Ca. İyl 18th, 2019

Ərdoğandan tərəfdarlarının qətlə yetirilməsinə – Sərt reaksiya

Deputatımızın qardaşı PKK-çı tərəfindən öldürülüb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli İradə Platformasının tədbirində tərəfdarlarına edilən hücumla bağlı danışarkən deyib.
“Bu hadisə PKK və HDP-nin kürdlərin qanından qidalanaraq strategiyalarını hələ də inkişaf etdirə bilməyib. Bizim kürd qardaşlarımızla problemimiz yoxdur, bizim PKK ilə problemimiz var. Kürd qardaşlarımızın də bu oyunu dəyişəcəklərinə inanıram. Bu hadisənin qarşısında və arxasında kim varsa, mütləq tapacağıq. Ağızlarından demokratiya sözünü yerə salmırlar, ancaq əllərindən də silahı buraxmırlar, dərslərini vermişik, veririk, verəcəyik”, – Ərdoğan qeyd edib.
Qeyd edək ki, Türkiyədə, Şanlıurfanın Suruç mahalında AKP-çilərə hücum zamanı 3 partiya üzvü öldürülüb, 9-u isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.   /ednews.net/az