Gün: İyun 14, 2018

Ölkəyə saxta dərman gətirmək mümkün olmayacaq – VİDEO

İcbari Tibbi Sığorta bütün ölkə üzrə tətbiq ediləcək. Lakin onun mərhələli şəkildə, yaxud birdəfəlik tətbiq olunması hələlik dəqiqləşməyib. Xəzər xəbər-in məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib. O, ölkəyə saxta dərman vasitələrinin gətirilməsinin qarşısını almaq üçün qurulan sistemdən də danışıb. O bildirib ki, ölkəyə saxta dərman vasitələrinin gətirilməsinin […]

MEK Azərbaycan milli irsinin öyrənilməsinə dair UNESCO işçi qrupuna üzv olub

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyi ilə mənəvi ənənələrin və dinlərarası dialoqun komparativ araşdırılmasına dair UNESCO işçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə UNESCO işçi qrupunun müxtəlif ölkələrdən olan üzvləri – AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO-nun dosenti Rizvan Hüseynov, UNESCO-nun Rusiyanın […]

Şəhid Ülfət Kərimova həsr olunan film nümayiş olundu – – “EL qəhramanı” – FOTOLAR

Yüzlərlə erməni əsgər-zabit heyyətini məhv edib əsir alan, “Azərbaycan Bayrağı” ordenli kəlbəcərli şəhid Ülfət Kərimova həsr olunan “EL qəhramanı” sənədli filmin Nizami kinoteatrında nümayişi olub. Turkustan.info bildirir ki, aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Ülfət Kərimovun qənimət olaraq ələ keçirdiyi zirehli texnikalar, silah-sursatlar, əlbəyaxa döyüşlə təslim edib əsir aldığı […]

İcra başçısı həbs olundu – FOTO

Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov həbs olunub. Turkustan.info-nun məlumatına görə, bu barədə Rustavi məhkəməsi qərar qəbul edib. T. Abazovun vəkili onun 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, hakim vəsatəti təmin etməyib.   İş üzrə ilkin məhkəmə dinləməsi avqustun 6-na təyin olunub.   /Unikal.org/  

Türkiyənin hakim partiyasının üzvlərinə silahlı hücum: 3 ölü, 8 yaralı – FOTOLAR

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Şanlıurfadan olan millət vəkili Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıblar. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər ölüb 8-i yaralanıb. Hadisə yerində xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb […]

Paşinyan devrilir: İyulun 15-dən sonra… – Moskvada qiyam hazırlığı

Rusiyanın Ermənistandakı ən etibarlı adamı olan keçmiş Prezident Serj Sərkisyanın devrilməsinə sakit yanaşmasının sirri açılır. Kremlinin ənənəvi ritorikasına yaraşmayan təmkinində Rusiyada futbol üzrə dünya çempionatının böyük rolu vardı. Belə desək, Rusiyanın başının yarış hazırlığına qatılmasından istifadə edən Paşinyan özünü yuxarı başa çəkə bildi. Ermənistan KİV Rusiyada keçiriləcək dünya çempionatından sonra […]

Permdə mason sammiti, Azərbaycan masonları da ora yığışdı – FOTO

Rusiyanın Perm şəhərində dünya masonlarının sammiti keçirilib. Turkustan.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Böyük Lojasının Böyük ustadı, siyasi texnoloq Andrey Boqdanov özünün Facebook səhifəsində bildirir. Mason qurultayı “Qızıl açar” mason lojasının 235 illiyinə və Uralda masonluğa həsr edilib. Qurultay iyunun 8-dən 10-na kimi keçirilib. Permə Azərbaycan, […]

Türkiyədə hərbi hissəyə hücum – 1 şəhid, 4 yaralı

Terrorçular Türkiyə Hakkari rayonunun Çukurca qəsəbəsindəki hərbi hissəyə hücum ediblər. Turkustan.info “Dünya bülleteni”nə istinadən xəbər verir ki, hücum nəticəsində 1 əsgər şəhid olub, 4-ü isə yaralanıb. Hazırda bölgədə terrorçulara qarşı geniş əməliyyata start verilib. Qeyd edək ki, son günlər Türkiyədə terrorçuların hərbi hissələrə hücumları intensivləşib.  /Qafqazinfo/

Sürücülük vəsiqəsi ASAN Xidmətdə verilə bilərmi?

