“Gömrük rüsumları aşağı salınıb” – Səfər Mehdiyev (VİDEO)

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Gündəm proqramının qonağı olub.
Gömrükdə islahatlara ehtiyac duyulur. Sahibkarların gözlədiyi tariflər və gömrük imtiyazları ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciətlər edirlər.
Turkustan.info xəbər verir ki, bu barədə Komitə sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, əsas müraciətlər istehsal olunan xammalların gömrük tariflərinin aşağı salınması, diferensiallaşdırılması, istehsal olunan malların idxal mallarına rəqabətliliyini artırmaq, daxili bazarın qorunması ilə bağlıdır.
Komitə sədri sahibkarlara müraciət də edib.
Səfər Məhdiyev bildirib ki, saxta sənədlər tərtib edən, gömrük vergi və rüsumlarından yayınan sahibkarlara qarşı çox ciddi tədbirlər görüləcək.
Dövlət Gömrük Komitəsinin sədri bildirib ki, keçən il spesifik rüsumların tətbiqindən sonra daxildə istehsal olunan malların idxal mallarına rəqabətliliyi bir qədər artıb və eyni zamanda bəzi xammalların gömrük rüsumlarının aşağı salınması həyata keçirilib. O əlavə edib ki, son vaxtlar sahibkarlarla görüşlər daha sıx keçirilir və bu yaxınlarda iş adamlarına gömrük sistemindəki islahatlar, rüsumların azaldılması, xidmətlərin keyfiyyəti ilə ilə bağlı sorğular göndəriləcək.
Daha ətraflı videomaterialı təqdim edir: