Bakıda özəl bağçada uşaqlara işgəncə verilir – VİDEOFAKT

Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu görüntülər yayılıb.

Turkustan.info Azxeber.com-a istinadən məlumatına görə, video müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Kadrlarda da açıq-aydın görünür ki, bağçada hər gün uşaqlara dözülməz zülm yaşadılır.

Həmçinin bildirilir ki, bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur. 

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim və nəyə görə göz yumub?!