Sürücülük vəsiqəsinin ASAN Xidmət mərkəzlərində verilməsi texniki cəhətdən mümkün deyil. Turkustan.info-nun xəbərinə görə, bunu ASAN Xidmətin sədri Ülvi Mehdiyev deyib. O qeyd edib ki, sürücülük vəsiqəsini almaq üçün vətəndaşlar imtahan verməli, sürücülər müxtəlif şərtləri yerinə yetirməlidirlər: “Bu isə texniki cəhətdən mümkün deyil”.  /APA/

Həvəskər çəkilişdə kabus üzə çıxdı – VİDEO

İngiltərədə bir valideynin çəkdiyi velosiped sürən oğlunun görüntüsü sosial şəbəkələrdə sürətlə populyarlarşır. Videonun müəllifi olan ananın sözlərinə görə, kadrlara yaşlı bir qadının ruhu düşüb. Turkustan.info xəbər verir ki, bu haqda “Metro” nəşri məlumat yayıb. Həvəskar çəkiliş Peyton bölgəsində 19-cu əsrə aid “Oldway Mansion” qəsrinin qarşısında aparılıb. Luiza Lenton çəkdiyi videonun təkrarına baxanda […]

Dünya çempionatının açılış matçında beş qol

Moskvanın “Lujniki” arenasında dünya çempionatının ilk matçı keçirilib. Turkustan.info xəbər verir ki, açılış mərasimindən dərhal sonra ev sahibləri Səudiyyə Ərəbistanı millisini qəbul edib. Matç 5:0 Rusiya millisinin qələbəsi ilə başa çatıb. Dünya çempionatının ilk qolu 13-də dəqiqədə vurulub. Cərimə meydançasına göndərilən asmanı Yuri Qazinzki başı ilə qapıdan keçirib.  42-ci dəqiqədə Rusiyanın əks-hücumunu Denis Çerişov […]

Azərbaycanlı qızların təhqir edildiyi reklam çarxı — QALMAQAL

“Face Studio” gözəllik salonları şəbəkəsinin növbəti reklam çarxı sosial şəbəkələrdə səs-küyə səbəb olub. Turkustan.info xəbər verir ki, reklam çarxında azərbaycanlı qızlar təhqir edilib. Qeyd edək ki, şirkətin bundan əvvəl çəkdirdiyi reklam çarxları da qalmaqala səbəb olmuşdu. Çünki hər reklam çarxında “epilasiya edin, ərə gedin” şüarı və ssenari sosial şəbəkə istifadəçilərinin […]

Türkiyədə daha bir azərbaycanlı qadın əri tərəfindən öldürüldü – FOTO

İğdırın Karakoyunlu kəndində yaşayan 35 yaşlı Taner Parlar dini nikahlı azərbaycanlı həyat yoldaşı Heyran Hüseynovanı tapancayla öldürüb. Parlar etdiyi cinayət əməlindən sonra telefonda qohumuyla danışarkən intihar edib. Turkustan.info türk mediasına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Kənd Təsərrüfatı ilə məşğul olan Taner Parlarla iki uşaq anası, […]

Nazəninin həyat yoldaşı Təranə Qumralla intim münasibətini etiraf etdi – ŞOK

Müğənni Nazəninlə qalmaqal yaşayan Təranə Qumralın məhkəmə prosesi keçirilib. Turkustan.info xəbər verir ki, Yenicag.az-a bu barədə  hüquq şirkətinin baş direktoru Heyrat Qarayev açıqlama verib: “Məhkəmədə zərərçəkmişlər Nazənin Salayeva, onun həyat yoldaşı Məhəbbət Həsənov və prodüseri Pərviz Abbasov iştirak edib. Hər üç zərərçəkmiş məhkəmədə çıxış edərək, təqsirləndirilən şəxsə ağır cəza verilməsini […]

