Pensiya və əmək haqları artacaqmı? – Millət vəkili

Əgər dövlət büdcəsindən 10 faiz əlavə maaş artıbsa, bununla bağlı sənəd büdcəyə daxil olmalıdır.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a “2018-ci il dövlət büdcəsi haqqında”qanun layihəsi ilə bağlı danışarkən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

“Bildiyiniz kimi, cənab prezident martın 1-dən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarını 10 faiz artırıb. Dövlət büdcəsindəki dəyişiklik bununla əlaqədar idi. Bu isə dövlət büdcəsində öz əksini tapmamışdı”, – deputat bildirib.

Millət vəkili 2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsində xərclərdən əlavə nəzərdə tutulan vəsaitin pensiya və əmək haqlarına təsir edib-etməyəcəyinə də aydınlıq gətirib:

“2018-ci ilin dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulub. Bunun pensiya və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artımına şamil olunacağı ilə bağlı suala ancaq büdcəni təsdiq etdikdən sonra konkret cavab vermək olar”.

Qeyd edək ki, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər sosial tədbirlərin maliyyə təminatı üçün 384 milyon manatla yanaşı, xərclərdən əlavə 128 milyon manat vəsait də nəzərdə tutulub.