Dünya çempionatının açılış matçında beş qol

Moskvanın “Lujniki” arenasında dünya çempionatının ilk matçı keçirilib.

Turkustan.info xəbər verir ki, açılış mərasimindən dərhal sonra ev sahibləri Səudiyyə Ərəbistanı millisini qəbul edib.

Matç 5:0 Rusiya millisinin qələbəsi ilə başa çatıb.

Dünya çempionatının ilk qolu 13-də dəqiqədə vurulub. Cərimə meydançasına göndərilən asmanı Yuri Qazinzki başı ilə qapıdan keçirib. 

42-ci dəqiqədə Rusiyanın əks-hücumunu Denis Çerişov ideal sonluqla yekunlaşdırıb. Cərimə meydançasında yaxın məsafədən qapıçıya heç bir şans verməyib. 70-ci dəqiqədə Dzüba baş zərbəsi ilə hesabı 3:0-a çatdırıb.

Oyunun əlavə olunmuş dəqiqəsində Çerışev top fərqini dördə çatdırıb. 90+4-cü dəqiqədə Rusiya millisi cərimə zərbəsindən fərqlənib.  /oxu.az/