ADAU-nun Yerquruluşu kafedrasında müasir proqramların təlimi davam edir

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemləri (EKTİS) üzrə aparılan işlərin bir istiqaməti olaraq ADAU-nun Yerquruluşu kafedrasında Coğrafi İnformasiya Sistemləri (CİS) əsasında müasir proqramların təlimi davam etdirilir. Təlim müddətində CİS-in istehsalatda tətbiq edilən 4 istiqamətinin-kənd təsərrüfatında ərazilərin parsellərinin çəkilməsinin, fermerlərin fəaliyyət istiqamətləri və mülkiyyətlərində olan torpaq sahələrinin qeydiyyatı və uçotunun, peyk şəkillərindən istifadə olunması, normallaşdırılmış diferensial və getasiya indeksinin (NDVİ) tətbiqinin, Daşınmaz Əmlakın Dövlət Reystr xidmətində CİS-in tətbiqi, təsərrüfatdaxili və təsərrüfatlararası yolların yerquruluşunda layihələndirilməsi və tikintisinin  nəzəri və praktiki çatdırılması nəzərdə tutulub.

 Təlimdə Bakı Dövlət Universitetinin Torpaqşünaslıq kafedrasının müəlliməsi Şəfa  Hüseynova da iştirak edib.

 Təlimçilər Şəmkir rayonu Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi  11 Saylı Layihə-Tədqiqat idarəsində  istehsalatda tətbiq olunan müasir alət, avadanlıqlarla və orda gedən iş prosesləri ilə daha yaxından tanış olublar.