Sürücülər üçün YENİLİK: İşiniz asanlaşdı

“MilliÖN” terminallarında yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi mümkün olacaq.

Turkustan.info bildirir ki, bu barədə həmin terminalların quraşdırılması və servisi ilə məşğul olan “Komtec” şirkətindən bildiriblər.

Qeyd olunub ki, inteqrasiya üzrə işlər “AsanPay” sistemi üzərindən aparılır:

“MilliÖN” terminallarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi yaxın günlərdə mümkün olacaq”.

Gələcəkdə ödəmə terminalları vasitəsilə vergi və gömrük rüsumlarının ödənilməsi də nəzərdə tutulur.    /A24.az/