Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib – FOTOLAR

Sumqayıt Regioanl Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib.

Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində “Qurtuluşun mübarək” adlı konsert keçirilib. Konsertdə Təranə Nurlu, Pənah Məmmədli, Asəf Abdullayev, Vasif Nəsirli, İbrahim Fərzəliyevin ifasında mahnılar dinlənilib. İlluziyaçı Fərhad Dadaşovun illuziya nömrələri, “Şərq amazonkaları+Modern Qafqaz” rəqs qrupunun çıxışı, “Dəcəllər” rəqs qrupunun “Qarabağ inciləri” kompozisiyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
C.Cabbarlı adına mədəniyyət evinin özfəaliyyət kollektivi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Konsertdə mədəniyyət evinin solistləri Anar Vəliyev, Pənah Məmmədli və Ceyhun Elman oglunun ifasında mahnılar dinlənilib, “Turan”milli rəqs qrupunun ifasında Azərbaycan rəqsləri izlənilib. Sonda C.Cabbarlı adına mədəniyyət evinin direktoru Aygün Qəhrəmanovaya hərbi hissə komandanlığı tərəfindən fəxri fərman təqdim olunub.

Corat qəsəbə mədəniyyət evinin kollektivi də “N” saylı hərbi hissəsdə konsert proqramı ilə çıxış edib. Konsertdə “Karvan” xalq çalğı alətləri ansamblının müşayiəti ilə Təranə Hüseynova, Elbrus Abbasov, Araz Sailov, Əlövsət Hacıyev, Mədinə Mühiddinqızının ifasında xalq və bəstəkar mahnıları əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb.
F.Əmirov adına uşaq musiqi məktəbində keçirilən tədbirdə xor kollektivinin ifası dinlənilib. Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Vətənpərlik nümunələri ilə bağlı ifa olunan şeir və mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Şuşa rayon Bülbülcan adına uşaq musiqi məktəbi Şağan Mədəniyyət mərkəzində bayram konserti keçirib.Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər və qonaqlar iştirak ediblər. Tədbirdə həmçinin, ümummilli lider Heydər Əliyev haqqında film nümayiş olunub, şagirdlərin ifasında şeirlər dinlənilib. Sonda məktəbin direktoru Raqif Məhərrəmov fərqlənən şagirdləri diplomlarla təltif edib.









Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib- FOTOLAR