G-7 sammitində gərginlik – Tramp küncə sıxışdırıldı – FOTO

Bu il G-7 zirvə sammitində ABŞ prezidenti Trampa qarşı 6 ölkənin etirazı gündəmə damğa vurub.

Turkustan.info bildirir ki, bu il Kanadanın ev sahibliyi etdiyi G-7 sammiti gərgin anlarla yadda qalıb. Çünki sammit baş tutmazdan əvvəl hələ zirvədə iştirak edən ölkə liderlərinin bir-biriləri haqqında verdikləri açıqlamalar aralarında gərginliyi daha da artırmışdı.

Belə ki, Fransa prezidenti Emmanuel Makron G-7 sammitinin ABŞ-sız da davam edə biləcəyini bildirərək Trama qarşı sərt çıxış edib.

Daha sonra bir araya gələn liderin gündəm olan məsələsi ABŞ-ın gömrük vergilərini artırması olub. Avropa ölkələri bundan əvvəl də Trampın bu qərarına sərt şəkildə etiraz etmişdi.

Lakin G-7 sammiti zamanı yaşanan gərginliyi təsvir edən şəkil isə dünya mediasına gündəm olub. Şəkildə Merkel Trampa dərdini danışmağa çalışır. Tramp isə soyuqqanlı bir şəkildə öz kürsüsündə oturub və sanki bütün deyilənlərin sadəcə bəhanə olduğunu bildirir.

/A24.az/