Lotu Quli “qanuni oğru”nun adını əlindən aldı – Lənkəranski taclandırmışdı

Bir qədər əvvəl İstanbulda Lotu Qulinin iştirakıyla keçən toy mərasimindən sonra qanuni oğrular arasında “skodka” keçirilib.
Turkustan.info Musavat-a istinadən məlumatına görə, Niko Qaqrinskinin toyundan sonra Quliyə yaxın “qanuni oğrular” bir yerə yığışaraq öz aralarında oğru dünyasıyla bağlı bir sıra qərarlar qəbul ediblər.
Sonda üç qanuni oğrunun – Revaz Ubilava (Revaz Cavarski), Lvasoqlu Batumskinin və Lesko Qalskinin oğru adına xitam verilib.
Məlumata görə, hər 3 oğru mərhum Rövşən Lənkəranski klanına daxil idi. Onlardan biri, Revaz Ubilava (Revaz Cavarski) oğru aləmində ən gənci idi. 25 yaşlı Cavarskini Lənkəranski şəxsən taclandırmışdı.