Gün: İyun 12, 2018

Ərdoğan: Lazım gəlsə “S-400”lərdən istifadə edəcəyik

Türkiyə ehtiyac yaranarsa Rusiyadan alınan “S-400” zenit-raket komplekslərindən istifadə edəcək. Turkustan.info“Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib. “Biz sadəcə “S-400”ləri alıb, onları anbara yerləşdirəcəyik. Ehtiyac yaransa onlardan istifadə edəcəyik. Bunlar müdafiə sistemləridir. Onsuz biz nə edə bilərik axı? Nədir, yoxsa yenə ABŞ-a bel bağlayaq?”, -deyə […]

Avropa qitəsində yeni dövlət meydana gəldi

Yunanıstan öz şərtini qonşu dövlətə qəbul etdirdi Makedoniya dövləti artıq Şimali Makedoniya Respublikası adlanacaq. Turkustan.info-nun məlumatına görə, bu barədə ölkənin baş naziri Zoran Zaev bəyan edib. Baş nazir bu barədə Yunanıstanın baş naziri Aleksis Siprasla danışıqdan sonra bəyanat verib. Xatırladaq ki, ölkənin Makedoniya adlanmasına qarşı Yunanıstan çıxırdı. Makedoniya adlı əyalət Yunanıstanda […]

Azərbaycanlı veteranlar Rusiyadan pensiya ala bilərlər

Rusiya Dövlət Duması azərbaycanlı Böyük Vətən Müharibəsi iştirakçılarına da pensiya verilməsini nəzərdə tutan qanunu müzakirəyə çıxarıb. Böyük Vətən Müharibəsinin bir neçə yüz azərbaycanlı veteranı ola bilsin, yaxın gələcəkdə Rusiyanın xüsusi pensiyasını alsın. Turkustan.info-nun Sputnik Azərbaycan-a istinadən məlumatına görə, hazırda Rusiya Dövlət Dumasında “Veteranlar haqqında” qanuna düzəlişlərə baxılır. Qanun ümumi qələbənin […]

Fəridə Ağazadə: “Region qəzetinə yeni düşüncə gəlməlidir”

Çoxlu sayda fəaliyyət göstərən qəzetlər sırasında özünə kifayət qədər oxucu məhəbbəti qazanan mətbu orqanlardan biri də uzunömürlü “Astara” qəzetidir. 1932-ci ilin aprel ayından nəşrə başlayan “Astara” qəzeti ötən dövr ərzində bir sıra adlarla – “Ostoro kolxozçu”, “Kolxoz tribunası”, “Sovet Astarası” adları ilə çıxıb. 1991-ci ildən isə “Astara” adı ilə oxuculara […]

Dünya bu ana-baladan danışır – FOTOLAR

İnternetin yeni fenomeni 29 yaşlı əslən Asiyadan olan amerikalı Mişel Nhudur. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, Mişelin 1 yaşlı qızı Jayla ilə paylaşımları sosial mediada rekord qırır. Minlərlə bəyənmə və şərh toplayan fotoları dünyanın müxtəlif ölkələrindən izləyirlər. Mişel və qızı hətta bir çox məşhur markalardan təklif də alıb. […]

Ermənistanın Rusiyadan gizlətdiyi təhlükəli silah

Moskva İrəvanın böyük xəyanətindən qorxur Moskva Ermənistan ərazisində Amreka referens-laboratoriyalarının yerləşdirilməsinin  əleyhinədir. İstiPress-in məlumatına görə, “Kommersant” qəzetinin yazır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 11-də Almatı şəhərində keçirilən KTMT xarici işlər nazirlərinin görüşündə bu barədə məsələ qaldırıb. “Bizim xüsusi xidmət orqanları və alimlərimiz bu laboratoriyaların peyda olması ilə […]

