Türkiyənin hakim partiyasının üzvlərinə silahlı hücum: 3 ölü, 8 yaralı – FOTOLAR

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Şanlıurfadan olan millət vəkili Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıblar.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər ölüb 8-i yaralanıb.

Hadisə yerində xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub. /Publika.az/