“Azərbaycan müharibəyə hazırlaşır…” – Rusiyalı hərbi ekspertdən İDDİA

“İstənilən yeni tip silahın alınması Cənubi Qafqazda hərbi balansı pozur”. Bunu erməni KİV-lərinə açıqlamasında rusiyalı hərbi ekspert, siyasi və hərbi analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin Azərbaycanın Belarusdan “Polonez” raket kompleksləri, İsraildən isə LORA yüksək dəqiqlikli operativ-taktiki raketlərini almasını şərh edərkən deyib. Ekspert qeyd edir ki, Azərbaycanın “Polonez” komplekslərini əldə […]

Həmsədrlər Qarabağla bağlı bəyanat verdilər

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birlikdə Ermənistanın rəsmi şəxsləri ilə görüşüblər. Turkustan.info xəbər verir ki, həmsədrlər regiona səfərlərinin yekunu olaraq bəyanat veriblər. “Həmsədrlər bird aha Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri əsasında sülh yolu ilə həllində, güc tətbiq […]

Rövşən Rzayev köçkünlərlə bağlı yeni tapşırıqlar verdi

İyunun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib. Turkustan.info-nun məlumatına görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev iclası açaraq aprelin 11-də keçirilmiş prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu, İlham Əliyevin yenidən bu ali vəzifəyə seçilməsinin xalq-iqtidar birliyinin möhkəmliyini bir daha nümayiş etdirdiyini vurğulayıb. Dövlət […]

Türkiyə ordusu itki verdi: 1 ölü, 4 yaralı

Türkiyənin Hakkari rayonunda PKK terroristlərinin hücumu nəticəsində bir türk əsgəri həyatını itirib. Turkustan.info “Habertürk” nəşrinə istinadən xəbər verir ki, hücumda daha üç əsgərin yaralandığı da bildirilib. Hakkari valiliydən Zengil Təpə bölgəsinə PKK terrorçularının idarə olunan raket vasitəsi ilə hücum edildiyi bildirilib. Hazırda bölgədə terrorçulara qarşı hava hücumu həyata keçirilir.  /Modern.az/  

ADAU-nun Yerquruluşu kafedrasında müasir proqramların təlimi davam edir

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemləri (EKTİS) üzrə aparılan işlərin bir istiqaməti olaraq ADAU-nun Yerquruluşu kafedrasında Coğrafi İnformasiya Sistemləri (CİS) əsasında müasir proqramların təlimi davam etdirilir. Təlim müddətində CİS-in istehsalatda tətbiq edilən 4 istiqamətinin-kənd təsərrüfatında ərazilərin parsellərinin çəkilməsinin, fermerlərin fəaliyyət istiqamətləri və mülkiyyətlərində olan torpaq sahələrinin qeydiyyatı və uçotunun, peyk şəkillərindən […]

Bilik Fondu bölgələrdəki abituriyentlərə universitetləri yaxından tanıtdırdı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Universitetlərimizi yaxından tanıyaq” layihəsinə başlanılıb. Layihə çərçivəsində ilk görüş 12-13 iyun tarixlərində Şamaxı, Ağsu, İsmayıllı, Oğuz və Qax rayonlarında gerçəkləşib. Fondun Nizamnaməsində göstərildiyi kimi, əhalinin elmi-texniki biliklərinin artırılması ilə bağlı fəaliyyət istiqamətinə istinadən həyata keçirilən layihənin […]

Hüseyn Əzizoğlu yenidən insanların qəzəbinə tuş gələ bilər – VİDEO

Bu gün “Maşın” şounun yekunlaşacağı barədə məlumatlar yayılıb. Hətta vayner Hüseyn Əzizoğlunun oyunda qalib gəldiyi söylənilir. Turkustan.info xəbər verirki, o, verilişin əvvəlki buraxılışlarından birində maşın uğrunda mübarizədə birinci olarsa köhnə avtomobilini uşaqlar evinə hədiyyə edəcəyini söyləyib. Lakin bir məqamı qeyd etmək lazımdır ki, Hüseyn səsvermədə səs topladıqdan sonra müğənni Abbas Bağırovu […]

