Rusiya telekanalında Azərbaycana qarşı böyük təxribat –“Qarabağ erməni torpağıdır, və orada ömür boyu ermənilər yaşayıb” – VİDEO

“Vladimir Solovyovla axşam” verlişində aparıcı ilə ukraynalı politoloq Vyaçeslav Kovtun arasında mübahisə düşüb.

Turkustan.info xəbər verir ki, politoloq Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini və onun ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Teleaparıcı istənilən halda neytral qalmalı olsa da, ukraynalı politoloqun sözləri Solovyovu özündən çıxarıb. 

Buna cavabında Solovyov Kovtunun “Qarabağın erməni torpağı olduğunu, və orada ömür boyu ermənilərin yaşadığını” bilib-bilmədiyini soruşub.

“Elə dönəmlər olub ki, müasir Yerevanın ərazisində ermənilər olmayıb, ancaq Qarabağ torpağında həmişə ermənilər yaşayıb. Bu məsələni həll etməyin yeganə yolu sülh deyilsə, deməli Qarabağda olan bütün ermənilərin məhv edilməlidir. Bəşəriyyət buna yol verməz”, – deyə aparıcı əlavə edib.

Onun sözlərinə görə, “qarabağlılar” hələ ötən gün müəllim, əkinçi işləyən insanlardır. Sonra isə Sovet İttifaqı rəhbərliyinin günahı ucbatından müharibə ilə üzləşməli oldular. 

“Ona görə bu insanlar ayağa qalxdı və özlərini və öz hüquqlarını müdafiə etməyə məcbur oldu. Bu qorxulu bir münaqişədir. Onun həlli yoxdur”, – deyə o əlavə edib. 

Tarixçi Rizvan Hüseynov “Moskva-Baku”ya verdiyi müsahibədə məsələyə münasibət bildirib. O Solovyovun yalanı doğru kimi qələmə verməyə çalışdığını hesab edir. 

“Etnogenez qanununa görə, xalqlar köçür, yeni məskənlər tapır və məskunlaşaraq yerli xalqlarla qarışır. Bu bəşəriyyətin, insan cəmiyyətinin əsas qanunlarından biridir.

Kimsə hansısa xalqın burada yaşadığı kimi iddialar irəli sürdükdə, bu sadəcə gülüş doğurmur, eyni zamanda ehtiyatlı olmağa vadar edir. 

Ermənilərin hər zaman Dağlıq Qarabağda yaşadığı haqqında bəyanatlar hamısı eyni mahnının notlarıdır.  Demək olar ki, Vladimir Solovyovun sadəcə tarixdən başı çıxmır, ya da onu çaşdırıblar. 

Solovyov ermənilər barədə danışanda, onun Dağlıq Qarabağla bağlı kimləri nəzərdə tutduğunu bilmək istərdim. Məlumat üçün deyim ki, əvvəllər özlərini Erməni-qriqoryan kilsəsinin mənsubları hesab edən istənilən xalqların nümayəndələri erməni adlanıb.

Yəni “erməni” adı dinlə əlaqədar olub. Məsələn, müqayisə üçün, müsəlman – həm türk, həm fars, həm ərəb ola bilər. İstənilən milləyin nümayəndəsi ola bilər. Və ya götürək katolisizmi, təkcə italiyalılar deyilə digər xalqlardan olan insanlar da katolik ola bilər. 

Sözümün canı odur ki, o vaxtlar, kürd, tat, udin, qıpçaq və s. xalqlardan olan nümayəndələr də özlərini erməni adlandıra bilərdi. Müasir Ermənistan ərazisində yaşayan ermənilər “hay” adını daşıyan etnosa aiddirlər.

Ermənilərin Qarabağda həqiqətən uzaq keçmişdə yaşayıb-yaşamadığından və onları ora kim tərəfindən köçürüldüyü haqqında saatlarla danışmaq olar. Siyasi plan “tərəzisində” isə hər zaman rəsmi sənədlər ağır gəlir, nəinki əsassız bəyanatlar.

Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasında 4 qətnamə qəbul olunub. Həmin qətnamələrdə erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi tələb olunur. Ancaq bu indiyə kimi yerinə yetirilməyib. Qarabağla bağlı məsələ aydındır. Problem başqa məsələdədir. Solovyovu bu saçma-sapan fikirləri səsləndirməyə nə vadar edir, azərbaycanlılara qarşı açıq-aydın qəzəb nümayiş etdirməsinin səbəbi nədir görəsən.

/oxu.az/