Biləsuvarda dələduzluq edən falçı saxlanıldı – VİDEO

Biləsuvarda vətəndaşları fala baxmaq adı ilə aldadaraq, onların pul və qızıl-zinət əşyalarını mənimsəyən qadın saxlanılıb.

Turkustan.info Xezerxeber.az-ə istinadla xəbər verir ki, vətəndaşlara qarşı dələduzluq etdiyinə görə 9 il məhkumluq həyatı yaşamış falçı qadın azadlığa çıxdıqdan sonra eyni əməlini təkrarlayıb.

Biləsuvar rayon sakinlərinin polis şöbəsinə etdikləri mürəciət əsasında aparılan axtarışlar zamanı Kalaşnikova Elena Pavlovna şübhəli şəxs qismində saxlanılıb. O, əvvəllər də dələduzluq və soyğunçuluq üstündə 9 il məhkumluq həyatı yaşayıb.

Aparılan istintaq zamanı məlum olub ki, özünü sakinlərə Emilya kimi təqdim edən qadın müxtəlif vaxtlarda Astara, Şirvan, Sabirabad və Xaçmaz rayonlarında, eləcə də Bakı şəhərində də xeyli sayda vətəndaşın pul və qızıl-zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib.

Elena Pavlovna intinaqa verdiyi ilkin ifadə zamanı vətəndaşları aldatdığını etiraf edib. İstintaq araşdırmaları davam edir.