Gün: İyun 9, 2018

Bakıda həbsxanada SİLAHLI İNSİDENT

Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub.  Turkustan.info-nun apa-ya  istinadən məlumatına görə, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr […]

Kəbədə inanılmaz olay: Zəvvar hamını gözü qarşısında intihar etdi – VİDEO

Gənc oğlanın Kəbə ətrafındakı binanın 3-cü mərtəbəsindən özünü atdığı bildirilir Məkkədə intihar hadisəsi baş verib. Turkustan.info Daily Sabah-a istinadən xəbər verir ki, intihar hadisəsi Kəbənin cəmi bir neçə metrliyində törədilib. Gənc oğlanın Kəbə ətrafındakı binanın 3-cü mərtəbəsindən özünü atdığı bildirilir. Bu zaman aşağıda minlərlə adam olub. Həmin şəxs hadisə yerindəcə ölüb. […]

Toy zamanı çəkilən foto hamını təəccübləndirdi – Gəlinin geyimi…

Toy zamanı çəkilən fotolar həmişə diqqəti cəlb edir. Turkustan.info-nun məlumatına görə, müxtəlif vaxtlarda Rusiyada toy ərəfəsində çəkilərək, montaj edilən şəkillər sosial şəbəkələrdə müzakirələrə yol açıb. İnternet istifadəçiləri fotoların həddindən çox reallıqdan uzaq olduğunu bildirib.  /Metbuat.az/

Bakı küçələrində GTA: Polislər sürücü ilə bacarmadılar – VİDEO

Ötən gün paytaxtın Yasamal rayonu ərazisində “Chevrolet Camaro” markalı 10 AZ 919 dövlət nişanlı avtomobilin sürücüsü yol-hərəkət qaydalarını kobudcasına pozaraq digər yol-hərəkət iştirakçıları həyatını riskə atıb. Turkustan.İnfo-nun xəbərinə görə, hadisənin videosu sosial şəbəkələrdə yayılıb. Kadrlardan da aydın görünür ki, yol polisi və post-patrul xidmətinin əməkdaşları avtomobili saxlamaq üçün Tbilisi prospektində […]

“Barı Naxçıvan” mahnısına görə Bakıda qan töküldü

Gündüzlər müştərilərin üzünə bağlı, axşamlar açıq olan “Dəli Kür” kafesinə təşrif buyuranların əksəriyyəti nəm qoxuyan alaqaranlıq daxmalarda gecəsi 2-3 manata kirayə qalanlar olub. Günəmuzd fəhləlik edib qazandıqları qəpik-quruşu xərcləmək üçün bura toplananları həyat get-gedə daha da dibə doğru çəkib… Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə ittiham olunan Cəbrayıl rayon sakini […]

Bu yağın unikal xüsusiyyətləri bir çox xəstəlikləri SAĞALDIR

İndiki dövrdə təbii vasitələrlə müalicə üsulları çox populyardır. Kastor yağı da ən geniş yayılmış müalicə vasitələrindən biri sayılır. Bu yağın unikal xüsusiyyətləri, sinirlərin sıxılmasını, əzələ ağrılarını, hətta qəbizliyi aradan qaldırır. Turkustan.info xəbər verir ki, bu yaxınlarda aparılan tədqiqatlar təsdiqləyib ki, gənəgərçək yağı antiviral, antibakterial və iltihab önləyici vasitədir. Alimlərin sözlərinə görə, […]

“Maşın”dan çıxarılan Rühəngiz Musəvi DANIŞDI: “Verilişə qatılmazdan öncə elə bilirdim ki…” – FOTO

Xəbər verdiyimiz kimi, “Maşın” realiti-şounu dünən Rühəngiz Musəvi tərk edib. Turkustan.info xəbər verir ki, Roza Zərgərlidən gözlənilməz “zərbə” alan Rühəngiz Musəvi oyun haqqında təəssüratlarını bölüşüb: “Bu verilişə baxanda həmişə arzulayırdım ki, iştirakçı olum. Lakin elə bilirdim ki, dayana bilmərəm. Təklif gələndə tərəddüd etsəm də, özümü sınamağa qərar verdim. Neçə gün maşın […]