Lotu Quli “qanuni oğru”nun adını əlindən aldı – Lənkəranski taclandırmışdı

Bir qədər əvvəl İstanbulda Lotu Qulinin iştirakıyla keçən toy mərasimindən sonra qanuni oğrular arasında “skodka” keçirilib. Turkustan.info Musavat-a istinadən məlumatına görə, Niko Qaqrinskinin toyundan sonra Quliyə yaxın “qanuni oğrular” bir yerə yığışaraq öz aralarında oğru dünyasıyla bağlı bir sıra qərarlar qəbul ediblər. Sonda üç qanuni oğrunun – Revaz Ubilava (Revaz […]

Azərbaycan DANA-ları döyüşə hazırlayır

Qarşı tərəfin müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub. Məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib. Avtomatik idarəetmə sistemi ilə […]

Azərbaycanda müəllim “Son zəng” zamanı ölüb

Tovuzda “Son zəng” tədbirində ölüm hadisəsi baş verib. Turkustan.info-nun məlumatına görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son zəng” tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib. Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.  […]

Azərbaycanın adı dəyişdirilsinmi? – Müzakirə

Azərbaycanın adının dəyişdirilməsi məsələsi ətrafında ciddi müzakirə aparmaq lazımdır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa tanınmış jurnalist Azər Həsrətin ölkənin adının dəyişdirilərək “Quzey Azərbaycan” qoyulması barədə fikirlərinə münasibət bildirərkən deyib. O, vaxtilə bu məsələnin dəfələrlə gündəmə gətirildiyini söyləyib: “Azərbaycanın adının dəyişdirilməsi ideyası lap əvvəldən səsləndirilib. Biz […]

“Azərbaycanın müharibə etməyə haqqı var” – Ziyafət Əsgərov

“Biz sülhsevər dövlət olaraq başqa dövlətlərin ərazisinə qəsd etmək vasitəsi kimi müharibəni rədd edirik” Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında I vitse-spiker, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bəyan edib.  “Dağlıq Qarabağ və ona bitişik ərazilərimiz Ermənistan tərəfindən işğal olunub. Ermənilər sülh yolu […]

Qənirə Paşayeva: “Gender bərabərliyi məsələsinə diqqət daha da artırılmalıdır”

Millət vəkili Qənirə Paşayeva Bankir Qadınlar Klubunda bankir qadınlarla görüş keçirib. Turkustan.info xəbər verir ki, deputat görüş zamanı qadınların cəmiyyətdə toxunmalı olduğu aktual mövzulardan və dəstəyə ehtiyacı olan sahələrdən danışıb. “Bankir Qadınlar Klubu da öz növbəsində anlamalıdır ki, dövlətlə yanaşı, vətəndaş cəmiyyətində ayrı-ayrı aktiv, mütərəqqi qruplar bu sahələrin inkişafında öz töhfələrini […]

Rusiyalı nazirdən qadınlara ŞOK ÇAĞIRIŞ: “Onlarla yatsanız…”

Rusiyanın Ailə, Qadın və və Sosial Siyasət naziri Tamara Pletneva 2018 Dünya Çempionatının başlamasından bir neçə saat öncə qadın vətəndaşlara müraciət edib. Turkustan.info xəbər verir ki, nazir qadınlara Dünya Çempionatını izləməyə gələn azarkeşlərlə cinsi əlaqədə olmamağa dair xəbərdarlıq edib. O, bu mövzunun mənfi nəticələr doğura biləcəyini deyib: “Ölkəmizə gələcək bir […]

Qarabağ yenidən qarışdı, ermənilər İrəvanı istəmir, Bakının… – 1 gün sonra HÜCUM OLACAQ

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yenidən etiraz aksiyaları başlayıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, ermənilər Qarabağdakı qondarma rejimin “prezidenti” Bako Saakyanın istefasını tələb ediblər. Məlumata görə, separatçı “Milli dirçəliş” partiyası Xankəndinin “Dirçəliş” meydanında mitinq keçirmək istəyiblər. Lakin separatçı rejimin “polis qüvvələri” meydanı mühasirəyə alıb. Bundan sonra etirazçılar şəhər parklarından […]

