Marsda həyat tapıldı: Bir zamanlar yaşayan canlılaırn…

Marsda həyat əlaməti tapılıb.

Turkustan.info xəbər verir ki, budəfəki araşdırmanı ABŞ, Fransa və Meksikadan olan bir qrup mütəxəssis aparıb. Qrup Marsda 3 milyard il tarixi olan gil yataqlarında üzvi molekullar  aşkarlayıb. 

Araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.

Qrup Qeyl kraterinin iki müxtəlif yerindən “Curiosity” roverinin götürdüyü torpaq nümunələri üzərində təhlil aparıb. Nümunələr 500-850 dərəcə qızdırılıb və onlardan molekulların ayrılması müəyyən olunub. 

Onlaırn arasında tiofen, 2- və 3-metiltiofen, metantiol və dimetilsulfid kimi maddələr, hidrogen sulfid, kükürd dioksidi, molekulyar oksiqen və karbon qazı tapılıb. 

Tədqiqatçılarin rəyinə görə, bu molekullar daha böyük birləşmələrin tərkib hissəsidir. Bu isə bir zamanlar yaşamış canlı məxluq, meteorit toqquşması vulkanlardan ayrıla bilər. Üzvü maddələr Marsda  dərin qatlarında  daha yaxşı qalıb ki, bu da ionlaşma və oksidləşmə təsirlərinin azlığı ilə əlaqələndirilir.    /Cebhe.info/