Basdırılan körpə 8 saat sonra torpaqdan sağ çıxdı – VİDEO

Dünya bu möcüzədən danışır.

Yeni doğulan körpə 8 saat torpağın altında qaldı. Turkustan.info-nun məlumatına görə, əsl möcüzə Braziliyada baş verib. Ölü hesab edilən körpə dəfn edilib.

Uşağı iki polis xilas edib. Belə ki, ölüm haqqında rəsmi qurumlara xəbərdarlıq verilməyib. Polislər körpənin dəfn edildiyi yerə baxış keçirən zaman torpağın altından ağlama səsi eşidib, dərhal qazıntıya başlayıblar.

Təqribən 50 sm dərinlikdə onlar qız uşağının tərpəndiyini görüblər. Uşağın bütün sümüklərinin qırıldığı ehtimal edilsə də, o dərhal xəstəxanaya çatdırılıb. Həkimlər isə ilkin müdaxilə edib, onu intensiv terapiya şöbəsinə yerləşdiriblər. hazırda qızın vəziyyəti stabildir.

Polisin məlumatına görə, körpənin anası 15 yaşlı qızdır. Onun sözlərinəs görə, sancısı evdə başlayıb və uşaq başı üstə yerə düşüb. Doğuşdan sonra uşaq nə ağlayıb, nə də tərpənib. Bunun üçün də 57 yaşlı nənəsi isə onun öldüyünü düşünərək dəfn edib.   /İstiPress/