk dəfə nazir təyin ediləndə bu məni çox narahat etmişdi. Düşünmürdüm ki, onun uğur qazanması üçün Təhsil Nazirliyi mühüm rol oynasın. Turkustan.info xəbər verir ki, bu sözləri Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov dünyada, regionda və ölkəmizdə baş verən siyasi proseslərlə bağlı “Yeni Müsavat”ın suallarını […]

Azərbaycanlıları Rusiya bazarlarından çıxarırlar- Bir topla iki hədəf

Moskvada polis və OMON iri bazar və ticarət obyektlərində miqrantlara qarşı əməliyyata başlayıb. Turkustan.info xəbər verir ki,  Moskvadakı soydaşlarımızın musavat-a verdiyi məlumata görə, iyunun 7-də səhərdən Moskvanın demək olar ki, bütün bazarlarında reydlər keçirilir. Yüzlərlə saxlanılan var. Onların içərisində xeyli azərbaycanlı miqrantın da olduğu deyilir. Mənbəmizin dediyinə görə, reydlər bir […]

Şamaxı yolunda avtobus aşdı – Xəsarət alanlar var

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Turkustan.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu gün saat 09:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobus aşıb. 10 nəfərədək sərnişinin xəsarət aldığı bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır. Hadisə […]

Tovuzun yeni icra başçısı və ya “zəhər Mamed” kimdir? – FOTO

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Məmməd Cahangir oğlu Məmmədovu isə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.  Turkustan.info xəbər verir ki, Tovuz rayonunun yeni icra başçısı Məmməd Cahangir oğlu Məmmədov bu rayonun Dönük Qırıxlı kəndində anadan olub, Kənd Təsərrüftı Nazirliyində […]

Paşinyan Qarabağla bağlı danışıqlara hazır deyil – RƏY

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı mövzunu dəyişməyə çalışır. O bir tərəfdən Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib, digər tərəfdən isə “danışıqlarda separatçılar da iştirak etməlidirlər, mən onların yerinə qərar verə bilmərəm” deyib tutub. Turkustan.info xəbər verir ki, bu fikirləri azərbaycanlı politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb. Onun […]

Azərbaycan neftinin qiyməti kəskin yüksəldi

İyunun 8-də keçirilən hərraclarda Azərbaycan neftinin qiyməti bahalaşıb.  Turkustan.info-nun məlumatına görə, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,89 dollar və ya 2,48% artaraq 78,02 dollar təşkil edib. Dünya birjalarında Brent və neftin WTI markalı neftin qiymətləri isə müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI […]

İnsanlar kəndi tərk etdi – Görün nə oldu? – FOTOLAR

İnsanların iş tapmaq üçün tərk etdiyi kəndi təbiət ələ keçirib. Turkustan.info xəbər verir ki, Çində yüz minlərlə kənd 1990-cı illərin əvvəlində sənaye şəhərlərinə olan iş köçü ilə tərk edilmişdi. 1950-ci ildə qurulan Şengsi adalarına bağlı bir balıqçı kəndi də bunlardan biriddir. Xəstəxana, məktəb kimi imkanları az olan kənd xalqı bir-bir evlərini […]