DYP reydində polisə gözlənilməz sözlər: “Kişi deyilsən yığışdırmasan” – VİDEO

Kürdəmir rayonunda avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilib. Turkustan.info Report-a istinadən xəbər verir ki, ağır tonnajlı, iri qabaritli yük avtomobillərinin girişi qadağan olan yollarda hərəkət maşınların, qaydaları pozan və yaşayış məntəqələrinə yaxın olan ərazidə yüksək sürətlə hərəkət edən avtomobillərin sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Reyd zamanı ümumilikdə 50-ə yaxın […]

Qənirə Paşayeva “Uşaqların zərərli informasiyadan qorunması haqqında “qanun layihəsi ilə bağlı çıxış edib

Millət vəkili Q.Paşayeva “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bu qanunun həddindən artıq vacib olması və qısa zamanda qəbul olunaraq icrasına başlanılmasını xüsusi vurğulayaraq, qanunu dəstəkləyəcəyini deyib və qanun layihəsinə təkliflərlə çıxış edib və sənədin 2-ci oxunuşda müzakirəyə çıxarılmasına qədər bu vacib təkliflərin nəzərə alınmasına çağırıb. Uşaqların […]

Ermənilər Azərbaycan şəhərlərini vurmaqla təhdid edir

Azərbaycan ərazilərini işğal altında saxlamaq azmış kimi, Ermənistan ianə olaraq qəbul etdiyi “İskander” taktiki-operativ raketləri ilə dövlət başçısı səviyyəsində Azərbaycanın şəhərlərini vurmaqla təhdid edir və bununla öyünməkdən utanmırdı. Bu sözləri XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan tərəfindən “Polenez” və LORA tipli uzunmənzilli raketlərin əldə edilməsinin Ermənistanda ciddi narahatlıq yaratmasına […]

“Qaçaq Koroğluya heykəl qoymuşuq” – Deputat

Şəxsən mən “Dəvəçi”nin “Şabran” adlandırılmasının tərəfdarı deyildim, bu gün də onun əleyhinəyəm. Turkustan.İnfo xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentdə 15 rayonda yer adlarının dəyişdirilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deyib. O qeyd edib ki, buna ehtiyac yox idi: “”Dəvəçi” təmiz türk sözüdür. Amma təəssüf ki, “Dəvəçi”nin adı “Şabran”la […]

“Hesab elə ki, mən elə göyçəli qaçqınam, qarabağlı köçkünəm!” – Tanımadığımız Artur Rasizadə…

Uzaq tarixə baxanda, siyasət və əxlaq – hər ikisi bir-birinə bağlı, biri-birini tamamlayan, bəşəriyyətin mövcudluğu və inkişafı üçün vacib elementlər kimi insanlığa xidmət edən, amma “quru” terminlərdir. Aristoteldən bəri yaxşı bir siyasətçi olmaqla, yaxşı da bir insan ola bilmək mövzusu bütün dövrlərin gündəmində olub. Qədim Şərq və Avropa filosofları bu […]

Yağı bahalaşdıranlar məlum oldu: Qiymətlərdə günbəgün artım

Son aylar kərə yağlarının qiymətində davamlı olaraq artım baş verir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə kərə yağlarının qiymətində növbəti artım olub. Belə ki, ötən ay ərzində mal və qoyun ətinin, yumurtanın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının qiymətlərində ucuzlaşma, toyuq ətinin, zeytun və kərə yağlarının, qəhvə və çayın qiymətlərində […]

Bu ay 100 ilin ən uzunmüddətli ay tutulması YAŞANACAQ

İyulun 27-də nadir astronomik hadisələrdən hesab edilən Ay tutulması və “bədrlənmiş Mars” adlandırılan ecazkar təbiət hadisəsini müşahidə etmək mükün olacaq. Turkustan.info bildirir ki, bu barədə A24.Az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Məlumatda bildirilib ki, 15 il ərzində ilk dəfə olaraq Yer kürəsinə maksimal məsafədə (55,7 milyon kilometr) yaxınlaşacaq Mars planetinin […]

