Siqaret tüstüsü uşaqlarda eşitməni zəiflədir — Yeni araşdırma

Ana bətnində olarkən ana-atanın siqaret çəkməsi və doğulandan sonra körpələrin siqaret tüstüsünə məruz qalması onların eşitmə sisteminə mənfi təsir edir.

Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, bu nəticəyə Yaponiya araşdırmaçıları gəlib. 50 300 nəfər uşağın məlumatlarını analiz edən qrup üzvləri anası hamiləlik zamanı siqaret çəkən uşaqların 15%-də, doğulandan sonra siqaret tüstüsünə məruz qalan 3 yaşa kimi uşaqların 5 %-də eşitmə aparatının zəifləməsini aşkar ediblər. 

Xüsusən 3-4 aylıq körpələrin siqaret tüstüsünə yaxın olması onların zəif eşitməsi riskini 30% artırır. 

Mütəxəssislər hamilə qadınlara siqaretdən imtina etməyi və doğulandan sonra uşaqları siqaret tüstüsündən tam uzaq tutmağı məsləhət görür.