Ermənistan prezidenti Kəlbəcərdə turistlərlə şəkil çəkdirdi… – FOTOLAR

İyunun 13-də Azərbaycanın dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza ayaq  basmış Ermənistan prezidenti Armen Sarkisyan Kəlbəcərdə də olub. 
Turkustan.info “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıblar. İşğalçı ölkənin başçısı separatçı rejimin keşişi Parqev Martirosyanın müşayiəti ilə 26 ildən  çoxdur ki, işğal altında qalan Kəlbəcər rayonundakı məşhur Xudavəng alban məbəd – kompleksini ziyarət edib. 
Turistlərlə ünsiyyətdə olan A.Sarkisyan erməni kilsəsinə çevrilmiş məbəddə şam da yandırıb…  /Moderator.az/