TANAP-ın açılış mərasimi keçirilib – VİDEO

Eskişehirin Seyidqazi rayonunda (Türkiyə) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi keçirilib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali […]

İşsizlərin DİQQƏTİNƏ – Milli Məclis o layihəni 2-ci oxunuşda qəbul etdi

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Turkustan.info-nun məlumatına görə, qanun layihəsi 6 fəsil, 37 maddən ibarətdir. Yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib. Qeydiyyata alınma prosedurunun elektron qeydiyyat […]

Aqil Abbasdan etiraz: “Təzə nazir də deyəcək ki…”

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında”qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Aqil Abbas öz etirazını bildirib. Turkustan.info xəbər verir ki, o, orta məktəblərdə dərslərin iyunun 15-də bitməsinin düzgün olmadığını deyib: “Dərslərin iyunun ortasında başa çatması nə deməkdir? Məktəbdə bu uşaqları niyə süründürürlər? Uşaqlara niyə əzab verirlər? Nə […]

Siqaretə tətbiq edilən vergi 3 dəfə artırılıb

Azərbaycanda tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb. Turkustan.info-nun “Report”a istinadən xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq. Qeyd […]

İşdən çıxarılan generalın HƏBS XƏBƏRİ YAYILDI

Bir müddət əvvəl işdən çıxarılan gömrük xidməti generalı, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun istintaqa cəlb olunduğu xəbəri yayılıb. Turkustan.info  daxil olan məlumata görə o, istintaq çərçivəsində saxlanılıb. Onun həbsinin səbəbi hələlik açıqlanmır. Faktı V. Novruzovun qohumlarından və yaxın ətrafından dəqiqləşdirməyə çalışırıq. Qeyd edək ki, növbədənkənar prezident seçkilərindən sonra […]

Bakıda ideal “Zaparojets” satışa çıxarıldı – FOTO

Bakıda 1964-cü ilin ideal “ZAZ” avtomobili satışa çıxarılıb.  Turkustan.infoxəbər verir ki, avtomobil satışı saytlarından birində çıxan maraqlı elan sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.  “1964-cü il istehsalı “Zaparojets” avtomobili ideal vəziyyətddir. Hər bir detal, oturacaqlar zavod istehsalıdır”, – elanda deyilir.  Avtomobil 23 500 manata satılır.  /oxu.az/

İnsan alveri toruna düşənlərə yardım göstəriləcək – FOTO

“XXI Əsrin Qadınları”  İctimai Birliyi  “Insan alverinin qurbanlarına sosial-hüquqi yardımın göstərilməsi və bu sahədə maarifləndirmə işinin təşkili” layihəsini uğurla icra edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Təhsil Nazirliyinin birgə təşkilatçılıgı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəyi ilə  “XXI Əsrin Qadınları”  İctimai Birliyi  “Insan alverinin qurbanlarına sosial-hüquqi yardımın […]

QHT-lərin fəaliyyəti haqqında həftəlik xəbərlər proqramı hazırlanacaq – Şuranın dəstəyi ilə

Bu barədə QHT.az-a “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib. O qeyd edib ki, QHT TV-nin dəstəklənməsinə yönələn bu fəaliyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “QHT sektorunda baş verən mühüm hadisələr və QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımının […]

Bu şəxslər imtahan vermədən istədiyi ali məktəbdə oxuyacaq – QANUN DƏYİŞDİ

“Beynəlxalq olimpiadalarda qalib olanlara dövlət ali məktəblərində istədikləri ixtisasda təhsil almaq imkanı yaradılacaq”. Turkustan.info xəbər verir ki, bu sözləri millət vəkili İsa Həbibbəyli “Təhsil Haqqında” qanun layihəsinə dəyişiklikdən danışarkən deyib. Onun sözlərinə görə, bu dəyişikliyin mahiyyəti həmin gənclərin xaricə axınının qarşısını almaqdır: “Beynəlxalq olimpiadalarda ali məktəbə qəbul olanların əksəriyyəti yerli ali […]