Ermənistan Qarabağa Abxaziyadan döyüşçü toplayır: GİZLİ FAKTLAR ÜZƏ ÇIXDI

Bu günlərdə tanınmamış “Abxaziya Respublikasının” sakini Xamid Ardjeniyanın separatçı rejimin pasportu ilə “Zvartnos” hava limanında heç bir maneə olmadan Ermənistana daxil olması qalmaqala səbəb oldu. Turkustan.info xəbər verir ki, Ardjeniya “Zvarnost” hava limanında erməni gömrükçülərinin “Abxaziya Respublikası” tərəfindən ona verilmiş pasporta giriş-çıxış ştampı vurmasını əks etdirən fotoşəkili özünü “feysbuk” səhifəsində paylaşıb. […]

Saakaşvilinin Gürcüstan yolu açılır: “Meydan daha da qızışa bilər” – POLİTOLOQ

Gürcüstanda iki yeniyetmənin öldürülməsi ilə başlayan etiraz aksiyaları baş nazir Georgi Kvirikaşvilinin istefası ilə nəticələndi. İyunun 12-də Gürcüstan hökumətinin başçısı media qarşısına çıxaraq istefa verdiyini rəsmən açıqlayıb. O, baş nazir olduğu müddətdə çox mütərəqqi komanda formalaşdıra bildiklərini qeyd edib və əlavə edib ki, istefaya getməsi sonradan yaranmış bəzi fikir ayrılıqları […]

Pensiya və əmək haqları artacaqmı? – Millət vəkili

Əgər dövlət büdcəsindən 10 faiz əlavə maaş artıbsa, bununla bağlı sənəd büdcəyə daxil olmalıdır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a “2018-ci il dövlət büdcəsi haqqında”qanun layihəsi ilə bağlı danışarkən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. “Bildiyiniz kimi, cənab prezident martın 1-dən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda […]

“Sizin həyəcanınız proseslərə neqativ təsir edir” – Elman Rüstəmovdan jurnalistlərə müraciət

“Devalvasiyanı şərtləndirən səbəblər barədə ictimaiyyətin məlumatlılığı qənaətbəxş səviyyədə deyil”. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, qonşu ölkələrdə 5-6 faiz kurs üzməsi baş verəndə cəmiyyətin bunu devalvasiya adlandırması düzgün deyil: “Bu, devalvasiya deyil. […]

İmişlidə çayda onlarla ümumvətəndaş pasportları tapıldı

İyunun 12-də İmişli rayonunun Sarıxanlı kəndindən keçən su kanalında çimən uşaqlar kanalda içərisində pasportlar olan sellofan aşkar ediblər və həmin sellofanı dərhal İmişli Rayon Polis Şöbəsinə təhvil veriblər. Sellofana baxış zamanı içərisindən 56 ədəd ümumvətəndaş pasportu aşkar edilib. Turkustan.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi […]

“Buyurun, alın və qol çəkin!”: Naxçıvan, Qazax, yoxsa Qarabağdan başlayaq? – Hərbi ekspert

Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda erməni işğalçılarınının atəş nəzarətindən çıxardığı Günnüt kəndi əhalisinin ata yurdlarına qayıtması kadrlarını görəndə hər birimiz sevindik.  2016-cı ildə ordumuz Lələtəpə yüksəkliyindən işğalçıları qovaraq Cocuq Mərcanlı kəndini onun atəş nəzarətindən çıxaranda da belə sevinmişdik. Bu kəndin əhalisi 26 il çəkən yurd həsrətindən sonra öz […]

Ərəb kanalında böyük qalmaqal – Ərdoğanı belə göstərdilər – VİDEO

Birləşmiş Ərəb Əmirliklərinə aid TV kanalında yayımlanan serialda Türkiyəyə – Ərdoğana qarşı edilən düşmənçilik diqqət çəkib. Turkustan.info  türk mediasına istinadən xəbər verir ki, qalmaqallı görüntü ərəb dünyasının ən çox izlənilən serialın sonuncu bölümündə göstərilib. Belə ki, “Kalabsh” (Kod) serialında Türkiyə prezidenti Ərdoğan Misirdə Sinadakı terror təşkilatlarına dəstək verməkdə ittiham olunub. Ərdoğanın […]

