Azərbaycanlı ilə erməni “Sarı gəlin”i ifa etdi – VİDEO

Azərbaycanlı, gürcü və erməni ifaçılar “Sarı gəlin” xalq mahnımızı ifa ediblər.

Turkustan.info xəbər verir ki, “Sarı gəlin” üç xalqın nümayəndələri tərəfindən Tiflisdə keçirilən “Kavkaz Cazz Fest” festivalında ifa olunub. İfanı aşıq Nargilə Mehdiyeva, müğənni Anna Bədəlyan və İriao etno-caz qrupu səsləndirib. Onları balabanda əslən erməni olan İvane Mkrtıçyan müşayiət edib.

Qeyd edək ki, “Sarı gəlin” Azərbaycan xalq mahnısıdır. Bu mahnı Ermənistan və Türkiyədə də çox populyardır.

/Kult.az/