Orta məktəb şagirdlərinə mobil telefondan istifadə qadağan edildi – Qərar

Fransa Milli Məclisi orta məktəb və kolleclərdə şagirdlərin mobil telefon gətirməsinə qadağa qoyan qərarı qəbul edib.

Turkustan.info türk mediasına istinadən xəbər verir ki, məclisdə əl qaldırılaraq səs vermə nəticəsində orta məktəb və kolleclərdə mobil telefon gətirmək və ondan istifadə etmək qadağan edilərək qərar qüvvəyə minib.

Qərar yeni dərs ilindən – sentyabr ayından ölkənin bütün məktəb və kolleclərində tətbiq edilməyə başlanacaq. Qərar müəllimlərə şamil edilməyib.

Fransanın təhsil naziri Jean Michel Blanquer 2017-ci ilin sonlarında verdiyi açıqlamaya görə, məktəblərdə şagirdlərin dərsə motivasiyasını artırmaq və xarici mühitdən uzaqlaşmalarını təmin etməz məqsədiylə mobil telefona qadağa qoyulacağını söyləmişdi. Lakin mobil telefona qoyulan qadağa lisey şagirdlərinə aid edilməyəcək.

/A24.az/