Paşinyanın qərarı öz başında çatladı

Eskpertlər xəbərdarlıq etdi – iqtisadiyyat çökəcək “Böyük” iqtisadçı Nikol Paşinyan Ermənistanı daha dərin böhrana aparır. Kəskin tənqidlərin müəllifi keçmiş baş nazir Qrand Baqratyan olub. Onun sözlərinə görə, nazirlər kabinetinin rəhbərinin xüsusi ilə pensiya yığımı islahatı yanlışdır. Keçmiş nazir xəbərdarlıq edib ki, bu populist fəaliyyət iqtisadiyyatın çöküşünə səbəb olacaq. “Ermənistanın bu […]

Bu dəfə bankların başı dərddə – Nə etməli?

“Hələ də bank sektorunda vəziyyətin arzuolunan səviyyədə olmaması, əsasən, bank menecmentində olan problemlərlə bağlıdır” Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarını 57,1 mln. manat xalis zərərlə başa vurub. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı xəbərə görə, bu, yanvar-mart aylarının yekunu ilə müqayisədə 2,15% çoxdur. Turkustan.info bildirir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin […]

Müəllif Hüquqları Agentliyi cənub bölgəmizi İrana “hədiyyə” etdi – FOTOFAKT

Bir çox dövlət qurumlarının mətbuat xidmətlərinin varlığı ilə yoxluğu bilinmədiyi kimi, rəsmi saytlarının da fəaliyyətsiz olduğu heç kimə sirr deyil. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, ölkə mediasında bəlkə də ən az adı hallanan qurumlardan biri Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyidir. Bu Agentlik ölkənin ən önəmli qurumlarından biridir. Ancaq belə bir […]

Narkomanlığa və narkotik maddələrə qarşı mübarizənin liberallaşdırılması – narkomaniyanın yayılmasının qarşısını almaqda effektiv vasitədir

Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi narkomanlığa və narkotik maddələrə qarşı mübarizə hər bir Azərbaycan vətəndaşının vəzifəsidir. Bu bəlanın həllinə yönəlmiş ardıcıl və məqsədyönlü dövlət siyasətinə baxmayaraq, ölkəmizdə bu problem hələ də aktual xarakter daşıyır və təəssüflər olsun ki, son illər ərzində narkotiklərdən istifadəyə meyllilik artmağa davam edir və bu […]

Etibar Məmmədovun ilginc qiyam iddiaları aranı qatdı

AMİP lideri: “Prezident dedi ki, xəbərim yoxdur…”; “İsa Qəmbər istefa ərizəsini mənim qardaşımın evində yazıb”; Pənah Hüseyn E.Məmmədovu hərbi sirləri açmaqda suçladı: “O və partiyası 4 iyun qiyamına görə məsuliyyətlərini kənara qoya bilməzlər” Real TV-nin “Aktual müsahibə” verilişində AMİP-in lideri Etibar Məmmədov 1993-cü ilin iyun hadisələri haqda sualları cavablandırıb. O, […]

AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı

Azərbaycanda 200 manatlıq əskinaslara çəkilən xərc 100 manatlıq əskinaslara çəkilən xərclə eynidir. Ümumiyyətlə, əskinaslara çəkilən xərclər daima azalır. Turkustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. “200 manalıq əskinasların buraxılması dövlət xərcərinin azaldılmasına, döviyyənin azaldılmasına da təsir edir. Bu əskinaslar artıq dövriyyədədir. İstənilən bank istənilən həcmdə sifariş […]

Azərbaycan Qarabağda hücuma hazırlaşır?

