Azərbaycanda atışma oldu: 16 ölü

İranın Qərbi Azərbaycan vilayətinin Uşnəviyə mahalında atışma olub. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, ərazidə PKK-nın İran qanadı PJAK-a qarşı əməliyyat keçirilib.

Məlumata görə, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışmalar zamanı 16 PJAK-çı məhv edilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bölgədə terrorçulara qarşı əməliyyatların davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl PJAK-la qarşıdurma zamanı iki azərbaycanlı sərhədçi – Yusif Piranə və Məhbub Qurbani həlak olmuşdu.  /Modern.az/