Dollara tələbat artır – SƏBƏB

Azərbaycanda dollara tələbat artıb. Belə ki, ilin əvvəlindən Dövlət Neft Fondu valyuta hərraclarında 2 535.5 milyon dollar məbləğində xarici valyuta satıb. Ötən ilin müvafiq dövründə valyuta hərracında banklara 1 314,5 milyon dollar məbləğində valyuta realizə edilmişdi. Bundan əlavə, banklar da dollarla mübadilə əməliyyatlarını artırıblar. Bu ilin aprel ayında nağd xarici valyuta […]

“Hicabsızam, özüm bilərəm! Rədd olun!” – İranlı qadın polisləri təpiklədi – VİDEO

Rədd olun! Əl çəkin məndən! İstədiyimi geyinirəm, könlüm istədiyi kimi də gönürürəm! Başı açıq qadın “Nə üçün hicablı deyilsiniz?!” sualı ilə ona yaxınlaşan “əxlaq polis”lərinə belə cavab verib. Turkustan.info Daily Mail-ə istinadən bildirir ki, olay İranın paytaxtı Tehran metro stansiyasının “Darvaze Doulat” stansiyasında yaşanıb. İranda “əxlaq polisi” funksiyasını yerinə yetirən […]

Vergilər Məcəlləsinə dəyişiklik edildi: Vergi məbləği artırıldı

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsinin artırılmasını nəzərdə tutan layihə təsdiqlənib.  Vergi Məcəlləsinin 190-cı maddəsinin 3-cü bəndinə edilən dəyişikliyə görə, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə […]

Vergi borcuna görə ev əşyaları satıla bilərmi? – VİDEO

Vergilər Nazirliyi vergi borcu olan vətəndaşların əmlakını hərraca çıxararaq satır. Satışa çıxarılan şəxsi əşyalar arasında xalçalar hətta paltaryuyan maşın da var. Sual yaranır. Vergi borcuna görə nazirlik vətəndaşın əşyalarını satışa çıxara bilərmi? Belə bir hüquq varmı? ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Rəsul Hüseynov – […]

“Son zəng” məktəblərin daxilində olmalıdır – RƏSMİ AÇIQLAMA

“İyunun 14-də bütün məktəblərdə “Son zəng” tədbiri keçiriləcək. Bu da yalnız məktəb daxilində olmalıdır və iki saat davam etməlidir”. Turkustan.info  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, bu tədbirlərin keçirilməsində yalnız məktəb rəhbərliyi deyil, İdarə olaraq müvafiq orqanlara müraciət […]

“Müharibə olsa, 50 milyon insanı itirə bilərik” – Tramp söz verdi

ABŞ-ın Şimali Koreyaya verdiyi təhlükəsizlik zəmanətinə Cənubi Koreyadakı amerikalı hərbçilərin sayının azaldılması daxil deyil.  Turkustan.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Sinqapur sammitinin yeknuna dair keçirdiyi mətbuat konfransında bəyan edib. O, bildirib ki, Koreya yarımadasındakı hərbçiləri geri çağırmayacaqlar. Lakin əgər Pxenyanla danışıqlar düzgün istiqamət üzrə getsə, ABŞ-ın Cənubi Koreya […]

Bakıda daha bir Azercell Eksklüziv – Foto

Abunəçilərinin rahatlığı və xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azercell Telekom paytaxt və regionlarda eksklüziv mağazalarının fəaliyyətini genişləndirir. Turkustan.info xəbər verir ki, bu dəfə şirkət Bakı şəhəri Tbilisi prospekti, 44C ünvanında, “20 Yanvar” metro stansiyasının yaxınlığında açılan yeni konsepsiyalı ofisini abunəçilərin ixtiyarına verib. Xatırladaq ki, ən müasir avadanlıqla təchiz olunan […]

Qızlar arasında maarifləndirici tədbirlər keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!” qızlar arasında maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində Saatlı, Lənkəran, Biləsuvar və Bakı şəhəri Suraxanı rayonunda seminarlar keçirilib. “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin sədri və […]

Deputat: Övladına tərbiyə verə bilməyənin uşaq bağçasında nə işi var?