Fazil Mustafa astroloqa CAVAB VERDİ: “Səbuhi Rəhimli adlı bir falçı…”

Milli Məclisin deputatı Fazil Mustafa tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimliyə onun haqqında səsləndirdiyi fikirlərə görə cavab verib.  F.Mustafa deyib: “Klassik hərəkatçılardan eşitdiyimə görə, mərhum Elçibəy deyirmiş ki, mən Fazili Türkiyəyə göndərdim ki, türkçülüyü öyrənsin, o isə gedib nurçuluğu öyrəndi”. Bu sözləri Səbuhi Rəhimli adlı bir falçı yazıb. […]

Xoşqədəm və əməkdaşları polisə çağrıldı – Nazir intihar olayını nəzarətə götürdü

Xəbər verdiyimiz kimi, Xoşqədəm Hidayətqızı verilişindən sonra, Qazaxıstanlı sevgilisinin ölümündə günahlandırılan şəxs Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu polis bölməsində özünü polis idarəsinin pəncərəsindən ataraq intihar edib. Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Daxili İşlər naziri Ramil Usubov baş verən hadisə ilə bağlı məsələni şəxsi […]

Azərbaycan bankları: Özlərinə də etibar etmir

Banklar bir-birlərindən depozitlərini geri götürürlər. 2018-ci ilin aprel ayında Azərbaycan banklarında maliyyə institutlarının (banklar daxil) depozitləri azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, aprel ayında maliyyə institutları banklardakı depozitlərini 284,6 milyon manat azaldıblar. Bu depozitlər 1 milyard 230,3 milyon manatdan 945,7 milyon manata düşüb. Apreldə banklar, digər […]

İranda qadınlarla bağlı daha bir ilk yaşandı

İranda ilk dəfə bir qadın Gənclər və İdman İdarəsinə rəhbər təyin edilib. Turkustan.info xəbər verir ki, bu barədə qərarı İranın Gənclər və İdman naziri Məsud Sultanifər verib. O, Məryəm Baxşını Gilan əyalətinin Gənclər və İdman İdarəsinə rəhbər təyin edib. Qeyd edək ki, M.Baxşı 15 il Gənclik və İdman İdarəsində müxtəlif […]

Bizə mədəniyyət lazımdırmı? – Sabir Rüstəmxanlı yazır

Toplumu bir millətə, bütöv bir orqanizmə çevirən bir sıra amillər var. Onlardan biri mədəniyyyətdir. Ortaq dəyərlər olan vahid dil, vahid din, vahid yurd kimi vahid mədəniyyət də millət olmanın əsas şərtlərindəndir. Azərbaycan ərazisində yaşayan və müxtəlif köklərdən gələn insanları vahid bir Azərbaycan – Vətən sevgisi birləşdirir.  Bir də burda yaşayan […]

Biləsuvarda dələduzluq edən falçı saxlanıldı – VİDEO

Biləsuvarda vətəndaşları fala baxmaq adı ilə aldadaraq, onların pul və qızıl-zinət əşyalarını mənimsəyən qadın saxlanılıb. Turkustan.info Xezerxeber.az-ə istinadla xəbər verir ki, vətəndaşlara qarşı dələduzluq etdiyinə görə 9 il məhkumluq həyatı yaşamış falçı qadın azadlığa çıxdıqdan sonra eyni əməlini təkrarlayıb. Biləsuvar rayon sakinlərinin polis şöbəsinə etdikləri mürəciət əsasında aparılan axtarışlar zamanı Kalaşnikova […]

Ürəyin əsas düşməni tapıldı

Tənha qalmaq tez öldürür Tənhalıq  ölümlə nəticələnən ürək-damar xəstəliklərinin əsas səbəblərindən biridir. Elm adamları uzun müşahidələrindən sonra bu qənaətə gəliblər. Dublində keçirilən “EuroHeartCare 2018” konqresində çıxış edən mütəxəssislərin sözlərinə görə, hər il tənha insanların sayı öz rekordunu yeniləyir. Yalqızlıq və sosial cəhətdən təcrid edilmə insult və ya başqa ürək damar […]