Son günlər Azərbaycan ordusunun Naxçıvan istiqamətində yeni mövqelərdə möhkəmlənməsi, raket qoşunlarının yeni hərbi bazasının açılışı və orada “Polonez”, LORA raketlərinin nümayişi, habelə artilleriya-raket bölmələrinin döyüş atışlı təlimləri Ermənistanda ciddi təşviş yaradıb. Erməni ekspert çevrələri və rəsmi dairələri Azərbaycanın irimiqyaslı hücum əməliyyatlarına hazırlaşdığı barədə bəyanatlar səsləndirir, yaranmış vəziyyətin 2016-cı ilin aprel […]

Bu gün “Maşın”da finaldır – Qalib bəllidir

Bu gün ATV telekanalında yayımlanan “Maşın” şounun final gecəsi olacaq. Turkustan.info xəbər verir ki, bu axşam müğənni Roza Zərgərli və “viner” Hüseyn Əzizoğoğlu arasında gedən mübarizənin nəticəsi açıqlanacaq. Ya finala qalan quplaşma rəhbəri Roza Zərgərli, ya da onunla eyni cəbhədə vuruşan Hüseyn Əzizoğlu bahalı avtomobilin sahibi olacaq. Qalibin adı mediaya açıqlanmasa […]

Devalvasiya gözlənilir? – Baş bankir AÇIQLADI

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov növbəti devalvasiya ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. Turkustan.info xəbər verir ki, Rüstəmov bunun şayiədən başqa bir şey olmadığını bildirib: “Devalvasiya ilə bağlı şayiələr yayıldı, aprel, may ayında… Amma gördünüz ki, heç nə baş vermədi. Çünki heç bir fundamental amil yoxdur. Ölkənin valyuta ehtiyatları […]

15 yaşında 700 bal yığdı, ali məktəbə girə bilmir – FOTO

Azərbaycanda 15 yaşlı oğlan qeyri-adi biliyi ilə hər kəsi heyrətləndirdi. 10-cu sinif şagirdi Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 10-da keçirdiyi sınaq imtahanından 700 bal toplayıb. Fərid Əhmədov Lent.az-a müraciət edərək bildirir ki, bu il DİM-in təşkil etdiyi sınaq imtahanlarında 4 dəfə iştirak edib və hamısında da yüksək nəticə əldə edib: […]

Bakının yeni silahları Paşinyanı QORXUYA SALDI VƏ… – Xankəndidə müharibə toplantısı

ATƏT-in Minsk qrupunun həmsədrləri dünən Ermənistana səfər etdi və inqilabdan sonra hakimiyyətə gələn yeni baş nazir Nikol Paşinyanla görüşdü. Bu səfər daha çox tanışlıq xarakteri daşıyırdı. Güman ki, həmsədrlər həm də Ermənistanın yeni rəhbərliyi ilə Azərbaycan rəhbərliyinin görüşünün mümkünlüyünü də yoxladılar. Turkustan.info xəbər verir ki, həmsədrlərlə görüşdə diqqət çəkən ən mühüm […]

Fed-in qərarı Dolları bahalaşdırmadı – BU GÜN GÖZLƏR AVROPADADIR

Dünən axşam ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmasından sonra Dollar bahalaşmaq əvəzinə ucuzlaşdı. Bu gün Avro/dollar məzənnəsi yenidən 1.18 səviyyəsini keçib (Saat 07:50-də 1 avro 1.1802 dollara bərabər olub. Fedin qərarından öncə məzənnə 1.17 səviyyələrində idi. Avro bahalaşıb, Dollar ucuzlaşır). Dollar indeksi 0,06% düşərək 93.49 səviyyəsinə geriləyib. Mütəxəssislər bildirirlər ki, […]

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı – SON DƏQİQƏ

2018-ci ilin iyun ayının 14-də Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərini müzakirə edib. “Marja”nın məlumatına görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 14 İyun 2018-ci il tarixində uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% müəyyənləşdirib […]

Gəncədə dəhşət: Qohumunun üzərinə benzin töküb…

Gəncə şəhər sakini qohumunun üzərinə benzin tökərək onu yandırıb. Turkustan.info-nun məlumatına görə, şəhər sakini, 1954-cü il təvəllüdlü Fikrət Əmiraslanov özünə məxsus ət dükanında olan zaman qohumu Rabid Abdinov sərxoş vəziyyətdə dükana gəlib və onunla mübahisə edib. Mübahisə zəmnində R.Abidinov özüylə plastik qabda gətiridiyi benzini qəfildən F.Əmiraslanovun üzərinə səpərək alışdırıb. Müxtəlif […]