Millət vəkili Fazil Mustafa yenidən uşağ bağçalarındakı vəziyyəti parlamentin gündəminə gətirib. Turkustan.info-nun xəbərinə görə, millət vəkili bildirib ki, uşaqc bağçalarında kadr məsələsi, onların hazırlıq səviyyəsi ciddi nəzarətdə saxlanılmalıdır: “Dünəndən bu yana özəl uşaq bağçalarından birində baş vermiş biabırçılıq müzakirə olunmaqda, narahatlıq bildirilməkdədir. Amma hələ də rəsmi reaksiya yoxdur. Bəlkə bu […]

Parlament “Təhsil haqqında” qanuna dəyişikliyi TƏSDİQLƏDİ

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Turkustan.info-nun məlumatına görə, layihə ilə bağlı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Dəyişikliklərdən biri Azərbaycanda ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunmasını nəzərdə […]

Azərbaycan Ordusunda bunlar etmək olmaz – YENİ QADAĞALAR

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun layihəsində dəyişiklik edilib. Turkustan.info xəbərinə görə, qanun layihəsi barədə birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib. Onun sözlərinə görə, qanuna edilən dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağan edilir. Bununla yanaşı “Siyasi partiyalar haqqında” qanunda da dəyişiklik olunub. Z.Əsgərov […]

Mobil telefonlara görə YENİ RÜSUMLAR ÖDƏNİLƏCƏK – Qanun dəyişdi

Dövlət rüsumu haqqında qanun layihəsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, ölkəyə daxil olan mobil cihazlar dövlət qeydiyyatına alınarkən onlara rüsum tələb ediləcək. Qanun layihəsi barədə millət vəkili Ziyad Səmədzadə məlumat verib. Deputat qanuna edilən dəyişikliyin əhəmiyyətindən danışıb: “Müşahidələr göstərir ki, mobil cihaz vasitələri şəxsi istifadə adı ilə ölkəyə gətirilir, sonra ayrı-ayrı […]

ADAU-da akademik Cəlal Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar 22 may 2018-ci il tarixli Sərəncam imzalamışdır. Akademik Cəlal Əliyev biologiya elminin bir sıra yeni istiqamətlərini müəyyən etmiş […]

“Cərimələr artırılsın!” – Vitse-spiker nazirə müraciət etdi

“Ekoloji qanunvericiliyi pozanlara görə müəyyən edilən cərimələrin miqdarı artırılmalıdır. Bununla bağlı ekologiya və təbii sərvətlər nazirinə də müraciət etmişəm”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında vitse-spiker Valeh Ələsgərov deyib. V.Ələsgərov bu günlərdə Ceyranbatan su anbarına axıdılan tullantılara görə verilən cəzanın yetərli olmadığını diqqətə çatdırıb. […]

Ermənilər Qarabağda yeni səngərlər qazmağa başladı – FOTOLAR

Ermənilər işğalda saxladıqları Qarabağ torpaqlarında mövqelərini möhkəmləndirməyə davam edir. Turkustan.info xəbər verir ki, sosial şəbəkələrdə yerləşdirilən yeni fotolarda düşmənin təmas xəttinin Ağdam-Tərtər istiqamətində yeni mühəndis-istehkam işləri gördüyü, ərazidə yeni rabitə vasitələri və Günəşdən eletkrik enerjisi alacaq batareyaların yerləşdirildiyi aydın sezilir.   /Modern.az/