Ordumuz Xankəndi-İrəvan yoluna nəzarəti ələ keçirdi – Polkovnik

Naxçıvanda işğaldan azad olan torpaqlarımız bəlkə də böyük qayıdışın, böyük proseslərin başlanğıcıdır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Şair Ramaldanov Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu gün Azərbaycan ordusunun üstünlüyünü nəinki biz, […]

Qənirə Paşayeva Türkiyədə Cümhuriyyət fəallarından Mizrəbala Məmmədzadə ilə bağlı məruzə edib

Tədbirin açılışında çıxış edən İstanbul Türk Ocaklarının rəhbəri Cezmi Bayram Azərbaycanın Cümhuriyyətinin 100-cü ildönümündə  Cümhuriyyət qurucularından Mirzəbala Məmmədzadəyə həsr olunmuş  tədbiri təşkil etməyi özlərinə borc bildiklərini vurğulayıb. O, bildirib ki,  gənc nəsillərimizin ortaq tariximizi və böyük aydınlarımızı yaxından tanıması istiqamətində tədbirlər bundan sonra da davam edəcək. Tədbirdə çıxış edən millət […]

Rusiya telekanalında Azərbaycana qarşı böyük təxribat –“Qarabağ erməni torpağıdır, və orada ömür boyu ermənilər yaşayıb” – VİDEO

“Vladimir Solovyovla axşam” verlişində aparıcı ilə ukraynalı politoloq Vyaçeslav Kovtun arasında mübahisə düşüb. Turkustan.info xəbər verir ki, politoloq Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini və onun ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Teleaparıcı istənilən halda neytral qalmalı olsa da, ukraynalı politoloqun sözləri Solovyovu özündən çıxarıb.  Buna cavabında Solovyov Kovtunun “Qarabağın erməni torpağı olduğunu, […]

“Digər torpaqlarımız da bu cür azad ediləcək”- Azay Quliyev Ermənistana səsləndi

“Günnüt kəndinin ordumuzun nəzarəti altına keçməsi Lələ təpədən başlanan təmizləmə əməliyyatının uğurlu davamıdır”.  Turkustan.info xəbər verir ki, bu sözləri Prezident yanında QHT-lərə Dəstək Şurasının sədri, millət vəkili Azay Quliyev twitter hesabında yazıb.  “Düşmən bilməlidir ki, Azərbaycanın Ali Baş Komandanının və qəhrəman Əsgərinin iradəsi ilə işğal altında olan torpaqlar bu cür […]

Soyundurdu, videoya çəkdi, butulka ilə… – Gəncədə oğlandan əlilə qarşı AĞLASIĞMAZ BİABIRÇILIQ

Gəncə şəhərində hədə-qorxu yolu ilə pul və əmlak tələb etməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Ziyad Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, Ziyad Mustafayev 2017-ci il iyulun 17-də, saat 21.30-da əvvəllər tanıdığı və həmyaşıdı olan Sahib Babayevlə (ad və soyad şərti verilib – red.) rastlaşıb. […]

Putin delikates bişirib yedi – VİDEO

Rus lider pelemenini xatırlayıb Rusiya prezidenti Vladimir Putin Çindən olan həmkarı Si Tsinpin ilə kulinar bacarığını nümayiş etdirib. Turkustan.info-nun məlumatına görə, Putin həmkarı ilə birlikdə Çin mətbəxinə xas olan yeməklərin hazırlanması pürosesini izləyib. O, özü də bu delikateslərdən bəzilərini hazırlayıb. Daha sonra prezidentlər öz hazırladıqları təamı dadıblar. Rus lider Çin qoubulisini bəyəndiyini deyib […]

ÖNCƏ VƏTƏN – Şəhid Təbriz Əsgərovun əziz xatirəsinə

Təbriz, şəkildən belə baxışı o qədər canlı, sevgi və mərhəmət doludur ki…Həyat necə qıydın bu oğula, torpaq necə aldın ağuşuna? Sözsüz, torpaqdan gəlmişik torpağadır qayıdışımız, amma bar verməyən arzular, qovuşmayan sevgilər, yerinə yetməyən niyyətlər var… Bu evə gəlmək çox ağırdır, bu niskillə qarşılaşmaq çox çətindir…Aprel şəhidlərimizin ailəsi ilə görüşmək mənim […]

