Şura insan alverinin qurbanlarına sosial-hüquqi yardımın göstərilməsini dəstəkləyir – turkustan.info
SON XƏBƏR

Şura insan alverinin qurbanlarına sosial-hüquqi yardımın göstərilməsini dəstəkləyir

Azərbaycan Respublikası Daxili İşlər və Təhsil Nazirliklərinin birgə təşkilatçılıgı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “XXI Əsrin Qadınları” İctimai Birliyi “İnsan alverinin qurbanlarına sosial-hüquqi yardımın göstərilməsi və bu sahədə maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Bakı şəhərində yerləşən 4 nömrəli Bakı Peşə Liseyi və Bakı Kompyuter Peşə Liseyində tədbir keçirib.
Turkustan.info-ya verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və  “XXI Əsrin Qadınları” İctimai Birliyin sədri Mahirə Əmirhüseynova tədbirdə çıxış edərək insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. 
M. Əmirhüseynova dövlət başçısı cənab İlham Əliyevin 2014-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nın uğurla icra olunduğunu vurğulayıb. M. Əmirhüseynova İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator , Daxili İşlər Nazirinin birinci müavini general-leytenant Vilayət  Eyvazovun rəhbərliyi ilə bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyətin yüksək səviyyədə oldugunu və nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə apardıgını önə çəkib. Eyni zamanda  İnsan Alverinə qarşı Mübarizə sahəsində fəaliyyət göstərən Vətəndaş Cəmiyyətinin  nümayəndələri ilə Baş İdarənin əməkdaşlığının yüksək səviyyədə quruldugunu  bildirib. 
QHT sədri insan alverinə qarşı mübarizəyə dair silsilə maarifləndirici tədbirlərin keçirilməsinin Milli Fəaliyyət Planının icrasına töhfə vermək məqsədi daşıdığını vurğulayıb. Həyata keçirilən layihənin əsas məqsədinin insan alveri ilə bağlı həyata keçirilən dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarət oldugunu bildirib.
M. Əmirhüseynova qeyd edib ki,  İctimai Birliyiə müraciət edən insan alveri qurbanlarına ödənişsiz olaraq psixoloji yardım, hüquqşünaslar  tərəfindən onların problemlərinin həlli, müvafiq qurumlara müraciətlərin hazırlanması məqsədilə hüquq  yardım göstəriləcək.
DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis-polkovniki Fuad Əliyev,  4 nömrəli Bakı Peşə Liseyinin direktoru Qalib Hüseynov və Bakı Kompyuter Peşə Liseyinin direktoru Mahir Namazov çıxışlarında tədbir iştirakçılarına cinayətkarlar tərəfindən vətəndaşların insan alverinə necə cəlb edilməsi, bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verilib, bu  sahədə hazırlanmış filmlər nümayiş etdirilib. İnsan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumat verib.
Tədbirdə müəllimləri və tələbələri maraqlandıran suallar cavablandırılıb, iştirakçılarına mövzuya aid bukletlər paylanılıb.
26 Baxılıb
paylaş
CrestaProject
istanbul evden eve nakliyat beykoz evden eve nakliyat maltepe evden eve nakliyat evden eve nakliyat evden eve nakliyat nakliyat evden eve istanbul nakliyat ataşehir evden eve nakliyat istanbul evden eve nakliyat nakliyat şirketi istanbul evden eve nakliyat ev eşyası depolama