Ordumuz raket atışlarına başladı – VİDEO + FOTOLAR

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq raket bölmələri müasir tank əleyhinə idarə olunan raketlərin tətbiqi ilə praktiki atışlar keçirib. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə gündüz və gecə vaxtlarında icra olunub. Müasir və perspektivdə istehsal olunan tanklar, piyadaların döyüş maşınları (PDM) və digər zirehli texnika, eləcə də […]

Deputat İcra Hakimiyyətini ittiham etdi

“Son vaxtlar ekologiya ilə bağlı ciddi problemlər müşahidə edilir”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Bakıda ağacların qırılması və yerində göydələnlərin tikilməsi ekoloji durumu pozur. “Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac qıranlara qarşı cərimələr tətbiq edir. Amma buna rəğmən ağacların qırılması […]

225 azərbaycanlı xaricdə təhsil almaq hüququ QAZANDI

2017-2018-ci tədris ilində 225 Azərbaycan vətəndaşı hökümətlərarası müqavilələr çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb. Turkustan.info-nun məlumatına görə, Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatında bildirilir ki, 2017-2018-ci tədris ilində hökumətlərarası müqavilələr çərçivəsində 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər isə Rumıniyada dövlət xətti ilə təhsil almaq hüququ qazanıb. […]

Bu qanuna dəyişiklik EDİLDİ

Azərbaycanın “İnformasiya əldə etmək haqqında” qanununa dəyişiklik olunur. Turkustan.info-nun xəbərinə görə, qanunun 30-cu (İnformasiyanın açıqlanması üsulları) maddəsinə edilən əlavəyə əsasən, büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin büdcədənkənar dövlət fondlarının səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqında məlumatların, […]

İş birliyinə SON: Kürdlərə silah verilməyəcək

Kanada 3 ildən çoxdur İraqda Peşmərgələrlə birlikdə davam etdirdiyi hərbi birliyə rəsmi şəkildə son qoyduğunu açıqlayıb. Turkustan.info türk mediasına istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş Qərargah rəisi Conatan Vance mediaya verdiyi açıqlamasında bildirib. General Vance 3 ildən çoxdur Peşmərgələrlə işləyən kanadalı xüsusi qüvvələrin davam etdirdiyi ortaqlığın Mosulun İŞİD terrorçularından […]

Bakıda həbs edilən biznesmenin sürücüsü: “Mənə 1 milyon pul verdi”

Azərbaycanda biznes qurmaq istəyən Almaniya vətəndaşına qarşı 6 milyon avroluq dələduzluqda təqsirləndirilən Ələddin Yusifov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Turkustan.info-nun məlumatına  görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. İlk olaraq Ə.Yusifovun şirkətində mühasib işləmiş Nadejda Baxışova ifadə verib: “ Ələddin Yusifovu 2015-ci ildən tanıyıram. İşə […]

Muxtar Babayev yeni aparat rəhbəri təyin etdi

Ekologiya və Təbii Sərvətlər nazirliyinə yeni aparat rəhbəri təyin olunub. Turkustan.info xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, nazir Muxtar Babayevin əmri ilə Kərimov Vüqar Nəzir oğlu qurumun aparat rəhbəri təyin olunub. Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təsdiqləyiblər. Qeyd edək ki, Vüqar Nəzir oğlu Kərimov bundan əvvəl Azərikimya […]

Elşad İskəndərov: “Fazil Mustafa kimdir ki, ondan çəkinim” – Səfirdən deputata SƏRT CAVAB

Milli Məclisin deputatı Fazil Mustafa ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq sədri, İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov arasında qalmaqal yaranıb. Turkustan.info-nunModern.az-a istinadən məlumatına görə, qalmaqala səbəb Fazil Mustafanın Facebook-da Elşad İskəndərov haqqında status yazması, onu din mövzusunda diletant adlandırması, qonşu ölkənin dini ideologiyasını Azərbaycanda […]

