Paşinyan qalib gəldi: Saakyan da getməyə hazırlaşır

Qarabağ separatçılarının rəhbəri Bako Saakyan 2020-ci ilin prezident seçkisində iştirak etməyəcək.

Turkustan.info xəbər verir ki, bunu Ermənistan televiziyalarına müsahibəsində Saakyanın özü deyib.

Qeyd edək ki, bundan öncə Saakyan qondarma rejimdə güc strukturlarının rəhbərlərini istefaya göndərib. İrəvandakı yeni hökumətin təzyiqlərindən sonra bu addımı atan Saakyanın separatçı rejim daxilindəki mövqeləri zəifləməyə başlayıb.  /Axar.az/