Bakı İrəvanın səhv addımına hazırlaşır – Ekspert

2016-cı ilin aprelində baş vermiş hadisələr istənilən an təkrarlana bilər. Turkustan.info bildirir ki, bu sözləri politoloq Tofiq Abbasov bu yaxınlarda Belarusla imzalanan razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lərin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, Azərbaycan Ordusunun müdafiə potensialının gücləndirilməsi Ermənistanın qeyri-adekvat addımları ilə bağlıdır: […]

Tiflisi TANAP-da qorxudan nədir? – Əsas ehtimallar

Gürcüstanın bu addımını daha çox son vaxtlar həyata keçirdiyi rusiyayönümlü siyasətlə əlaqələndirirəm. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Gürcüstan rəhbərliyinin TANAP-ın açılış mərasiminə qatılmamasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Q.Hüseynli TANAP-ın tarixi əhəmiyyətli bir hadisə olduğunu vurğulayıb: “Bu, təkcə Azərbaycan üçün vacib olan strateji layihə deyil, Gürcüstanın […]

Karxanada bədbəxt hadisə – Ölən var

İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb. Turkustan.info apa-ya istinadən xəbər verir ki, İmişli rayonunun Şahverdili kəndi ərazisində, Araz çayının üzərində yerləşən qum-çınqıl karxanasında ölüm hadisəsi qeydə alınıb. İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlunun idarə etdiyi avtoqreyder torpaq kütləsinin uçması nəticəsində aşıb. Nəticədə sürücü hadisə […]

DÇ-2018-in təqvimi – SİYAHI

Rusiyanın paytaxtı Moskva şəhərində futbol üzrə 2018-ci il dünya çempionatı bu gün start götürəcək. Turkustan.info “Report”a istinadən dünya çempionatının qrup komandalarını və təqvimini təqdim edir: A qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Uruqvay B qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran C qrupu: Fransa, Avstraliya, Peru, Danimarka D qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya E […]

Böyük futbol həyəcanı başlayır

Futbol üzrə dünya çempionatı Moskvanın “Lujniki” stadionunda Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasındakı oyunla start götürəcək.  Turkustan.info xəbər verir ki, Rusiya ilk dəfə bu yarışa ev sahibliyi edəcək. Oyunlar 11 şəhərdə yerləşən 12 stadionda keçiriləcək və iyulun 15-də “Lujniki” stadionunda keçiriləcək final oyunu ilə yekunlaşacaq.  21-ci dünya çempionatında 32 komanda səkkiz qrupda […]

Sabahdan beş günlük tətil başlayır

Sabah, iyunun 15-dən Ramazan bayramı və Milli Qurtuluş günü münasibətilə Azərbaycanda tətil başlayır. Turkustan.info-nun xəbərinə görə, iyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür.  Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı şənbə […]

İran silkələndi

İranda yenə zəlzələ olub. Turkustan.info xəbər verir ki, təbii fəlakət ölkənin cənub-şərq bölgəsində baş verib. 4,7 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla saat 21:17-də qeydə alınıb. Zəlzələnin episentri Kirman şəhərindən 149 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.  /BakuPost/

Aprel şəhidimiz əsgər Altun Dəmirlinin əziz xatirəsinə – SONA ƏLİYEVA YAZIR – FOTOLAR

Varlığımızdan uca Vətən! Yağış yağır, səngərim sudur,  Talehin yazdığı gün budur.  Dostum ölər mənim yolumda,  Can verərəm onun yolunda… Deyirlər insanın düşüncələri həyatına yön verir, reallıqdırmı, deyilmi, bilmirəm, yəqin heç kim bilmir… Amma niyyətin hara, mənzilin ora deyib atalar… Altun öz talehini özü seçənlərdən idi, niyyətini də, mənzilini də bilirdi…. […]