Qənirə Paşayeva “Uşaqların zərərli informasiyadan qorunması haqqında “qanun layihəsi ilə bağlı çıxış edib

Millət vəkili Q.Paşayeva “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bu qanunun həddindən artıq vacib olması və qısa zamanda qəbul olunaraq icrasına başlanılmasını xüsusi vurğulayaraq, qanunu dəstəkləyəcəyini deyib və qanun layihəsinə təkliflərlə çıxış edib və sənədin 2-ci oxunuşda müzakirəyə çıxarılmasına qədər bu vacib təkliflərin nəzərə alınmasına çağırıb.

Uşaqların zərərli informasiyalara əsasən internet resurslarında məruz qaldığını bildirən millət vəkili Qənirə Paşayeva onların bu resurslarda zərərli informasiyadan qorunması üçün ciddi addımların atılmasının və bunun qanunda öz əksini tapmasının vacibliyini xüsusi vurğulayıb. Bir çox valideynlərin və müəllimlərin çağırışlarını və təkliflərini səsləndirən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün məktəblərimizin ətrafı demək olar ki internet-kafelərlə sarılıdır və həmin məkanlarda uşaqların zərərlin məlumatlardan qorunması üçün heç bir şərait yoxdur: ” Məktəblərin ətrafı internet -kafelərlə sarılıdır, valideyn uşağını məktəbə yola salır, amma onun dərs arası fasilədə nə ilə məşğul olduğuna təbii ki nəzarət edə bilmir və ya dərs bitən kimi bir neçə dəqiqə gec gəlməsinə ciddi nəzarət edə bilmir. Məktəbin düz yanında internet kafelər olduğu üçün uşaqlar bəzən bir dəqiqə ərzində ora gedə bilir və onun baxması üçün yasaq olan hər şeyə baxa bilir. İnternet-kafelərimizdə filtrasiya sistemi, kamera nəzarət sistemi demək olar ki pis vəziyyətdir. Ona görə də uşaqların bu cür yerlərdə onun üçün zərərli məlumatlardan , görüntülərdən, film və verilişlərdən qorunması üçün ciddi mexanizmlər də bu qanunun 2-ci oxunuşda müzakirəyə çıxarılan zaman nəzərə alınmalıdır.

Millət vəkili Qənirə Paşayeva qanunda televiziya, radio kanallarının üzərinə düşən məsuliyyətlə bağlı maddələri tam dəstəklədiyini deyərək bildirib ki, çox təəssüf ki, uşaqlar bəzi hallarda televiziyalardan da zərərli informasiyalara məruz qalırlar və onların qorunmasın üçün qanunda nəzərdə tutulan maddələrin həyata keçməsinə ciddi nəzarət mexanizmləri olmalıdır: “Çox təəssüf ki bəzi əyləncə verilişlərində uşaqlarımız söyüş, jarqonlar, onlar üçün zərərli olan bir sıra xoşagəlməz halları görür və eşidirlər. Bunlara da son qoyulmalıdır.” Millət vəkili Qənirə Paşayeva uşaqlarla bağlı , onların dünyagörüşünün zənginləşməsinə, tərbiyəsinə, maariflənməsinə, səviyyəli şəkildə əylənməsinə xidmət edən verilişlərin artmasını xüsusi vurğulayaraq qanunda 2-ci oxunuşda maarifləndirmə məsələsinə geniş yer ayrılmasını təklif edib və buna çağırıb. O bildirib ki, uşaqları zərərli informasiyalardan qorunması yolları ilə bağlı təhsil müəssilərimizdə uşaqların geniş maarifləndirməsinə böyük ehtiyac olduğu qədər, televiziyalarımızda, radio kanallarımızda, bir sözlə, mətbuat və media qurumlarında bununla bağlı, ailələrimizin, uşaqlarımızın, cəmiyyətimizin daha da geniş maariflənməsinə yer ayrılmalıdır və bu məsələnin qanunda öz əksini tapması vacibdir. Çünki bu məsələdə ailələrimizin və uşaqlarımızın, cəmiyyətimizin maariflənməsi çox vacib məsələdir və qanunda bunun da geniş yer tutması və bu istiqamətdə müvafiq qurumların üzərinə düşən məsuliyyətin öz əksini geniş tapması vacibdir.