Xoşqədəmin verilişindən sonra özünü öldürdü – Dəhşət

Bir müddət əvvəl sevgilisi ilə Azərbaycana gələn qazaxıstanlı qızın Bakıda öldürüldüyü üzə çıxıb. Turkustan.info-nun Lent.az-a istinadən əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Qazaxıstanda yaşayan şəxslər “Xəzər” televiziyasına müraciət edərək ailə üzvləri, 1985-ci il təvəllüdü Atsubayeva Ayqul Almaz qızının mayda Bakıya gəldiyini, daha sonra ondan xəbər ala bilmədiklərini bildiriblər. […]

Ermənilər panikada: Ordumuzun Lələtəpədən sonrakı – HƏMLƏSİ

Azərbaycan Ordusunun Naxçıvanda mövqelərimizi irəliyə daşıması və ümum hərbi yüksəkliyə nəzarət etməklə iki kəndin üzərində suveren haqlarımızı bərpa etməsi çox mühüm tarixi hadisədir. Turkustan.info bildirir ki, bunu Axar.az-a Azərbaycan Ordusunun 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinə nəzarəti tam əlinə alması və bir sıra yüksəklikləri azad etməsi ilə bağlı […]

Azərbaycanda silahlı insident: Avtoritet Şahin tutuldu – Video

Cəlilabad rayonunda iki gün əvvəl baş vermiş silahlı insident iştirakçıları saxlanılıb. Turkustan.info xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə “Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənov və qarşı tərəfdən isə İlqar Həsənov saxlanılıb. Şahin Həsənovun […]

Paşinyan 7 milyardı necə verəcək? – Ovanisyan

Serj Sərkisyan hələ də getməyib və onun gələcəyə dair öz hesabları var. Turkustan.info xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Ovanisyan deyib. Onun sözlərinə görə, Nikol Paşinyan hələ də gələn təhlükəni dəyərləndirə bilmir: “Hər kəs soruşur ki, 7 milyardlıq xarici borcu kim ödəyəcək? Paşinyanı hakimiyyətə gətirən […]

Müalicəsi üçün pul yığılan Aytac dünyasını dəyişdi: “Həkimlər qızımı bu hala saldı”

Dünən gecə Türkiyəyə çatdırılmadan atipik pnevmaniyadan həyatını itirən 7 yaşlı Aytacın anası Raya Cəfərszadə sosial şəbəkədə övladının xəstəliyi və ölüm səbəbi barədə açıqlama verərək, valideynlərə səslənib. Turkustan.info Medicina.az-a istinadən həmin paylaşımı təqdim edir: ” Qızım fevralda yüngül  pnevmaniyadan müalicə aldı, sonra rentgen təmiz göstərdi. Biz də sakitləşib oturduq. Mart, aprel, may […]

Büdcə təşkilatlarının işçilərinə şad xəbər

Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nin cədvəli yeni redaksiyada təsdiq edib. Turkustan.info APA-ya istrinadən məlumatına görə, qərara əsasən bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər […]

Hitlerin hamıdan gizlətdiyi uşaqlığı üzə çıxdı – ŞOK FOTOLAR

Avstraliyalı yazıçı Paul Ham yeni kitabında Adolf Hitlerin uşaqlığına aid maraqlı məlumatlar yer alıb. “Young Hitler: The Making of the Führer” (“Gənc Hitler: Rəhbərin yaradılması”) adlı kitab alman diktatorun “Məsih” imicini yaratmaq üçün öz keçmişini necə “təmizləməsindən” bəhs edir. Kitabda Hitlerin 1933-cü ildə Almaniya rəhbərliyinə gəldikdən sonra keçmişinə aid məlumatları […]

Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllinə niyə cəhd etmir? – Amerikalı ekspert açıqladı

“Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilən etirazlar “rəhbər” adlanan şəxslərin korrupsiyaya qurşanmasına qarşıdır”. Turkustan.info bildirir ki. bunu “Report”a amerikalı siyasi ekspert, Markett Universitetinin (Viskonsin) professoru Piter Teys deyib. “Azərbaycanın Tərtər rayonuna səfər etdiyim zaman iki reallığı gördüyümü xatırlayıram: Azərbaycan ərazisində insanlar ərazilərdən minaları təmizləməyə çalışırdı, digər tərəfdən, bir neçə yüz […]

Gənc yaşda milyoner olmaq üçün etməyiniz lazım olan 5 şey

Milyoner statusuna çatmaq üçün Mark Zukerberq, ya da “Apple” CEO-su olmağınıza ehtiyac yoxdur. Əslində insanlarda milyoner olmaq üçün bir ömür işləməyin lazım olduğu kimi düşüncələr hakimdir. Bəs milyoner statusunu daha tez əldə edə biləcəyinizi desək? Bəlkə 30 yaşlarınızda? İstək və əzmi ağıllı şəkildə qəbul edilən maliyyə qərarları ilə birləşdirin və milyoner […]

Dağlıq Qarabağda fransızların “qoyun siyasəti”

Politoloq: “Bütün bu kimi addımlar sadəcə olaraq görüntü yaratmaq üçündür” “Fransız Protestant Kilsəsi və Ermənistan arasında Saziş” xeyriyyə təşkilatı” (“SPFA”) Martuni rayonunun Taqavard kəndində 10 imkansız ailəyə hər birinə 4 olmaqla 40 qoyun bağışlayıb.  Turkustan.info Moderator.az-a istinadən bildirib ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. Bu barədə jurnalistlərə “SPFA”nın […]

İbn Sinanın ağır xəstəlikləri müalicə edən MÖCÜZƏVİ RESEPTİ

Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri – İbn Sinanın resepti ilə hazırlanan əncir və zeytun qarışığı bir çox möcüzəvi xassalərə malikdir. Turkustan.info Publika.az-a istinadən ciddi sağlamlıq problemlərini aradan qaldıran resepti təqdim edir: İnqrediyentlər: 250 qram quru əncir 1 litr zeytun yağı Hazırlanması: Əvvəlcə əncirləri yuyun, süzün və quşbaşı şəklində doğrayın. […]

Azərbaycanın ən yaxşı startapı seçildi

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın, Patent və Əmtəə Nişanları Mərkəzinin, İsveçrənin Azərbaycandakı səfirliyinin, eləcə də ADA universitetinin dəstəyi ilə ölkəmizdə 6-cı dəfə təşkil olunan Seedstars World müsabiqəsinin qalibi bəlli olub. İyunun 8-də ADA Universitetində baş tutan final mərhələsində münsiflər heyəti tərəfindən seçilən 10 […]

Bakıda 56 yaşlı kişi güllələndi

Bakıda güllələnmə hadisəsi baş verib. Turkustan.info-nun məlumatına görə, hadisə iyunun 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində yaşayan, 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanov aralarında yaranmış şəxsi münaqişə zəminində 1962-ci il təvəllüdlü Nizami Teymur oğlu Qasımova təhlükəli ov silahı ilə atəş açaraq yaralayıb, sonuncunu öldürməyə cəhd edib. […]

İngiltərədə hamı bu hadisədən danışır

İngiltərədə yaşanan olay hər kəsin təəccübünə səbəb olub.  Turkustan.info xarici mediaya istinadən bildirir ki, İngiltərədə yaşayan Laura Vatson adlı xanım çəkilən şəkildə oğlunun arxasında bir ruhun əksini gördükdən sonra şoka düşüb.  Əvvəllər həmişə belə paranormal hadisələrdən uzaq olduğunu bildirən qadın bu hadisədən sonra gecələr yata bilmədiyini açıqlayıb. Şəkil çəkilən zaman ətrafda […]

