İranda qadınlarla bağlı daha bir ilk yaşandı

İranda ilk dəfə bir qadın Gənclər və İdman İdarəsinə rəhbər təyin edilib.

Turkustan.info xəbər verir ki, bu barədə qərarı İranın Gənclər və İdman naziri Məsud Sultanifər verib. O, Məryəm Baxşını Gilan əyalətinin Gənclər və İdman İdarəsinə rəhbər təyin edib.

Qeyd edək ki, M.Baxşı 15 il Gənclik və İdman İdarəsində müxtəlif vəzifələrdə çalışıb.  /axar.az/