Sürücülük vəsiqəsi ASAN Xidmətdə verilə bilərmi?

Sürücülük vəsiqəsinin ASAN Xidmət mərkəzlərində verilməsi texniki cəhətdən mümkün deyil.

Turkustan.info-nun xəbərinə görə, bunu ASAN Xidmətin sədri Ülvi Mehdiyev deyib.

O qeyd edib ki, sürücülük vəsiqəsini almaq üçün vətəndaşlar imtahan verməli, sürücülər müxtəlif şərtləri yerinə yetirməlidirlər: “Bu isə texniki cəhətdən mümkün deyil”.  /APA/