Ronaldo bir gecədə 2 uğura imza atdı

Portuqaliya millisinin ulduzu Kristiano Ronaldo dünya çempionatlarının final mərhələsi tarixində het-trik edən üçüncü portuqaliyalı olub.

Turkustan.info xəbər verir ki, “Real Madrid”in forvardı Eusebio və Pauletadan sonra bu uğura imza atmaqla, paralel olaraq daha bir rekordun sahibi olub.

Belə ki, Ronalda mundiallar tarixinin final mərhələsində het-trik etməyi bacaran ən yaşlı oyuncu kimi dünya çempionatları tarixinə düşüb.

Xatırladaq ki, Ronaldonun vurduğu 3 qolla Portuqaliya millisi ilk turda ispanlarla heç-heçə edib.  /Axar.az/