Avropa qitəsində yeni dövlət meydana gəldi

Yunanıstan öz şərtini qonşu dövlətə qəbul etdirdi

Makedoniya dövləti artıq Şimali Makedoniya Respublikası adlanacaq. Turkustan.info-nun məlumatına görə, bu barədə ölkənin baş naziri Zoran Zaev bəyan edib.

Baş nazir bu barədə Yunanıstanın baş naziri Aleksis Siprasla danışıqdan sonra bəyanat verib.

Xatırladaq ki, ölkənin Makedoniya adlanmasına qarşı Yunanıstan çıxırdı. Makedoniya adlı əyalət Yunanıstanda da var. Yunanıstan bu məsələyə görə Makedoniyanın NATO və Avropa İttifaqına gedən yolunu bağlamışdı.   /sputnik.az/