Putinin “Terminator”u: Kreml yeni silahla meydan oxuyur

Rusiya yeni “Terminator-3” tanklara dəstək hərbi maşını ilə meydan oxuyacaq. Hərbi mənbələrin məlumatına görə, hərbi maşın trayektoriyanı korrektə edən mərmilərlə təchiz olunduqdan sonra onun döyüş qabiliyyəti daha da artacaq.

Turkustan.info Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni hərbi maşın hətta pilotsuz uçuş aparatlarıyla da mübarizə aparacaq. 

Hərbi mənbələr bildirib ki, yeni silah üçün tam yeni döyüş komplekti hazırlanacaq və yaxın zamanda istifadəyə veriləcək. 

“Terminator” 30 millimetrlik qoşa avtomatik 2A42 tipli toplarla, iki ədəd AQ-17D minaatan, 4 ədəd “Hücum” adlı idarəolunan raket əleyhinə raketlər və 7.62 millimetrlik “Kalaşnikov” pulemyotu ilə təchiz olunub.   /Cebhe.info/