Paşinyan Putini qarşılıqlı hörmətə çağırdı

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Turkustan.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Görüşün əvvəlində Putin Rusiya ilə Ermənistan arasında keçirilən görüşlərə hər zaman tələbin olduğunu qeyd edib.

“Beynəlxalq idman tədbiri çərçivəsində (futbol üzrə dünya çempionatı) ikitərəfli münasibətlər haqqında danışmaq fürsəti düşüb…

Rusiya Ermənistanla ticarət dövriyyəsində qətiyyətli şəkildə birinci yeri tutmağa davam edir. Ticarət-iqtisadiyyat sferasında bir nömrəli tərəfdaşıq. Ötən il ticarət dövriyyəsi 30%-dən çox artıb, elə bu ildə inamlı artım müşahidə olunur”, – deyə Putin bildirib.

Onun sözlərinə görə Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması öz müsbət təsirini göstərib.

Öz növbəsində Paşinyan Moskva və Yerevan arasındakı münasibətlərin iki ölkənin maraqları və suverenliyinə hörmət əsasında inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.   /oxu.az/