Roza Zərgərlinin psixoiloji təzyiqlərindən sonra Hüseyn Əzizoğlunun vəziyyəti PİSLƏŞDİ – VİDEO

“Maşın” realiti-şounun finalçısı və tanınmış vayner Hüseyn Əzizoğlunun vəziyyəti pisləşib.

Turkustan.info xəbər verir ki, bu barədə aktyorun instaqram hesabında məlumat verilib. İddialara görə, “Maşın”ın 16-cı sürətində qalib gələn R.Zərgərlinin çirkin oyunları və göstərdiyi psixoloji təzyiqləri nəticəsində H.Əzizoğlunun səhhəti pisləşib.

“Maşın” realiti-şouda Roza Zərgərli ilə finala qalan Hüseyn Əzizoğlu da rəqibinin həm fiziki, həm də psixoloji təzyiqlərinə tab gətirməyərək nəticədə maşından əlini çəkdiyini deyib. Əzizoğlu dünənki final buraxılışında Roza Zərgəlinin qruplaşmasında iştirak etdiyi üçün peşman olduğunu etiraf edib:

“Abbas Bağırovdan və İlhamə Bədəlovadan üzr istəyirəm ki, bu adamın “tırkasına” gedib onları oyundan çıxartdım. Onunla qruplaşdığım üçün çox peşmanam”.

Xatırladaq ki, “Maşın” uğrunda mübarizədə Roza Zərgərli ilə ona bir vaxtlar “Mama” deyə müraciət edən Hüseyn Əzizoğlu arasında ciddi qalmaqal yaşanıb. H.Əzizoğlu ona oyunda psixoloji təzyiqlər göstərən, hətta alça və başqa əşyalar atan R.Zərgərliyə pis söyüşlər söyüb.

Onu da xatırladaq ki, H.Əzizoğlu oyunun əvvəllərində “Kişi kimi qadın mənim üçün bir anam idi. Gördüm ki, Roza Zərgərli də kişi kimi qadındır” demişdi /Publika.az/