Hərəkat başlandı: Havadan və qurudan düşmənə zərbələr endirilir – SON DƏQİQƏ

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının ən böyük düşərgəsinin yerləşdiyi Qəndil dağına hava hücumu təşkil edib.

Turkustan.info xəbər verir ki, hərəkat nəticəsində terror təşkilatının 14 hədəfi məhv edilib.

İraqın şimalında havadan və qurudan əməliyyatlar davam edir. Bu gün səhər saatlarında 3 terrorçu məhv edilib.

“Habertürk”ün verdiyi məlumata görə, yaxın müddətdə başlanması planlaşdırılan böyük Qəndil əməliyyatından öncə Sidekan bölgəsindəki təşkilatlanma təmin edilib və bölgəyə silah göndərilməsi prosesi son sürətlə davam etdirilir.

Qəndili terrorçulardan təmizləmək üçün aparılacaq hərəkatın nə zaman başlanması geniş şəkildə müzakirə edilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə Qəndildə əməliyyatın başlanacağı siqnalını vermişdi. O, “terrorçular hara qaçırsa-qaçsın, qovacağıq” demişdi. Daxili işlər naziri Süleyman Soylu isə “Qəndil uzaq hədəf deyil” sözlərini işlətmişdi.  /Publika.az/