Manat üçün kritik gün: Qərar veriləcək

Milli valyutalar üçün kritik gün gəlib çatıb. Belə ki, bu gün Bakı vaxtı ilə saat 22:00-da Amerika Mərkəzi Bankının (Federal Ehtiyatlar Sistemi) faiz qərarı verəcək. Turkustan.info xəbər verir ki, bundan yarım saat sonra isə mətbuat konfransı vasitəsilə yeni fazi dərəcələri dünyaya çatdırılacaq.

Ekspertlər bunun valyuta birjalarında təlatümə səbəb olacağını istisna etmir.

2018-ci ilin yanvar-fevral ayından maliyyə bazarlarında FES-in iyun ayında 2 %-ə kimi faiz artımına gedə biləcəyi proqnozları verilirdi. Bu isə dolların aparıcı valyutalara nisbətən bu günə kimi ümumilikdə  8%-ə qədər bahalaşmasına şərait yaradıb. FES-in ilin sonuna kimi əlavə faiz artımına gedə biləcəyi proqnozları yüksəkdir. 

/Cebhe.info/