Dörd nəfərin yaşadığı ucqar rus kəndi: biri azərbaycanlıdır – FOTOLAR

Rusiyanın Voronej şəhərindən olan jurnalistlər eyni adlı vilayətin tamamilə boşalmış kəndinə gedib çıxıblar. Liskinsk rayonunun Novaya Qran adlı bu kəndində cəmi 4 nəfər yaşayır. Amma onların heç biri bu kəndin yerli sakinləri deyil. Araşdırmalar nəticəsində məlum olub ki, çoxdan boşaldılmış, yerli sakinlərin də çoxdan tərk etdiyi bu kənddə yaşayan 4 […]

‘Hüseyn Əzizoğlu düz deyir, o kişi deyil’ – Canlı yayımda sərt açıqlama (VİDEO)

“Kişilik efirə xas olmayan bir şeydir” Turkustan.info xəbər verir ki, bunu “Hər şey daxil”də prodüser Tolik deyib. O, aparıcısı olduğu verilişdə efirdə “kişilik”dən danışanlara söz atıb. Tolik bu məqamda “Maşın” şouda bloqer Hüseyn Əzizoğlunun işlətdiyi “Mən kişi deyiləm” ifadəsini də xatırladıb: “O düz deyir, kişi deyil. Hələ balacadır. Hələ o böyüməlidir”. […]

Rusiyanın “S-500” silahları ABŞ-ı QORXUYA SALDI

“S-500” yeni Rusiya zenit-raket sistemi dünyada analoqlara malik deyil. Bu barədə ABŞ-ın “The National Interest” nəşrində amerikalı ekspertlər yazıblar. “S-500” sisteminin bütün imkanları Qərbə nümayiş etdirilməsə də, onun imkanlarından şübhələnmək üçün əsaslar yoxdur”, – məqalənin müəllifləri vurğulayıblar. Nəşr yazır ki, “S-500” görünməmiş hündürlükdə və böyük məsafələrdə ballistik raketləri və peykləri […]

Fərda Xudaverdiyev “Maşın”ın əsas qəhrəmanlarını satirik mahnı ilə BİABIR ETDİ – VİDEO

Xəbər verdiyimiz kimi bloger Hüseyn Əzizoğlunun “Maşın” şouda oyunu sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid edilib. Turkustan.info xəbər verir ki, bazar günündə baş tutan oyunda H.Əzizoğlu hədəfinin aktrisa Pərvin Abıyeva olduğu desə də, sonda mama dediyi müğənni Roza Zərgərliyinin əli ilə oyundan papa dediyi Abbas Bağırovu çıxartmışdı. Bir çox sənət adamlarının […]

SON 2 GÜN: Avropadan Putini üzəcək QƏRAR

Avropa Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykota hazırlaşır. Avropa Parlamentinin deputatları bununla bağlı müvafiq qətnamə qəbul edəcək. Turkustan.info xəbər verir ki, bu barədə jurnalist Rikard Yozvak sosial şəbəkə hesabında yazıb. O  bildirib ki, Avropa Parlamenti çempionatın diplomatik boykotuna çağıracaq. Sənədin 14 iyunda qəbulu gözlənilir. Yarışın diplomatik boykotu təklifi Böyük Britaniyadan […]

İlham Əliyev Moskvaya gedir

Prezident İlham Əliyev 14-15 iyunda Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak edəcək. Turkustan.info xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb. “Bəli, İlham Əliyev açılış mərasimə gələcək”,- deyə mənbə bildirib.  Məlumata görə, Azərbaycan lideri açılış mərasimilə yanaşı ilk yarışı da izləyəcək. Xatırladaq ki, açılış mərasimi 14 iyunda Moskvanın “Lujniki” […]

Belarusdan Azərbaycana gətirilən “Polonez”lər silahlanmaya daxil edildi

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lər ordumuzun silahlanmasına daxil edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edən Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş texnikası parkında hərbi texnikaya […]

