Paşinyan devrilir: İyulun 15-dən sonra… – Moskvada qiyam hazırlığı

Rusiyanın Ermənistandakı ən etibarlı adamı olan keçmiş Prezident Serj Sərkisyanın devrilməsinə sakit yanaşmasının sirri açılır. Kremlinin ənənəvi ritorikasına yaraşmayan təmkinində Rusiyada futbol üzrə dünya çempionatının böyük rolu vardı. Belə desək, Rusiyanın başının yarış hazırlığına qatılmasından istifadə edən Paşinyan özünü yuxarı başa çəkə bildi.
Ermənistan KİV Rusiyada keçiriləcək dünya çempionatından sonra Moskvadan İrəvana edilən təzyiqlərin sərtəşdiriləcəyini bildirib.
Erməni mənbələr qeyd edirlər ki, Ukrayna və Suriya məsələsinə görə ciddi təzyiq altında olan Rusiya Prezidenti Vladimir Putin Ermənistanda baş verənlərə müdaxilə edib bu təzyiqləri sərtləşdirmək istəmədi:
“Suriya və Ukraynadan sonra dünya çempionatına başın qarışıq olduğu bir vaxtda Ermənistanda gedən gərgin proseslərin mərkəzində yer almaq, yarışın davam etdiyi vaxtda daxili təxribatlar əl atılmasını labüd edəcəkdi. 
Lakin Putin Nikol Paşinyan və onun “Sorosçu komandası” ilə razılaşmayacaq. Hazırda Ermənistanın baş naziri NATO, ABŞ və Avropa İttifaqı ilə istədiyi kimi bazarlıq edir, amma bu, iyulun 15-dən qüvvədə olacaq. Həmin tarixdə dünya çempionatı başa çatdır, bu isə o deməkdir ki, Nikol Paşinyanı ciddi sınaq gözləyir. O ya Putinin təlimatlarını itaətsiz yerinə yetirməli, ya da könüllü şəkildə göstərilən qapıdan sakitcə çıxıb getməlidir”.
Erməni mənnbələr bir neçə gün əvvəl Naxçıvan ətrafında baş vermiş qarşıdurmaya da diqqət çəkirlər: “Naxçıvan ətrafında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı gözlənilməz – Paşinyanın iştirakı olmadan etdiyi həmlə (təxribat) göstərdi ki, keçmiş hərbi xunta, yaxud “Qarabağ klanı” bir gecənin içində Paşinyanı oturduğu kreslo ilə birlikdə yoxa çıxara bilər. Bu, Ermənistanın baş nazirinə xəbərdarlıq idi.
Paşinyan hakimiyyəti ələ keçirərəkən həmin “Qarabağ klanı” ona görə təmkinli davrandı ki, Rusiya çempionatdan əvvəl gərginlik istəmirdi. Hər halda artıq Rusiyada çempionat başlayır, bu isə Paşinyan üçün geri sayım deməkdir”.   /teleqraf.com/