SON 2 GÜN: Avropadan Putini üzəcək QƏRAR

Avropa Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykota hazırlaşır. Avropa Parlamentinin deputatları bununla bağlı müvafiq qətnamə qəbul edəcək. Turkustan.info xəbər verir ki, bu barədə jurnalist Rikard Yozvak sosial şəbəkə hesabında yazıb.

O  bildirib ki, Avropa Parlamenti çempionatın diplomatik boykotuna çağıracaq. Sənədin 14 iyunda qəbulu gözlənilir.

Yarışın diplomatik boykotu təklifi Böyük Britaniyadan gəlib. London bu təkliflə keçmiş rusiyalı casus Sergey Skripal və qızının zəhərlənməsindən sonra çıxış edib. Daha sonra təklifə İslandiya, Polşa və Avstraliya qoşulub.

Xatırladaq ki, futbol üzrə dünya çemponatı 14-15 iyunda keçiriləcək.   /Cebhe.info/