Milli Məclis bu gün növbədənkənar iclasa 23 məsələ çıxarır – SİYAHI

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Turkustan.info xəbər verir ki, iclasın  gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Qanunu. (İkinci səsvermə)   2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)  3. “Ətraf mühitin mühafizəsi […]

NATO ən böyük “savaş oyunu”na başlayır

NATO son illərin ən böyük hərbi təlimi üçün hazırlıqlara başlayıb. Turkustan.info xəbər verir ki, bu sözləri ABŞ hərbi donanmasının vitse-prezidenti Ceyms Foqqo bildirib. “Bu təlimin məqsədi hər an hər tərəfdən gələn təhdidlərə qarşı hazır olduğumuzu göstərməkdir. NATO bir müdafiə alyansıdır. Dava axtarışı içərisində deyilik, ancaq müdafiə məsələsində son dərəcə qərarlıyıq. […]

Paşinyan qalib gəldi: Saakyan da getməyə hazırlaşır

Qarabağ separatçılarının rəhbəri Bako Saakyan 2020-ci ilin prezident seçkisində iştirak etməyəcək. Turkustan.info xəbər verir ki, bunu Ermənistan televiziyalarına müsahibəsində Saakyanın özü deyib. Qeyd edək ki, bundan öncə Saakyan qondarma rejimdə güc strukturlarının rəhbərlərini istefaya göndərib. İrəvandakı yeni hökumətin təzyiqlərindən sonra bu addımı atan Saakyanın separatçı rejim daxilindəki mövqeləri zəifləməyə başlayıb.  /Axar.az/

Bu gün daha bir tarix yazılır

Bu gün Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək. Bu kəmər vasitəsilə Azərbaycan təbii qazı Türkiyəyə, oradan da Avropaya nəql olunacaq. Turkustan.info xəbər verir ki, bu münasibətlə Türkiyənin Əskişəhər bölgəsində təntənəli mərasim təşkil ediləcək. Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan qlobal layihələrdən – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri […]

Sumqayıtın Tarixi Muzeyində Milli Qurtuluş gününə həsr olunan “Muzeyin dostları” adlı tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü, Sumqayıtın Tarixi Muzeyi, Hədəf Təhsil Tədris Mərkəzi Sumqayıt filialı və Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə  “Muzeyin dostları” adlı tədbir keçirilib. Sumqayıtın Tarixi Muzeyində keçirilən və Milli Qurtuluş gününə həsr olunan tədbirə muzeyin dostları olan ilk quruculardan– Tərlan və Tamara Rufullayevlər, Qızıl Aypara […]

“Maşın”da Rozanın şok planı baş tutdu – Finala onlar qaldı – VİDEO

“Maşın” realiti-şounu bu gün iki iştirakçı: aparıcı Aytən Səfərova və aktrisa Pərvin Abıyeva tərk edib. “Maşın” realiti-şounun bu günki buraxılışında qutuya ən çox şəkli atılan şəxs reper Uran olub. Uran hədəfinin aktrisa Pərvin Abıyeva olduğunu elan edib. 5 gündür ki, ard-arda “Maşın” şounun digər iştirakçıları ilə mübarizədə qalib gələn və […]

Azərbaycanlı ilə erməni “Sarı gəlin”i ifa etdi – VİDEO

Azərbaycanlı, gürcü və erməni ifaçılar “Sarı gəlin” xalq mahnımızı ifa ediblər. Turkustan.info xəbər verir ki, “Sarı gəlin” üç xalqın nümayəndələri tərəfindən Tiflisdə keçirilən “Kavkaz Cazz Fest” festivalında ifa olunub. İfanı aşıq Nargilə Mehdiyeva, müğənni Anna Bədəlyan və İriao etno-caz qrupu səsləndirib. Onları balabanda əslən erməni olan İvane Mkrtıçyan müşayiət edib. Qeyd […]