Türkiyəyə daha bir pis xəbər: ABŞ 250 TIR-la…

ABŞ Deyr əz-Zor əməliyyatı çərçivəsində YPG-nin də olduğu Demokratik Suriya Qüvvələrinə 250 TIR-la ağır silah və “Hammer” hərbi maşınlarını göndərib.

Turkustan.info xəbər verir ki, ABŞ artıq 4 gündür hər gün silah və hərbi texnikaları DSQ-ya çatdırır.

Qeyd edək ki, bu günə qədər ABŞ DSQ-ya 4800 TIR hərbi yardım edib.  /Axar.az/