Türkiyə ordusu itki verdi: 1 ölü, 4 yaralı

Türkiyənin Hakkari rayonunda PKK terroristlərinin hücumu nəticəsində bir türk əsgəri həyatını itirib.

Turkustan.info “Habertürk” nəşrinə istinadən xəbər verir ki, hücumda daha üç əsgərin yaralandığı da bildirilib.

Hakkari valiliydən Zengil Təpə bölgəsinə PKK terrorçularının idarə olunan raket vasitəsi ilə hücum edildiyi bildirilib.

Hazırda bölgədə terrorçulara qarşı hava hücumu həyata keçirilir.  /Modern.az/