İranda yenə zəlzələ olub.
Turkustan.info xəbər verir ki, təbii fəlakət ölkənin cənub-şərq bölgəsində baş verib. 4,7 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla saat 21:17-də qeydə alınıb. Zəlzələnin episentri Kirman şəhərindən 149 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.  /BakuPost/