Nikolun Qarabağ siyasəti iflas oldu: Bakı cavab gözləyir

Paşinyanın ziddiyyətli Qarabağ siyasəti iflasa uğradı. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Prezident İlham Əliyevin 6 iyunda Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin iqamətgahında keçirilən iftar mərasimindəki nitqini şərh edən fəlsəfə doktoru Elxan Ələsgərov deyib. “Azərbaycan Ermənistanda baş verən son proseslər zamanı normal və dürüst qonşuluq siyasətini davam etdirdi. Bu fonda prezidentin […]

Daha bir kəndimiz azad edildi: Xalqımızı təbrik edirəm

Yenə də torpağımız işğaldan azad edilib. Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar, torpağımızın işğaldan azad edilməsi həm ordumuzun, həm xalqımızın, həm də prezidentimizin apardığı siyasətin təntənəsidir. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, bunu bu gün Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. S. Seyidov deyib ki, bunlar ilk addımlardır: […]

Prezidentin mesajı İrəvana deyil: Hədəf tam fərqlidir!

Prezidentin bu çıxışı əslində Ermənistanın yeni rəhbərliyinə sonuncu xəbərdarlıqdır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Prezident İlham Əliyevin iftar mərasimində Ermənistanın yeni rəhbərliyini real danışıqlara çağırması ilə bağlı danışarkən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. “Əslində, hər şey bəllidir. Prezidentin bu çıxışı Ermənistanın yeni rəhbərliyinə sonuncu xəbərdarlıqdır. Ermənistan Dağlıq […]

İşdən çıxarılan icra başçıları HƏBS OLUNA BİLƏR – Adları milyonluq məhkəmə işində keçir

Son günlər prezidentin sərəncamı ilə bir neçə icra başçısı vəzifəsindən çıxarılıb. Onlardan ikisi – Ağdam rayon icra başçısı Raqub Məmmədov və Tovuz rayon icra başçısı Tofiq Zeynalov sosial şəbəkələrdə geniş müzakirə olunub. Turkustan.info qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb hər iki vəzifəli şəxsin milyonluq məhkəmə işlərində adının hallanmasıdır. Belə […]

Roza Zərgərli “Maşın şou”da hamını şoka saldı – VİDEO

“Maşın” şounu tərk edən daha bir iştirakçının adına aydınlıq gəlib. Turkustan.info yenicag.az-a istinadən xəbər verir ki, bu gün səsverməyə Roza Zərgərli çıxarılıb. Daha öncə iki dəfə tamaşaçıların istəyi ilə şouda qalmağı bacaran müğənni bu dəfə də istəyinə çatıb. Belə ki, ona “qalsın” deyənlərin sayı 63,12 faiz təşkil edib. 36,88 faiz izləyici […]

Araz Əlizadə Sərdar Cəlaloğlunun London və Bakı əmlaklarının adlarını açıqladı

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə bağlı yeni faktlar irəli sürüb.  Turkustan.info-nun məlumatına görə, deputat “Ölkə.Az”-a açıqlamasında bildirib ki, hazırda Sərdar Cəlaloğlunun bütün ailə üzvləri Avropada yaşayır: “Bu adam 30 ildir ki, müxalifətdədir və 30 ildir heç bir yerdə işləmir. Bəziləri deyir […]

Azərbaycan Xalq Cümhuriyyəti irsi milli yadddaşımıza qaytarılır

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “Azərbaycan Xalq Cümhuriyyəti irsi milli yadddaşımıza qaytarılır” adlı tədbir keçirib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinə (AXC), onun liderlərinə aid Türkiyədə saxlanılan çox qiymətli arxiv sənədlərinin – əlyazmaların, kitabların, jurnalların, xəritələrin – araşdırmaçı, sosiologiya elmləri doktoru Əfqan Vəliyev tərəfindən MEK-ə təqdim edilməsinə həsr olunub. Mərkəzi Elmi Kitabxananın […]

Ordumuz 11 min hektar ərazini necə azad etdi? – Təfərrüat

Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinin və bir sıra yüksəkliklərin azad edildiyini təsdiqləyən rəsmi məlumat yayıb. Ordumuzun əks-həmlə əməliyyatları may ayında gerçəkləşib. Beləliklə, Ordumuz daha əlverişli mövqelərə sahiblənib, Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad […]