SON XƏBƏR

“Maşın” şouda iştirakçılar əndazəni aşdı: “Yubka altında…” – Video

Pərvin Abıyeva ilə Hüseyn Əzizoğlu arasında növbəti mübahisə əndazəni aşıb.

Turkustan.info xəbər verir ki, aktrisanın vaynerə “mən sənin kimi “yubka” altında gizlənmirəm” deməsi yenidən aranı qarışdırıb. O, yenidən müğənni Roza Zərgərlini nəzərdə tutduğuna işarə edib. Aktrisa bununla bir növ vayneri təhqir edib.

Hüseyn Əzizoğlu isə Pərvin Abıyevayanın ona “maman”dı buradan hamını yola salan” deməsinə cavab verib.

O, aktrisaya xitabən “mənim Rozaya ana deməyimin nəyi pisdir? Keçən il sən də Kənan M.M.-lə qardaş-bacıydın, nə tez unutdun?!” sözlərini söyləyib.

Vayner səsvermə məsələsinə də toxunub və “Pərvin, sənə 50 min, 60 min səs verən dostların, amma mənə 60 qəpiklik bir səs göndərən xalqım var” – deyib.

Onun bu ifadəsini isə P.Abıyeva özünə təhqir hesab edib və Hüseyn Əzizoğluna “uşaqsan, ağzının danışığını bil” söyləyib.

Veriliş iştirakçılar arasında qızğın və təhqir xarakteri daşıyan mübahisələr davam edir.    /Minval.info/

paylaş