İki dəfə fikrini dəyişən müğənni “Maşın”dan getdi

“Maşın” realiti-şousunun 16-cı buraxılışının daha bir günü geridə qalıb.  Turkustan.info xəbər verir ki, bu dəfə səsverməyə müğənni Rahidə Baxışova çıxıb. O, əvvəlcə bildirib ki, səs topladığı təqdirdə Əməkdar artist Abbas Bağırovu oyundan uzaqlaşdıracaq.

Amma realiti-şounun sonuna yaxın Rahidə Baxışova fikrini dəyişərək aktirisa hədəfinin Pərvin Abıyeva olduğunu qeyd edib.

Şounun sonunda 46,34 faiz səslə Rahidə uduzub və evə özü getməli olub.

Qeyd edək ki, hazırda şou aparıcı Aytən Səfərova, blogger Hüseyn Əzizoğlu, əməkdar artist Abbas Bağırov, müğənni Roza Zərgərli, Uran, aktrisa Pərvin Abıyeva ilə davam edir.  /Modern.az/